Multikulturalizmlə etnokulturalizmin qarşılıqlı əlaqəsində Azərbaycanın təcrübəsi

 

Quba şəhərində Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş “Multikulturalizmlə etnokulturalizmin qarşılıqlı əlaqəsində Azərbaycanın təcrübəsi” mövzusunda beynəlxalq elmi-praktiki konfrans öz işini başa çatdırmışdır.

Konfransda dövlət nümayəndələri və ictimai xadimlər, respublikada yaşayan on yeddi azsaylı xalqın, milli-mədəni birliklərin nümayəndələri, tanınmış etnoqraflar, filosoflar, antropoloqlar, kulturoloqlar, sosioloqlar, Azərbaycan, Rusiya, İsrail, ABŞ və Kanadanın mədəniyyət xadimləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər. Tədbirin təşkilatçıları STMEQİ Fondu, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, SosiologiyaHüquq İnstitutu, Azərbaycan Respublikasının Dövlət Arxivi, AMEA-nın ArxeologiyaEtnoqrafiya İnstititu, Quba Rayon İcra Hakimiyyəti, Rusiya Elmlər Akademiyasının Rusiya Fəlsəfə Cəmiyyəti, Azərbaycan Dövlət Tarix MuzeyiAriel Universiteti olmuşdur. Beynəlxalq konfransda aşağıdakı mövzularda məruzələr dinlənildi: ölkədə birliyin və vətəndaş həmrəyliyinin möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin rolu, Azərbaycan Respublikasında yaşayan azsaylı xalqların milli mədəniyyətinin qorunması və inkişaf etdirilməsi siyasəti, tolerantlıq məsələləri, respublikada etnikdil müxtəlifliyi, qloballaşma şəraitində multikulturalizm problemləri, sabitlikdən modernizasiyaya keçməyin mərhələləri və s.

Keçmiş postsovet məkanında ilk dəfə idi ki, bu tədbirdə həlli vacib məsələlərin müzakirəsində alimlərlə yanaşı, azsaylı xalqların nümayəndələri də iştirak etdilər. Onların arasında Ruven Enox, Ariz Qezalov, Rauf Hüseynzadə, Qolda Axiezer, Əliağa Məmmədli, Rüstəm Əsgərov, İbrahim Məlikov, Dan Şapiro, Sergey Vansitedi və başqaları var idi.

Beynəlxalq konfransı Quba Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev açaraq dedi ki, bu görüş olduqca vacibdir və qubalılar üçün bu görüş son dərəcə əhəmiyyətli və qürurvericidir. Bu mövzunun olduqca maraqlı və aktual olması səbəbindən 200 nəfərlik zal  iştirakçılara dar idi.

Konfransda çıxış edən STMEQİ Fondunun prezidenti, RusiyaAvrasiya Yəhudi Konqresinin vitse-prezidenti German Zaxaryayev qeyd etdi ki, müasir Azərbaycanda etnik azlıqların hüquqlarının qorunması dövlətdə siyasisosial sabitliyin qorunmasının zəmanətidir. Azərbaycan çoxmillətli və çoxfunksiyalı ölkədir. Burada dövlət siyasəti bütün etnik qrupların, o cümlədən milli azlıqların inkişafı üçün münasib şərait yaradılmasına və onların təmin olunmasına istiqamətlənib.

G.Zaxaryayev onu da qeyd etdi ki, Azərbaycanda milli azlıqların hüquqlarının qorunması dövlətin ərazi bütövlüyü, bərabərliyin təmin olunması prinsiplərinə əməl olunmaqla həyata keçirilməlidir. Dövlətin vəzifəsi əhalinin bütün qruplarını müdafiə etməkdən, onların ana dilini, mədəniyyətini, milli adət-ənənələrini qorumaqdan ibarət olmalıdır.

“Çoxmillətli Azərbaycan Respublikasında milli azlıqların hüquqlarının həyata keçirilməsinin nəzəri və təcrübi məqamlarının kompleks şəkildə öyrənilməsi bu gün olduqca vacibdir. Mən elə düşünürəm ki, daxilixarici siyasətdə böyük uğurlar əldə etmiş Azərbaycanın təcrübəsindən bütün dünya ölkələri bəhrələnməlidir” - deyərək STMEQİ Fondunun prezidenti German Zaxaryayev bəyanatla çıxış etmişdir. G.Zaxaryayev öz məruzəsində tarixən tolerantlıq daşıyıcısı olan Azərbaycanın azsaylı xalqlarının irsinin qorunması kimi aktual məsələyə də geniş yer verdi. O qeyd etdi ki, onların hər biri ayrıca tədqiqat mövzusu olmağa layiqdir. Çünki, ötən il Respublikada yəhudilərin tarixi, mədəniyyəti və dini irsinin qorunması üzrə yeni layihələrin həyata keçirilməsinə başlanılıb. STMEQİ Fondu beş il üçün nəzərdə tutulmuş bu layihənin təşəbbüsçüsüdür. Azərbaycanda xoşbəxt həyat sürən yəhudilərin həyatı artıq dünyanın bir çox kütləvi informasiya vasitələrinin və mətbu orqanlarının diqqətini cəlb etməyə başlayıb.

Fəlsəfə və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə belə hesab edir ki, bu müzakirələr bu ilin may ayında Bakıda keçirilmiş mədəniyyətlərarası dialoqa həsr olunmuş Ümumdünya Forumunun bir növ davamıdır. Millətlərarası və konfessiyalararası münasibətlərin kəskinləşdiyi Avropa ölkələrindən fərqli olaraq Azərbaycan dünyanın 3-4 ölkəsindən biridir ki, burada sabitlik, həmrəylik, qarşılıqlı anlaşma hökm sürür.

AMEA-nın Rəyasət Heyətinin üzvü, Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar çıxış edərək dedi:

- Azərbaycan bu gün bütün dünya ölkələrinin hörmət etdiyi, tanıdığı bir respublikadır. 155 ölkənin səs verdiyi Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının üzvüdür. Bütün bunlar ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləridir. Bu gün isə bu siyasi kursun layiqli davamçısı Prezident İlham Əliyevdir. Azərbaycanda dini baxışlarından və milliyyətindən asılı olmayaraq bütün ölkə vətəndaşlarına eyni münasibət göstərilir. Etnik, dini və mədəni müxtəliflik bu gün Azərbaycan xalqının əldə etdiyi misilsiz nailiyyətdir və Azərbaycan xalqı bu torpaqda yaşayan bütün xalqlara və millətlərə hörmət və qayğı göstərməklə tolerantlıq nümunəsinə çevrilib.

İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin vəzifəsini icra edən Ronen Krauz Azərbaycanda yaşayan milli azlıqlara göstərilən qayğı və münasibəti yüksək dəyərləndirdi. O dedi ki, bu gün Azərbaycan bu sahədə dünyanın bir çox ölkələri üçün ən gözəl nümunədir. R.Krauz bildirdi ki, yəhudilər artıq 2 min ildir ki, Azərbaycan cəmiyyətinin bir hissəsidir və burada sərbəst yaşayırlar. O vurğuladı ki, Azərbaycan dünyanın antisemitizm nişanələri olmayan yeganə ölkəsidir. Sonda R.Krauz Azərbaycan Respublikasında yaşayan yəhudilərə göstərilən qayğı və diqqətə, humanist siyasətə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirdi.

Konfransın sonunda bütün iştirakçılar tərəfindən bəyanat qəbul olundu.

Beynəlxalq konfransın iştirakçıları dünya ölkələrini Azərbaycandan nümunə götürməyə çağırdılar. Yekun sənədində bir daha qeyd olundu ki, Azərbaycan dünyanın çox az ölkələrindən biridir ki, bu ölkədə sülh, əmin-amanlıq, sabitlik hökm sürürbu, insanların adi həyat tərzinə çevrilib.

 

Abbas ORDUBADLI

 

Xalq qəzeti.- 2013.- 27 iyul.- S. 5.