Sabunçu rayonu: 6
ayın uğurlu yekunları
Sürətlə inkişaf edən ölkəmizin şəhər və qəsəbələri gündən-günə abadlaşır. Bakı isə öz görkəmini tamamilə dəyişmişdir. Paytaxtımızın bütün rayonlarında quruculuq işləri aparılır, yollar çəkilir, yeni məktəblər, səhiyyə müəssisələri inşa edilir, kommunikasiya xətləri yeniləşdirilir, yüksək mərtəbəli evlər tikilir və s. Bu gün Sabuçu rayonunun qəsəbə və kəndlərində də abadlıq, quruculuq işləri sürətlə davam etdırılir.
Sabunçu Rayon İcra Hakimiyyətinin 2013-cü ilin birinci yarısında rayonun sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu barədə ətraflı söhbət açılmışdır. İclasda geniş məruzə ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev ilkin olaraq diqqəti bütövlükdə ölkədə həyata keçırilən quruçuluq işlərinə yönəltdi.
Natiq bildirdi ki, 2013-cü ilin 6 ayında ölkədə ÜDM 5 faiz, qeyri-neft sektoru 11 faiz artıb, valyuta ehtiyatlarımız 48 milyard dolları keçib, iqtisadiyyatımıza 12,6 milyard dollar sərmayə qoyulub. İlin sonuna qədər sərmayələrin səviyyəsi təqribən 25 milyard dollara çatacaq. 6 ayda iqtisadiyyata qoyulmuş sərmayələrin 7 milyardı, yəni 55,5 faizi daxili sərmayələrdir.
Cari ilin altı ayında 55 min yeni iş yeri yaradılmış, orta aylıq əmək haqqı 520 dollar, orta pensiya isə 200 dollar səviyyəsinə çatdırılmışdır. Altı ayda əhalinin pul gəlirləri 7 faizdən çox artmış, inflyasiya isə cəmi 2 faiz olmuşdur.
Adil müəllim bildirmişdir ki, cari ilin birinci yarısında Sabunçu rayonunda da sosial-iqtisadi inkişaf sahəsində xeyli işlər görülmüş, bir sıra böyük həcmli layihələr həyata keçirilmişdir. Rayonun sənaye müəssisələri və idarələri tərəfindən birinci yarım illikdə 185,2 milyon manatlıq sənaye məhsulları istehsal edilmişdir ki, bu da ötən ilin müvafiq dövründəkindən 40,6 faiz çoxdur. İlin əvvəlindən rayonda 1090 yeni iş yeri açılmışdır.
Cari ilin birinci yarısında Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2009-cu il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, 4 may 2011-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində, eləcə də mərkəzi dövlət orqanıları, Bakı şəhəri və rayonun daxili imkanları hesabına böyük həcmli tikinti-quraşdırma və abadlıq işləri görülmüş, sosial əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Belə ki, 3 səhiyyə obyektində əsaslı təmir işləri, 1 nömrəli Respublika psixatriya xəstəxanası üçün yeni ikimərtəbəli korpusun, eləcə də Sabunçu qəsəbəsindəki 12 nömrəli şəhər poliklinikasının yeni binasının tikintisi başa çatdırılaraq müasir avadanlıqlarla təchiz edilmişdir. 7 müxtəlif təyinatlı səhiyyə obyektində əsaslı təmir işləri, eləcə də Zabrat qəsəbəsində gözdən əlillər üçün tədris-bərpa mərkəzi, yetkinlik yaşına çatmayanlar üçün reabilitasiya mərkəzi və sosial sığınacağın tikintisi davam etdirilir.
Maştağa və Nardaran qəsəbələrində mini futbol meydançaları, Pirşağı-Kürdəxanı qəsəbələrində isə mini futbol və idman meydançaları tikilərək istifadəyə verilmiş, Bakıxanov qəsəbəsində Gənclər evinin tikintisi, Nardaran qəsəbəsindəki mədəniyyət evində muğam-musiqi şöbəsi yaradılmaqla əsaslı təmiri aparılmışdır. Bakıxanov qəsəbəsindəki Adil İsgəndərov adına Mədəniyyət Mərkəzinin yenidən qurulması işləri davam etdirilir.
Bundan əlavə, daxili imkanlar hesabına Bakıxanov qəsəbəsində RİHB-nın Bakıxanov qəsəbəsi üzrə nümayəndəliyi üçün yeni ikimərtəbəli, 81 nömrəli MKİS üçün birmərtəbəli və Hacınski küçəsi, 21A ünvanında sakinlər üçün sahəsi 300 kvadratmetr olan xeyir-şər evi tikilərək istifadəyə verilmişdir.
Rayon icra hakimiyyətinin inzibati binasında yenidənqurma, əsaslı təmir işləri ilə yanaşı Bakıxanov qəsəbəsi ərazisində bir sıra, o cümlədən rayon prokurorluğu, Sabunçu rayon və 2 saylı Bakı inzibati-iqtisad məhkəmələri üçün binalar inşa edilməkdədir.
Bakıxanov qəsəbəsində Heydər Əliyev adına istirahət parkında xüsusi layihə əsasında yenidənqurma işləri davam etdirilməklə yanaşı, orada Heydər Əliyev Mərkəzinin də inşasına başlanılmışdır.
Bildirilmişdir ki, cari ilin əvvəllərindən əhalinin qaz, su, elektrik enerjisi, istilik və rabitə xidmətlərinin yaxşılaşdırılması istiqamətində və mənzil fondunun təmir-bərpası üzrə də xeyli işlər görülmüş və indi də davam etdirilir. Qeyd olunmuşdur ki, bəzi qəsəbələrdə nəzarətin zəifləməsi nəticəsində küçə ticarətində hələ də müəyyən nöqsanlar özünü göstərir. Belə ki, Zabrat və Sabunçu qəsəbələrinin mərkəzindən keçən yolun kənarlarında heyvan satışına rast qəlinir, Maştağa qəsəbəsinin Seyid İbad Ağa, H.Heybətov, Zabrat qəsəbəsinin Babək, M.Məmmədyarov, Sabunçu qəsəbəsinin bazarətrafı ərazilərində primitiv qaydada kənd təsərrüfatı məhsullarının satışı aparılır.
Göstərilənləri nəzərə alaraq qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, post- patrul xidməti və tibb nəzarəti orqanlarının rəhbərlərindən bir daha tələb edildi ki, qısa müddət ərzində bu sahədə mövcud nöqsanların aradan qaldırılmasını təmin etsinlər.
Rayon ərazisində 50-dək müxtəlif binada məskunlaşmış 2100 məcburi köçkün ailəsinin məişət-kommunal şəraitlərinin yaxşılaşdırılması istiqamətində köməkliklər edilmiş, onların enerji, su təchizatı, digər kommunal xidmətlərin göstərilməsi nəzarətdə saxlanmışdır.
Bundan başqa 20 Yanvar Hüzn Günü, Xocalı faciəsi, Azərbaycanlıların Soyqırımı Günü və Novruz bayramı ilə bağlı rayonda hər il olduğu kimi silsilə tədbirlər keçirilmişdir. Respubvlikanın bütün bölgələrində olduğu kimi Sabunçu rayonunda da ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı silsilə tədbirlər keçirilmiş, may ayının 7-də Maştağa qəsəbəsindəki mərkəzi parkda ATV televiziya kanalı ilə birgə böyük konsert təşkil edilmişdir.
Natiq bildirdi ki, oktyabr ayında növbəti prezident seçkiləri keçiriləcək. Bununla bağlı rayonda fəaliyyət göstərən hər 3 dairə seçki komissiyası və 93 seçki məntəqəsinin yerləşdiyi binaların hamısına baxış keçirilərək qanunvericilikdə nəzərdə tutulmuş qaydada bütün işlər yerinə yetirilmişdir. O dedi: “ İnanıram ki, sonrakı mərhələlərdə də seçkilərə hazırlıq işlərini MSK tərəfindən müəyyən edilmiş qaydalara uyğun apararaq uğurla başa vuracağıq. Sabunçu rayon sakinləri, seçiciləri həmişə olduğu kimi builki prezident seçkilərində də öz seçimlərini düzgün müəyyənləşdirərək ən layiqli namizədimizə səs verəcəklər”.
Sonra çixişlar başllandı. Sabunçu rayonu Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Nadir Tağıyev, Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Oruc Əhmədov, 26 saylı DSK-nın sədri Hancı Əliyev çıxış edərək ötən yarım ildə qazanılmış uğurlardan, qarşıda duran vəzıfənlərnndən danışdılar. İclasda Milli Məclisin deputatları Eldar Quliyev, Fazil Mustafa, Hacı Qalib Salahzadə iştirak edirnndilər.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2013.- 27 iyul.- S. 6.