AFFA jurnalistlərin
peşə bayramını
təbrik edib
Dünən AFFA-nın inzibati binasında mətbuat nümayəndələrinin iştirakı
ilə 22 iyul - Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib. Qurumun baş katibi
Elxan Məmmədov kütləvi informasiya vasitələri nümayəndələrini
AFFA-nın prezidenti Rövnəq Abdullayevin adından peşə bayramı münasibətilə
təbrik edib, onlara yaradıcılıq
uğurları arzuladı.
E.Məmmədov çıxışında AFFA-nın son dövrlərdə
Azərbaycan futbolunun inkişafı istiqamətində
həyata keçirdiyi
tədbirlər barədə
danışıb, assosiasiya
ilə İspaniyanın
“Barselona” və Portuqaliyanın “Sportinq” klublarının futbol məktəbləri arasında
əməkdaşlıq münasibətlərinin
yaradılması istiqamətində
görülən işlər
haqqında ətraflı
məlumat verdi.
Baş katib həmçinin AFFA ilə
Bakcell şirkətinin
birgə əməkdaşlığı
çərçivəsində “Mançester Yunayted” Yay Futbol Məktəbinin
ölkəmizdə uşaqlar
üçün təşkil
olunmuş seçim turlarını xatırladıb,
bu tədbirlərin uşaq futbolunun inkişafına müsbət
təsir göstərəcəyini
vurğuladı.
Axırda Elxan Məmmədov jurnalistləri maraqlandıran
suallara cavablandırdı.
Sonda mətbuat
nümayəndələrinə AFFA-nın hədiyyələri
təqdim olundu.
Xalq qəzeti.- 2013.-
20 iyul.- S. 9.