Nərimanov rayonunda Milli Mətbuat Günü qeyd olundu
Paytaxtın Nərimanov Rayon İcra Hakimiyyəti öz gündəlik fəaliyyətində
kütləvi informasiya
vasitələri ilə
əməkadaşlığa xüsusi önəm verir. Milli mətbuatımızın
yaranmasının 138-ci ildönümü
ərəfəsində rayon icra hakimiyyəti Azərbaycan Mətbuat Şurasının,
Azərbaycan Respublikası
Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinə Dövlət
Dəstəyi Fondunun,
eləcə də ölkənin aparıcı
televiziya kanalları, qəzet və elektron media nümayəndələrinin
iştirakı ilə görüş
keçirdi.
Tədbiri giriş sözü
ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı
Abdin Fərzəliyev qonaqları salamlayaraq bildirdi ki, 138 il öncə xalqımızın görkəmli
maarifpərvər oğlu,
mahir qələm ustası Həsən bəy Zərdabinin əsasını qoyduğu
milli mətbuatımız
ötən dövrdə şərəfli
və çətin bir inkişaf yolu keçmiş, zəmanəsinin həqiqət
carçısı olmuşdur.
Natiq qeyd etdi ki,
sovet dönəmində
yalnız bir ideologiyaya xidmət edən mətbuatımız
müstəqillik illərində
mütərəqqi ənənələri
formalaşdıraraq cəmiyyət
qarşısında tamamilə
yeni bir missiya ilə çıxış etməyə
başlamışdır. Ulu öndər Heydər Əliyevin hakimiyyətə
gəlişindən sonra
demokratik və hüquqi dövlət quruculuğu yolunu seçən Azərbaycanda
plüralizm, söz və mətbuat azadlığını məhdudlaşdıran
senzura tamamilə aradan qaldırılmış,
bununla da, kütləvi informasiya vasitələri yeni inkişaf mərhələsinə
qədəm qoymuşdur.
A.Fərzəliyev daha sonra qeyd etdi ki,
ümummilli liderimizin ideyalarına sadiq qalan Azərbaycan dövləti, xüsusən
də onun başçısı möhtərəm
Prezidentimiz İlham Əliyev də hazırda milli mətbuatımızın inkişafına
xüsusi diqqət və qayğı göstərir. Natiq Milli Mətbuat
və Jurnalistika Günü ərəfəsində
media nümayəndələrinə mənzillərin verilməsini
də məhz bu qayğının növbəti təzahürü
kimi dəyərləndirdi.
Natiq əlamətdar gün münasibətilə jurnalistləri
bir daha təbrik etdi, onlara yeni yaradıcılıq
uğurları arzuladı.
Azərbaycan Mətbuat Şurasının
sədri Əflatun Amaşov və “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış
edərək yarandığı
gündən demokratik
ideyaların carçısı
kimi şərəfli
bir missiyanı yerinə yetirmiş milli mətbuatımızın tarixindən, ölkəmizdə medianın
inkişafına göstərilən
dövlət qayğısından
söhbət açdılar.
Azərbaycanda mətbuatın maddi
təminatının gücləndirilməsi
üçün yaradılan
hərtərəfli şəraitə
görə dövlət
başçısı İlham
Əliyevə minnətdarlıq
ifadə olundu. Eyni zamanda, mətbuatla sıx əməkdaşlığa
və peşə bayramı ərəfəsində
ölkənin aparıcı
KİV nümayəndələri ilə təşkil olunmuş bu görüşə görə
Nərimanov Rayon İcra
Hakimiyyətinin rəhbərliyinə
tədbir iştirakçıları
adından təşəkkür
etdilər. Milli Mətbuatın
138 illiyi ilə əlaqədar həmkarlarını
təbrik edən natiqlər bu çətin və şərəfli işdə
hamıya uğurlar arzuladılar.
Sonda Azərbaycan Milli Mətbuatının inkişafındakı
xidmətlərinə, respublikamızın
ictimai-siyasi və mədəni həyatındakı
yenilikləri ictimaiyyətə
obyektiv və qərəzsiz şəkildə
çatdırılmasında göstərdikləri xidmətlərinə
görə, eləcə
də Nərimanov rayonunda gedən quruculuq işlərinin işıqlandırılmasında xüsusi fəallıq göstərmiş
aparıcı kütləvi
informasiya vasitələrinin
nümayəndələrinə fəxri fərmanlar və qiymətli hədiyyələr verildi.
Tədbir maraqlı konsert proqramı ilə başa çatdı.
Mirbağır
YAQUBZADƏ
Xalq qəzeti.- 2013.- 21 iyul.- S. 7.