Nəsimi rayonunda Milli Mətbuat Günü qeyd edildi
Milli Mətbuat
Günü münasibətilə
Nəsimi rayonunda kütləvi informasiya vasitələri nümayəndələrinin
iştirakı ilə
görüş keçirildi.
Tədbiri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı
Nəsib Məhəməliyev
açaraq media işçilərini
əlamətdar gün
münasibətilə təbrik
etdi. Natiq bildirdi ki, 138 il əvvəl
böyük maarifpərvər
Həsən bəy Zərdabinin əsasını
qoyduğu milli mətbuatımız çətin
və şərəfli
yol keçmiş, milli-mənəvi dəyərlərimizin
qorunmasında, xalqımızın
dünyagörüşünün formalaşmasında önəmli
rol oynamış və mütərəqqi ideyaların carçısına
çevrilmişdir.
Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə
qayıdışından sonra
Azərbaycanın milli
mətbuat tarixində
yeni və parlaq səhifə açılmışdır. Bu dövrdə söz və mətbuat azadlığını məhdudlaşdıran
maneələrin aradan
qaldırılması, kütləvi
informasiya vasitələrinin
maddi-texniki bazasının
möhkəmləndirilməsi istiqamətində mühüm
addımlar atılmışdır.
Ulu öndərimizin fərmanı
ilə senzuranın ləğv edilməsi isə ölkəmizin demokratikləşməsi və
vətəndaş cəmiyyətinin
təşəkkül tapmasında
mühüm əhəmiyyət
kəsb etmişdir.
Mətbuatımızın inkişafına, jurnalistlərin
sosial müdafiəsinin
gücləndirilməsinə yönəlmiş siyasət
bu gün möhtərəm Prezidentimiz
İlham Əliyev tərəfindən ardıcıl
surətdə və daha geniş miqyasda davam etdirilir. Dövlət başçımızın sərəncamına əsasən
KİV işçiləri üçün inşa edilmiş yaşayış
binası bunun bariz nümunəsidir.
Nəsib Məhəməliyev jurnalistləri
bir daha peşə bayramları münasibətilə təbrik
edərək onlara uğurlar arzuladı.
Tədbirin sonunda media işçilərinə
qiymətli hədiyyələr
təqdim olundu.
Ayaz HƏMİDOĞLU
Xalq qəzeti.- 2013.- 23 iyul.- S. 5.