Nəsimi rayonu: ilin birinci yarısı uğurlu olub
Nəsimi rayonunda 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə həsr
olunmuş iclas keçirilmişdir. Tədbiri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı
Nəsib Məhəməliyev
açaraq bildirmişdir
ki, 2013-cü ilin birinci yarısı ölkəmizin iqtisadiyyatı
üçün uğurlu
olmuş, bütün
sahələrdə müsbət
göstəricilər əldə
edilmiş və qarşıda duran bütün vəzifələr
icra olunmuşdur. Bu dövrdə ölkəmizdə
ümumi daxili məhsul həcmi 5 faiz artmışdır.
Ölkəmizin iqtisadiyyatına
12,6 milyard dollar həcmində investisiya qoyulmuşdur ki, bunun da 7 milyardını
daxili investisiyalar təşkil etmişdir.
Bu dövrdə 55 min yeni
iş yeri yaradılmış, orta aylıq əmək haqqı 520 dollar səviyyəsində
olmuşdur.
2013-cü ilin birinci yarısı
bütün sahələrdə
ölkəmiz üçün
uğurlu olmuş və iqtisadiyyatımızda
dinamik inkişaf davam etmişdir. Bütün bunlar əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş
və Azərbaycanın
hərtərəfli inkişafına
yönəlmiş müdrik
siyasətin möhtərəm
Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla
davam etdirilməsinin bariz nümunəsidir.
İlin birinci yarısında Nəsimi rayonunda da sosial-iqtisadi sahədə uğurlar əldə olunmuşdur. 2013-cü ilin yanvar-iyun ayları ərzində rayonda 200 milyon 950 min manatlıq sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir.
Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə
24,3 faiz çoxdur. Bu dövrdə
rayonda 1069 yeni iş yeri yaradılmışdır.
İlin altı ayı ərzində Nəsimi
Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi
tərəfindən 2300 ailəyə
ünvanlı dövlət
sosial yardımı verilmişdir. Mərkəzin əməkdaşları tərəfindən 358 tənha,
ahıl və əlilə evlərdə
sosial məişət
xidməti göstərilmişdir.
“Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafı
Dövlət Proqramı”
(2011-2013-cü cü illər)”
çərçivəsində nəzərdə tutulmuş
tədbirlər rayonda
uğurla həyata keçirilir.
Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini
Anar Tağıyev məruzə ilə çıxış etdi. O bildirdi
ki, ilin altı ayında rayonda istehlak bazarı dinamik inkişaf etmiş, əhaliyə 527 milyon 894
min manatlıq istehlak malları satılmış
və pullu xidmətlər göstərilmişdir.
Bu dövrdə rayondakı
rabitə müəssisələri
tərəfindən göstərilən
xidmətlərin həcmi
keçən ilin eyni dövrü ilə nisbətdə 82,9 faiz artmışdır.
Nəqliyyat müəssisələrindəki
iş və xidmətlərin həcmi isə 13,7 faiz
yüksəlmişdir.
Hazırda rayonda iki orta məktəbdə yeni korpusların inşası, beş
orta məktəb və üç körpələr evi-uşaq
bağçaşında əsaslı
təmir işləri
davam etdirilir. 74 və 92 saylı
körpələr evi-uşaq
bağçaları əsaslı
təmirdən sonra istifadəyə verilmişdir.
2013-cü
ilin 6 ayı ərzində Nəşimi
Rayon Qaz İstisamarı
İdarəsi tərəfindən
satılan qazın dəyərinin 100,2 faizi ödənilmişdir.
Rüb ərzində rayonun qaz istismar
sahəsi tərəfindən,
ümumilikdə doqquz
ünvanda 15060 mexaniki
sayğac “Smart-kart” sayğacları
ilə əvəz olunmuşdur.
Rayon ərazisində genişmiqyaslı
abadlıq və yenidənqurma işləri
davam etdirilir. Hazırda “Heydər
park”ında yenidənqurma
işləri görülür,
Cavadxan küçəsində
isə yeni park salınır. Füzuli,
28 May, Nizami, H.Seyidzadə
və digər küçələrdəki 22 ünvanda binaların fasadlarında təmir işləri aparılır.
Rayondakı “Təzə Bazar” MMC və 3-cü mikrorayondakı
“Kəndli yarmarkası”
ərazilərində yarmarkalar
təşkil edilib. Burada hər
həftə bazar qiymətlərindən aşağı
40-50 ton müxtəlif çeşidli
kənd təsərrüfatı
məhsulları satılır.
Rayon ərazisində istehsal
olunan və satılan malların keyfiyyətinə nəzarəti
güçləndirmək məqsədilə icra hakimiyyəti başçısının
sərəncamı ilə
komissiya yaradılmış
və bu istiqamətdə işlər
rayon rəhbərliyinin daim
nəzarətindədir.
Sonra Nəsimi
Rayon Mənzil-Kommunal Təsərrüfatı
Birliyinin rəisi L.Mustafayev, rayon enerji təchizatı və satışı idarəsinin
rəisi R.Yusifov, rayon
qaz istismar sahəsinin rəisi M.Kərimli və başqaları çıxış
etmişlər. Onlar görülmüş işlərdən
və qarşıda duran vəzifələrdən
danışmışlar.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib
Məhəməliyev iclasda
yekun çıxışı
etmişdir.
Ayaz HƏMİDOĞLU
Xalq qəzeti.- 2013.-
25 iyul.- S. 6.