Ağsu: Dövlət Proqramında nəzərdə tutulan layihələr reallaşdırılır

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin sonuncu iclasının materialları bölgələrdə əhatəli şəkildə müzakirə olunur, görülmüş işlərə yekun vurulur, yeni vəzifələr müəyyənləşdirilir. Belə toplantılardan biriAğsuda keçirildi. Rayon ictimaiyyəti qarşısında səsləndirilən hesabatdanmüvafiq qurum rəhbərlərinin çıxışlarından aydın şəkildə görünürdü ki, Ağsu ötən ilin müvafiq dövrünə nisbətən kifayət qədər irəliləyib. Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin hesabatından götürdüyümüz bəzi məqamlar da bunu təsdiq edirdi.

İcra başçısı qeyd etdi ki, ölkəmizin  hər  yerində  olduğu  kimi Ağsuda da  Dövlət  Proqramının  ilk üç  ili  uğurlu  nəticələrlə  başa  vurulub,  sosial  infrastrukturun,  əhalinin  həyat  şəraitinin     sosial  müdafiəsinin   yaxşılaşdırılması, yoxsulluğun  səviyyəsinin  azaldılması,   sahibkarlığın  inkişaf    etdirilməsi,  abadlıq-quruculuq,  tikinti-bərpa  işlərinin  aparılması,  yeni    yerlərinin  açılması     nəticədə  əhalinin  rifah  halının  yüksəldilməsi   sahəsində   böyük  nailiyyətlər  əldə  olunub.

Bu  uğurların  davamı  olaraq   2013-cü  ilin  birinci yarısında  da “Azərbaycan Respublikası  regionlarının  2009-2013   illərdə  sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramı”nda  nəzərdə  tutulan  tədbirlər  müvəffəqiyyətlə  icra  olunub. Belə  ki,  kənd  təsərrüfatı  məhsullarının  istehsalının    emalının inkişafının  dəstəklənməsi  davam  etdirilib. 2013-cü ilin məhsulu üçün 33741 hektar sahədə payızlıq taxıl əkilmişdir ki, bunun da 14199 hektarı buğda, 19542 hektarı isə arpa əkinidir. Taxıl əkini sahələrinə yüksək  səviyyədə  aqrotexniki qulluq göstərilib.

Məhsuldarlığı artırmaqdan ötrüAqrolizinqyolu ilə fermerlərə və ailə-kəndli təsərrüfatlarına 180 ton azot  20 ton  fosfor gübrəsi satılmışdı. Buğda istehsalçılarının  maddi  marağının  artırılması və  buğda  istehsalının  stimullaşdırılması  məqsədilə  dövlət  büdcəsinin  vəsaiti  hesabına  yardımın  verilməsi  təmin  edilib,  kənd  təsərrüfatı  məhsulları istehsalçılarına əkin sahələrinin  becərilməsində  istifadə  olunan  yanacaq    motor  yağlarına  görə  dövlət  maliyyə yardımının verilməsi   üçün müvafiq  sənədlər  hazırlanıb.

Dünya  Bankı    Azərbaycan  Hökuməti  ilə  birgə  maliyyələşdirilən  Milli  Su  Təchizatı     Kanalizasiya  xidmətləri  üzrə   İkinci  Layihə”  çərçivəsində  Ağsu şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması istiqamətində  işlərin  icrası  davam  etdirilib.

Aqrolizinq  ASC -nin  Ağsu  rayon  Aqroservis” filialı  üçün  istehsalat  bazası, rayonun  Padar  kəndində  saatlıq  istehsal  gücü  30  kubmetr  olan  Qum-çınqıl  karxanası,  Ağsu  şəhəri  ilə  Rirhəsənli  kəndinin  sərhədində  yeni  park, Ağsu  şəhərində,  eləcə   kəndlərdə  onlarla  ticarət,  iaşə,  məişət  və  servis  xidməti  obyektləri,  plastik  qapı-pəncərə   hazırlayan  sexlər,  həmçinin  digər  xidmət    istehsal  obyektləri  istifadəyə  verilib,  Ağsu  şəhərində dövlət  fonduna aid olan bir yaşayış  binasının  dam  örtüyü  əsaslı  təmir  edilib.   Kənd  investisiya  layihəsi  çərçivəsində  Pirhəsənli    Qaraqaşlı  kənd  qəbiristanlığının  ətrafına  tor  hasar  çəkilib,  İlxıçı    Qaraqoyunlu  kəndlərində  kəndarası  yollar,  Çaparlı  kəndində  feldşer  mama  məntəqəsi  təmir  olunub.  Səhərin  mərkəzi  küçələrinin   tamamilə yenidən  qurulması  istiqamətində  işlər  davam  etdirilir.

Vətəndaşlara  məxsus  fərdi  evlərin,  yardımçı  tikililərin,   ticarət,  iaşə,  məişət    digər  xidmət  obyektlərinin,  ictimai    inzibati  binaların  görkəmi  yaxşılaşdırılır,  piyada  səkiləri  salınır,  həyətyanı  sahələrin  küçələrə  yaxın  hissəsində  mişar  daşı  ilə  hasar  tikilir,  mövcud  hasarlar  eyni  vəziyyətə  gətirilərək  üzlük  daşlarla  üzlənir.  Yaşıllıq  zolaqlarının  salınması,  ağac,  gül    bəzək  kollarının  əkiliməsi  istiqamətində  işlər  davam  etdirilir,  rayonun  Pirhəsənli  kəndində  500  ton  kənd  təsərrüfatı  məhsulları  saxlanılması  üçün  soyuducu  anbarın,  Səfərbərlik    Hərbi   Xidmətə Çağırış  üzrə  Dövlət  Xidmətinin  Ağsu  rayon  şöbəsi,   Dövlət  Miqrasiya  Xidmətinin  regional  idarəsi  üçün  inzibati  binanın, onlarla   ticarət,  iaşə,  məişət    servis  xidməti  obyektlərinin  tikintisi,  eləcə    rayon   mərkəzində    kəndlərdə  abadlıq,  quruculuq,  tikinti,  sosial  obyektlərin  təmiri  və  bərpası  istiqamətdə  əsaslı  işlər  davam etdirilir.

Ötən yazılarımızda qeyd etmişdik ki, Ağsuda insanların işlə təmin olunması daim diqqət mərkəzindədir. Adı çəkilən toplantıda da bu barədə söz açıldı. Qeyd olundu ki, işsizlik probleminin  həllinə  köməklik  göstərilməsi  istiqamətində rayon  Məşğulluq  Mərkəzi  tərəfindən  müəyyən  işlər  görülüb. Hesabat  dövründə  1023  nəfər vətəndaş  işaxtaran  kimi   mərkəzdə  qeydiyyatda  olub,  137  nəfər işaxtaran  kimi  qeydiyyata  alınıb,  81  nəfər    göndəriş  alaraq  işlə  təmin  olunub. Hesabat  dövründə   işsizlik  statusu  alanlar cəmi 14 nəfər olub.  Bu  müddətdə  sosial  müdafiəyə  daha  çox  ehtityacı  olan  vətəndaşlar  üçün  6  kvota  müəyyən  edilib,  6  nəfər  vətəndaş  kvota  yerinə  göndərilərək  münasib  işlə  təmin edilib.

Ağsu şəhərinin yaşayış massivlərinin qaz təchizatının yaxşılaşdırılması və rayonun kənd yaşayış məntəqələrınin qaz təminatının bərpası və yenidən qurulması  işləri  cari  ilin birinci yarısında  da  davam  etdirilib. Yeni tikilmiş mənzillərin qazlaşdırılması məqsədilə yeni qaz kəmərlərinin çəkilişi, eləcə də qaz almayan kənd yaşayış məntəqələrinin qazlaşdırılması üçün tikinti-quraşdırma işləri davam etdirilib.

Rayonun elektrik təsərrüfatında da yenidənqurma işləri davam etdirilib. Şəbəkənin balansında olan 10 kilovoltluq  elektrik verilişi  xətlərində  65  kilometr  əsaslı, 4,9  kilometr  məsafədə  cari,  4  kilovoltluq  elektrik  verilişi  xətlərində  2,1 kilometr məsafədə  əsaslı  təmir  işləri   görülüb.  Ümumi  gücü 7741  kilovatt  olan 31  ədəd  transformator  yarımstansiyası  cari  təmir  olunub, 71  ədəd  Smart-kart  tipli, 73  ədəd  elektron  sayğac  quraşdırılıb.        Ölkənin  sosial-iqtisadi  həyatında  mühüm  rol  oynayan  rabitə  son  illər  yüksək  inkişaf  səviyyəsinə  çatıb,  bu  inkişaf  həm  mövcud   rabitə  vasitələrinin  intensiv  istismarı,  habelə  yeni  texnologiyaların    xidmət  növlərinin  yaradılması  ilə  səciyyələnir.  Bu  sahədə  rayon  poçtamtı    Telekommunikasiya  Qovşağı  tərəfindən  müəyyən  işlər  görülüb.

Ənvər müəllim dedi ki, ilin sonuna  kimi  rayon  iqtisadiyyatının  daha  da  yüksəldilməsi,  əhalinin  sosial  problemlərinin  həlli, özəl sektorun inkişafına  köməklik  göstərilməsi, ərzaq  təhlükəsizliyinin  təmin  edilməsi,  abadlıq-quruculuq  işlərinin  aparılması, sənaye,  tikinti,  nəqliyyat  və  rabitə  müəssisələrinin  fəaliyyətinin  müasir   tələblər  səviyyəsində  qurulması   istiqamıətində  müvafiq  tədbirlər  həyata  keçiriləcək. Yaxın aylarda əhalinin  enerji  daşıyıcıları  ilə  dayanıqlı  təminatı    içməli  su  təchizatının  yaxşılaşdırılması  istiqamətində  tədbirlər  davam  etdiriləcək,  istehsal,  xidmət    sosial-mədəni  obyeklərin  inşasına  diqqət  artırılacaq. Büdcə  gəlirlərinin  artırılması  üçün  mövcud  qanunvericiliyin  tələbləri  yerinə - yetiriləcək,  büdcə  xərclərinin  icrası  tam  təmin  ediləcək. Cari  ildə  görüləcək   işlər  əhalinin  məşğulluq  səviyyəsinin  yüksəldilməsində    maddi  rifah  halının  yaxşılaşdırılmasında  müstəsna  rol  oynayacaqdır.

Rayon rəhbəri əminliklə qeyd etdi ki, ağsulular  Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında bundan sonra da daha sıx birləşəcək, ölkəmizin sosial-iqtisadi tərəqqisi naminə  dövlətimizin   genişmiqyaslı  iqtisadi  strategiyayasının  həyata  keçirilməsinə öz layiqli töhfələrini  verəcəklər.

 

İlqar HƏSƏNOV

 

Xalq qəzeti.- 2013.- 28 iyul.- S. 6.