V Qəbələ
Beynəlxalq Musiqi Festivalı çərçivəsində
Kuba caz qrupunun konserti təqdim edilmişdir
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən V Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 26-da Kubanın məşhur “Santiaguero” caz qrupunun konserti olmuşdur.
AzərTAc xəbər verir ki, tanınmış caz qrupu tamaşaçılara Kubanın özünəməxsus musiqisi ilə yanaşı, məşhur caz kompozisiyalarını da təqdim etmişdir.
“Santiaguero” caz qrupunun janr baxımından çox zəngin olan repertuarına cazibədar etno-caz musiqisi də daxil edilmişdir.
Öz ifaları və bəstələri ilə dünyaya səs salan “Santiaguero” caz qrupu Azərbaycan tamaşaçılarına unudulmaz gecə bəxş etmişdir.
Çıxışlar tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanmışdır.
Yeddi virtuoz
ifaçıdan ibarət olan “Santiaguero” caz qrupunun direktoru Fernando Devuardır. Qrupun tərkibinə Ruben Matos, İnosensia
Heredia kimi tanınmış
musiqiçilər daxildir.
“Santiaguero” qrupunun
musiqisi bir çox məşhur rok və caz
musiqiçilərinin və
qrupların yaradıcılığından
qaynaqlanmışdır. Qrup dünya
ölkələri arasında
mədəniyyətin və
incəsənətin dialoqunu,
qarşılıqlı mədəni
əlaqələrin inkişafını,
musiqi mədəniyyətini
təbliğ etmək
üçün Şərqi
Avropa ölkələrinə
qastrol səfərlərində
olmuşdur.
Dünya arenasında ənənəvi
Kuba musiqisini təmsil edən “Santiaguero” septetinin repertuarı özünəməxsusluğu
ilə seçilir. Qrup
2011-ci ildə “Ən yaxşı ənənəvi tropik albom”
nominasiyasında “Latın Qremmi”
mükafatına layiq görülmüşdür.
Xalq qəzeti.- 2013.- 27 iyul.- S. 4.