Yasamal rayonu 2013-cü ilin
I yarısını uğurla
başa vurdu
Yasamal rayonunda
2013-cü ilin I yarısının
sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə həsr
olunmuş iclası keçirilmişdir.Rayon icra
hakimiyyətinin başçısı İbrahim Mehdiyev görülmüş
işlər barəsində
geniş hesabat vermişdir.
Başçı əvvəlcə iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi
ilə keçirilmiş
Nazirlər Kabinetinin geniş iclasını xatırlatdı və qeyd etdi ki, iclasda cari ilin 6 ayının
sosial-iqtisadi inkişafının
yekunları və qarşıda duran vəzıfələr müzakirə
edildi. Dövlətimizin
başçısının çıxışından sonra
bir daha məlum oldu ki, bu ilin altı ayı ərzində Azərbaycan dinamik inkişaf edib, qarşıda duran bütün vəzıfələr
icra olunub. Ümumi daxili məhsul
5 faiz, qeyri-neft sektoru 11 faiz artmışdır. Kənd təsərrüfatı
sahəsində artım
5 faizdir. Bu gün Azərbaycanda orta əmək haqqı 520 dollar, orta pensiya 200 dollar səviyyəsindədir.
Əhalinin pul gəlirləri
7 faizdən çox artıb. Ölkə
iqtisadiyyatına 12,6 milyard dollar sərmayə qoyulub. Bu vəsaitin
7 milyardı daxili sərmayədir. Valyuta ehtiyatlarımız
48 milyard dollardan çoxdur. İlin axırınadək investisiya qoyuluşunun 25 milyard dollara catacağı gözlənilir.
Halbuki, ötən il bu rəqəm 20 milyard dollar
idi. Bu, ölkəmizin
siyasi sabitliyinə, iqtisadiyyatımızın dayanıqlığına
olan inamın göstəricisidir.
İ. Mehdiyev qeyd etdi
ki, qazanılan qələbədə Yasamal
rayonunun da payı var. Belə ki, son illərlə müqayisədə cari ilin 6 ayının nəticələri də
rayonumuzun dinamik inkişaf tempindən xəbər verir. Natiqin sözlərinə görə,
Yasamal rayonunda sənaye məhsulunun ümumi həcmi 94 milyon manat, nəqliyyat
sektorunda xidmətlərin
həcmi 769 milyon
manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə
105,2 faiz təşkil
etmişdir. Rabitə xidmətlərinin həcmi
100 milyon manat, ümumi investisiyadan tikinti-quraşdırma işləri
261 milyon manat olmuşdur ki, bu da keçən
ilin müvafiq dövrü ilə müqayisədə
126,9 faiz, və 197,1 faiz deməkdir.Əsas kapitala yönəldilən investisiyalar
480 milyon manat, pərakəndə əmtəə
dövriyyəsi 465 milyon
manat, əhaliyə göstərilən
pullu xidmətlər
292 milyon manat təşkil etmişdir.Bir
işçiyə hesablanmış orta aylıq əmək haqqı 10,3 faiz artaraq, 521,9 manat olmuşdur. Yeni iş yerlərinin açılması
həmişə rayon rəhbərliyini
düşündürən prioritet məslələrdən
olub. Elə bunun nəticəsidir ki, 2013-cü ilin yanvar-iyun aylarında rayonda 1796 yeni iş yeri açılmışdır
ki, onlardan 37-si yeni yaradılmış müəssisə və təşkılatlarda, 384-ü mövcud və bərpa olunmuş müəssisələrdə, 1374-ü isə fiziki şəxslərdən ibarət
olmuşdur.
Azərbaycan xalqının ümummilli
lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi respublikamızın hər
bir yerində olduğu kimi, Yasamal rayonunda silsilə
tədbirlərlə təntənəli
şəkildə qeyd
edilmişdir. Bu tədbirlər kütləvi
xarakter daşımış,
rəngarəngliyi, dərin
məzmunu və başlıcası isə
xalqımızın ümummilli
liderə sonsuz məhəbbətinin təzahürləri
ilə səciyyələnmişdir.
Belə ki, may ayının 3-də Yasamal
rayon İstirahət parkında
ənənəvi “Gül
bayramı”, mayın
6-da Azərbaycan Dövlət
Akademik Milli Dram Teatrında təntənəli
yığıncaq, Heydər
Əliyev Mərkəzində
“Xalqa bağışlanan
ömür”, Heydər
Əliyevin siyasi irsinin təbliğinə həsr olunan açıq dərs, Azərbaycan Dövlət Pedaqoji Kollecinin keçirdiyi ulu öndər Heydər Əliyevin xatirəsinə
həsr edilmiş açıq dərs, Azərbaycan Dövlət Memarlıq və İnşaat Unıversitetinin
keçirdiyi ulu öndər Heydər Əliyevin 90 illik yubıleyinə həsr edilmiş, açıq dərs və digər tədbirlər keçirilmişdir. Heydər Əliyev
mərkəzində 15 iyun
- Milli Qurtuluş Günü münasibətilə
keçirilən tədbirdə
ulu öndər ehtiramla yad edilmişdir.
İ.Mehdiyev vurğuladı ki,
“2011-2013-cü illərdə Bakı şəhərinin və
onun qəsəbələrinin sosial-iqtisadi inkişafına
dair Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərdən
31-i tamamilə başa çatdırılmışdır. Bunlardan 22-si məktəb və məktəbəqədər müəssisələrin
əsaslı təmiri
və 3-ü telefon stansiyasının yenıdən
qurulmasıdır. Proqramın 17 bəndi qismən
icra olunmuş, digər tədbirlərin icrası isə 2013-cü
ildə nəzərdə
tutulur. Bunlar rayonun qaz, elektrik enerjisi, su və kanalizasiya,
yol təsərrüfatı
və nəqliyyat, abadlıq və təhsil sahələrini əhatə edən geniş miqyaslı tədbirlərdir. Bu tədbirlərin də uğurla başa çatdırılması üçün
bütün imkanlardan
istifadə olunur.
Əhalinin sosial problemlərınin
həlli istiqamətində
ölkə Prezidenti tərəfindən verilmiş
tapşırıqlar və
bu sahədə yaranmış problemlərin
həlli daim rayon icra hakimiyyətinin nəzarətində
olmuşdur. Bu gün rayonun enerji daşıyıcıları ilə
təmin olunmasında
heç bir problem yoxdur. Elə bunun nəticəsidir ki, əhali tərəfindən elektrik
enerjisinin dəyərinin
ödənilməsi 2013-cü ilin 6 ayında 102,3 faiz təşkil
etmişdir.
Vətəndaşların qəbulu, onların müraciətlərinə
baxılması, 2013-cü ilin
6 ayı ərzində
də icra hakimiyyəti başçısının diqqət mərkəzində saxladığı
məsələlərdən olmuşdur. Bu müddət
ərzində vətəndaşlardan
1610 müraciət daxil
olmuşdur. 1610 müraciətdən 796-ı yuxarı
dövlət orqanlarından,
o cümlədən 62-i nəzarətlə
göndərilmişdir. Yerli sakinlərin qarşılaşdıqları
problemlərin aradan qaldırılması istiqamətində
ciddi tədbirlər həyata keçirilmişdir.
Bununla yanaşı
rayon icra hakimiyyəti
başçısının aparatda keçirilən rəsmi qəbulunda 165 nəfər, səyyar qəbul-görüşlərdə isə 115 nəfər
rayon sakini onları narahat edən 121 sosial problemlə əlaqədar müraciət
etmişlər. Bütün bunlar
diqqətlə dinlənilmiş
və kömək məqsədilə aidiyyatı
orqanlara müvafiq tapşırıqlar verilmişdir.
İ.Mehdiyev bildirmişdir ki,
ölkə rəhbərliyinin
tapşırıqlarına uyğun olaraq həmişə
vətəndaşların müraciətlərinə
peşəkarlıqla, eyni
zamanda həssaslıqla
yanaşılmasının zəruriliyini qeyd etmışdir.
Bu il ölkə
başçısının seçkilərinin keçirilməsi
bu sahədə hər bir dövlət
qulluqçusunun, məmurun
üzərinə düşən
məsuliyyəti daha da artırır. Bidirdi ki, Azərbaycan
Respublikası Prezidentinin
seçki kampaniyasına
start verilməsinə çox
az vaxt
qalır. Şübhəsiz ki, seçkılərlə
əlaqədar bizim çoxsaylı tədbirlərimiz
olacaqdır. Lakin indidən
müəyyən məsələlərin
həlli istiqamətində
üzərimizə düşən
vəzifələrin icrasına
başlanılmalıdır. Bu gün bəzi dairələr, xüsusilə
dövlət idarəçiliyində
heç bir təcrübəsi, səriştəsi
olmayan kinorejissor Rüstəm İbrahimbəyov
kimi milli mentalitetdən , azərbaycançılıqdan
uzaq olan bir adam kimlərinsə
vasitəsilə ortalığa
atılaraq çaşqınlıq
yartmaq istəyir. Xalq belə antimilliləri, ermənipərəstləri çox
yaxşı tanıyır.
Ona görə də belələrinin ortalığa
atılması əbəsdir.
Söz yox ki, seçkilərdə
hər bir Azərbaycan vətəndaşının
iştirakı onun hüququdur. Ancaq Rüstəm
İbrahimbəyov bir neçə ölkənin
vətəndaşıdır. Buna baxmayaraq, seçkilərə
qatılmaq istəyir.
Xalq isə kimin kim
olduğunu çox yaxşı bilir. Ölkəmizin sürətli
inkişaf yoluna qədəm qoyması, dünya birliyinə inteqrasiyası və dünyada söz sahibinə çevrilməsi,
həmçinin əhalinin
həyat səviyyəsinin
getdikcə yüksəlməsi
əsası ulu öndər Heydər Əliyev tərəfindən
qoyulan və bu gün möhtərəm
Prezidentimiz İlham Əliyev tərfindən uğurla həyata keçirilən daxili və xarici siyasətin təntənəsidir.
Bu siyasi xəttin
Azərbaycanda hələ
də alternativi yoxdur. Ona görə də
xalq yenə də böyük ruh yüksəkliyi ilə möhtərəm Prezidentimiz İlham Əliyevə səs verəcək. Biz əhali ilə keçirdiyimiz görüşlərdə
də bunun şahidi oluruq.
İ. Mehdiyev əminliklə
bildirdi ki, prezident seçkiləri
ilə əlaqədar
rayon icra hakimiyyəti,
rayonun idarə, müəssisə və təşkilatlarını, ictimai
birliklərini, rayon ictımaiyyətini,
eləcə də sağlam düşüncəli
və əqidəli bütün sakinlərimizi
öz ətrafımızda
səfərbər edərək
qarşıda duran hər bir vəzifənin
vaxtında, yüksək
keyfiyyətlə icrasını
təmin edəcəyik.
Məruzə ətrafında çıxış
edənlər cari ilin birinci yarısında
rayonda görülən
işləri yüksək
qiymətləndirdilər.
Əliqismət
BƏDƏLOV
Xalq qəzeti.- 2013.- 27 iyul.- S. 7.