Lənkəran: uğurların ardı gəlir

 

Bu ilin  ilk yarısında Lənkəran rayonunun sosial-iqtisadi həyatında dinamik artıma nail olunmuş, yüksək nəticələr qazanılmışdır. Müsbət dəyişilikləri rayon üzrə statistik göstəricilər də  təsdiq edir. Bu barədə yarımillik hesabat yığıncağında ətraflı danışılmışdır.

Lənkərana səfərimiz hesabat yığıncağından sonraya təsadüf etsə də, nailiyyətlərin yaratdığı təəssürat hələ davam edirdi. İcra hakimiyyətinin başçısı Taleh Qaraşov da elə söhbətinə bu barədə qeydlərlə başladı. Öyrəndik ki, 2013-cü  ilin  altı ayında  ümumi məhsul buraxılışı 26,4  faiz artaraq 139,4  milyon  manat  təşkil  etmişdir. Ümumilikdə sənayenin  qeyri-dövlət  sektorunda  istehsalın  həcmi  13,9  faiz  artmış    ümumi  həcmdə  onun  xüsusi  çəkisi  66,2  faizə çatmışdır.  Sənayedə  işləyənlərin  orta  aylıq  əmək  haqqı  237  manata  çatmışdır. Ötən müddətdə   rayonda  1273 yeni    yeri açılmışdır, bunun da  1053-ü   daimidir.

Cari ilin ölkədə “İnformasiya Kommunikasiya Texnologiyaları” ili elan edilməsi ilə əlaqədar rayon Telekommunikasiya Qovşağı üzrə geniş tədbirlər həyata keçirilir. Şəhər EATS-4, EATS-5, Liman EATS-lərin, eləcə də rayonun 26 kəndində yeni nəsil texnologiyalı  elektron ATS-lərin  (NGN) quraşdırılması üçün hazırlıq işləri görülür. Rayonda geniş zolaqlı internet istifadəçilərinin sayı 36896 nəfərə çatmışdır.  Birinci  yarımildə  32.9 milyon manatlıq  kənd  təsərrüfatı  məhsulları  istehsal edilmişdir ki, bu  da  əvvəlki  dövrə  nisbətən  3,8 faiz  çox  olmuşdur. Heyvandarlıq məhsullarının istehsalında da irəliləyiş  baş  vermişdir.

Sahibkarlığın  inkişafı  nəticəsində rayonda  sənayedə istehsalın  həcminin    66,2  faizi, aqrar  bölmədə  99  faizi    pullu  xidmətlərin  82,4  faizi  özəl  bölmənin  payına  düşür.

Altı ay ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən    sahibkarlara  güzəştli şərtlərlə  25 layihə üçün 1 milyon 648 min manat  kredit  verilmiş, nəticədə 205 yeni yeri açılmışdır.

Cari ilin 6 ayı ərzində də rayonda genişmiqyaslı quruculuq- abadlıq işləri aparılmışdır. Rayonun tarixində ilk dəfə olaraq sosial-iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı ölkə başçısı 5 sərəncam imzalamışdır. Həmin sərəncamların icrası ilə bağlı görülmüş işlər nəticəsində şəhər və rayonun siması tamamilə dəyişmişdir.

Dövlət vəsaiti hesabına şəhərin Şəhidlər Xiyabanı küçəsi tamamilə yenidən qurulmuşdörd zolaqlı yol istifadəyə verilmişdir. Küçədəki körpü genişləndirilmiş, hər iki tərəfində yeni səkilər tikilmiş, müasir işıqlandırıcılar quraşdırılmışdır.

Həmin küçədə, Göyşaban dairəsindən Ləvəngi dairəsinədək, Heydər Əliyev prospektinədək olan yolda, Heydər Əliyev prospektinin özündə küçə hasarlarının inşası və üzlük plitələrlə üzlənməsi, səkilərə yeni yan daşlarının düzülməsi, tametlərin döşənməsi, körpünün məhəccərlərin rənglənməsi, müasir küçə işıqlandırıcılarının quraşdırılması, divarların yenidən rənglənməsi başa çatdırılmışdır. Sütəmurdov kəndi ərazisində Olimpiya Idman Kompleksinə gedən yolda yeni səkilər tikilmiş, müasir işıqlandırıcılar quraşdırılmışdır. Lənkəran şəhərlərarası avtovağzalının yerləşdiyi ərazidə yeni yol dairəsi yaradılmış və dairədə ornamentli postament üzərində saat quraşdırılmışdır. Gərmətük yol dairəsində də mənzərəli guşə yaradılmışdır. “Bulaqkompleksi yenidən əsaslı təmir  olunmuşdur.

Rayonun giriş qapısı olan Qumbaşı kəndi ərazisində yol guşəsi zənginləşdirilmiş, orada rəmzi qala divarı hörülmüş, yaşıllıq zolağı salınmış, magistral yol üzərindəki körpünün məhəccərləri rənglənmiş və piyada keçidi üzərində tamet plitələr düzülmüşdür. Göyşaban dairəsindən Ürgə kəndinə qədər olan ərazidə yaşıl təpələrdən ibarət mənzərəli təbiət guşəsi yaradılmış, Göyşaban kəndi ərazisindəki Qala kompleksi yenidən qurulmuş, qarşısında yaşıl zolaqlar yaradılmışdır. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov adına xatirə parkında yenidənqurma və təmir işləri aparılmış, ərazi müasir görkəm almışdır. Abidənin postamenti və ətarfı daha keyfiyyətli mərmərlə örtülmüşdür. Şəhərin mərkəzində yerləşən Əfqanıstan veteranları parkı əsaslı şəkildə yenidən qurulmuş, orada müasir işıqlandırıcılar quraşdırılmış və yaşıllıq  zolaqları salınmışdır.

 

Ümumilikdə şəhər ərazisində 116 ədəd yeni küçə işıqlandırıcıları quraşdırılmış, uşaqlar üçün oyun meydançaları yaradılmışdır.

Şəhidlər Xiyabanı küçəsi 157, Nizami küçəsi 84,  88,  90, 91 saylı ünvanlarda yeləşən çoxmərtəbəli yaşayış binalarının dam örtükləri yenidən qurulmuş, 157 saylı binanın dam örtüyü və fasadı yenilənmişdir.  Şəhərin park, bağ və meydanlarında müxtəlif dekorativ ağaclargül kolları əkilmişdir.

Bundan əlavə, şəhərdaxili küçələrdə 3,1 km uzunluğunda 32.6 min kvadratmetr sahəyə isti asfalt örtüyü döşənmiş, digər yolların sıradan çıxmış hissələrində 2472 kvadratmetr cari təmir işləri aparılmışdır. Prezident İlham Əliyevin sərəncamına müvafiq olaraq Lənkəran-Vilvan-Osaküçə-Türkəncil yolunun 2-ci hissəsinin inşasından ötrü ayrılmış 4 milyon manat vəsaitə uyğun tikinti işləri davam etdirilmişyolun 6,2 km sahəsi asfaltlaşdırılmış, hazırda son tamamlanma işləri gedir. Ölkə başçısının göstərişi ilə Prezident Adminstrasiyasının bölgüsünə əsasən daha bir yolun - 47261 nəfər əhalinin yaşadığı 15 kəndi birləşdirən və dəyəri 5,2 milyon manat olan Vilvan-Zövlə-Boladi-Liman yolunun birinci hissəsinin təmiri üçün 2,5 milyon manat vəsait ayrılmış, yolun xeyli hissəsi keyfiyyətlə təmir edilərək istismara verilmişdir.

Mərkəzi  Rayon  Xəstəxanasının  bütün  müəssisələrində  əhaliyə    tibbi  xidmətin  səviyyəsinin  yaxşılaşdırılması  məqsədilə  kompleks   işlər  görülmüşdür. Ölkə Prezidentinin müvafiq sərəncamına əsasən ayrılmış vəsait hesabına Mərkəzi Rayon Xəstəxanası əsaslı şəkildə təmir olunur. Artıq işlər başa çatmaq üzrədir. Lənkəran şəhərində Rayonlararası Narkoloji xəsrəxana üçün 18 çarpayılıq yeni bina tikilmişdir.   “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” rayonumuzda da uğurla icra edilir.  Bu baxımdan Lənkəran şəhərində Heydər Əliyev xatirə parkında istifadəyə hazırlanan 3 mərtəbəli Gənclər Mərkəzinin böyük əhəmiyyəti olacaq.

Rayonun  qarşısında  bir  sıra vacib  məsələlər  durmaqdadır. Bu  işlərin  bir  qismi  regionların  2009-2013-cü  illərə  aid  sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramında  öz  əksini  tapmışdır. Belə  ki, şəhər, kənd    qəsəbələrin  inkişafı  ilə  əlaqədar  yeni  infrastruktur  layihələr  həyata  keçiriləcək, elektrik  təsərrüfatının  yaxşılaşdırılması  qazlaşma  işləri  davam  etdiriləcəkdir.

Eyni zamanda, bu il rayonda 110 yerlik uşaq bağçası və uyğunlaşdırılmış binalarda yerləşən 11 məktəb üçün yeni binaların tikintisi, 1 məktəbin əsaslı təmiri, 15 çoxmərtəbəli yaşayış binalarında bərkitmə-gücləndirmə işlərinin aparılması nəzərdə tutulmuşdur. İlin sonuna qədər rayonun bütün yaşayış məntəqələrinin qazlaşdırılması başa çatdırılacaqdır.

Cənab Prezidentin sərəncamı ilə daha bir layihənin icrasına Vilvan-Zövlə-Boladi avtomobil yolunun 2-ci hissəsinin yenidən qurulmasına başlanmışdır.  Azərbaycan Respublikasının Prezidentinin Ehtiyat Fondunun vəsaiti hesabına Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun təmiri üçün hazırlıq işləri görülür. Cənab Prezidentin məlum sərəncamı ilə Lənkəran-Vilvan-Osaküçə-Türkəncil avtomobil yolunun ikinci hissəsinin əsaslı təmiri başa çatmaq üzrədir. Asiya Inkişaf Bankının maliyyə dəstəyi ilə Hirkan-Mamusta-Siyavar yolunun 7 kilometri, Hirkan-Xanbulan-Biləsər  yolunun  10 kilometri və Veravul-Qaraağaclı yolunun 4 kilometr hissəsi əsaslı təmir ediləcəkdir.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2013.- 28 iyul.- S. 6.