Məhəmməd
Nəsirəddin Tusi və ruhi
mədəniyyət
Tusinin əsərində həm humanist, həm də demokratik motivlər aşkar edilir. Dövlət siyasəti məsələlərinə toxunaraq, Tusi qeyd edir ki, o, ədalətli olmalıdır. Bunun üçün hökmdar, xalqın maraqlarına cavab verən, cəmiyyətdə şər qüvvələrin aradan qaldırılması və mütərəqqi dəyişikliklərin həyata keçirilməsi imkanını verən müəyyən keyfiyyətlərə malik olmalıdır. O, hökmdarlara - qərarları qəbul edərkən yoxlanılmış, dürüst informasiyaları əldə rəhbər tutmağı, vətənin müdafiəçilərinə hörmət etməyi, ehtiyacı olanlara yardımdan imtina etməməyi, alimlərin və yüksək mədəniyyətli insanların müdrikliyinə istinad etməyi, öz nəfslərini dəf etməyi bacarmağı, böyüklükdən və şöhrətdən başını itirməməyi, ölkənin müqəddəratına görə öz məsuliyyətini unutmamağı məsləhət görür.
Orta əsr dövlət başçısının istənilən insanı yüksəltmək və ya məhv etmək imkanını qeyd edərək, Tusi maariflənmiş hökmdarın pozitiv keyfiyyətlərini və ədalətli idarəetmə üçün zəruri şərtləri sadalayır: təbəələrə ata münasibəti göstərmək; alicənablıq; dözümlülük; qətiyyətlilik; səbr; sərvət (xalqdan maliyyə asılılığının olmaması üçün zəruri olan); ədalətli və sədaqətli köməkçilər.
Alicənablıq, dözümlülük, qətiyyət və səbr kimi keyfiyyətləri xüsusi qeyd edərək, Tusi göstərir ki, hökmdar onları necə qazanmalıdır. Bu zaman o, hökmdarı cəmiyyətin sosial terapiyasını həyata keçirməli və onun ruhi sağlamlığını qorumalı olan həkimə bənzədir. Tusi xeyirxahlıq və sosial ədalət tərəfdarı kimi çıxış edərək, orta əsr cəmiyyətinin sosial bəlasının iki səbəbini göstərir: hökmdarların qəddarlığı və aşağı səviyyəli və bədxah insanların tərifinin və təşviqinin artması üçün şərait yaradan məmurların özbaşınalığı. O, xalqın rifahına məsul olan siyasətçilərə ədalətli dövlətin əsas şərtinin - əməyə, qarşılıqlı yardıma və sosial ədalətə əsaslanan insanların ümumi birliyi olduğunun zəruriliyini yadda saxlamaq haqqında danışır.
Dövlət idarəçiliyində etik mədəniyyətə xüsusi əhəmiyyət verən Tusi qeyd edir ki, ölkənin sabit inkişafı üçün onun hökmdarlarının ətrafdakılara və bütün xalqa nümunə olaraq, xeyirxah, iradəli və ədalətli, öz xalqı ilə birlik şərtlərinə sadiq, hakimiyyət və sərvət hərisliyindən azad olması vacibdir. Dövlətçiliyin qorunmasının zəruriliyini qeyd edərək və bu işdə şahın özünün xüsusi rolunu göstərərək, Tusi deyir ki, əgər ölkədə təqlid etməyə layiq alicənab lider olmasa, insanlar pisliyə doğru dəyişilə bilərlər. Cəmiyyətdə əməyə məhəbbət və vətənpətvərlik yox ola bilər, varlanmaq ayini bərqərar olar - lovğalıq, təkəbbür, özünü öymək və xəyanət inkişaf edər, onu nifaqlar və ziddiyyətlər əhatə edər. Belə dövlət daxili sosial-siyasi sarsıntıların alovunda məhv ola bilər və ya zəif düşmən üçün asan qənimət olar. Tusi antik sivilizasiyaların inkişaf məntiqinin diqqətli təhlili əsasında çox mühüm qanunauyğunluq aşkar edir: hər hansı bir ölkənin ərazisində tayfa-qəbilə feodal dövlətlərinin formalaşdırılmasını şərtləndirən məşhur “parçala və hökm et” siyasəti feodal hökmdarları arasında ixtilaflar yaradaraq, həmin ölkənin kənardan idarə edilməsini asanlaşdırır.
Tusi insan münasibətləri mədəniyyətinə geniş yer verir. Onun tərəfindən həqiqi dostların seçilməsi, dostlarla və xalqın müxtəlif təbəqələrinin nümayəndələri ilə münasibətə görə tövsiyələr verilir. Alim qeyd edir ki, əgər insan bütün dünyaya malikdirsə, amma ünsiyyət mədəniyyətindən məhrumdursa, həqiqi dostları seçməyi və qiymətləndirməyi bacarmırsa, onun həyatı mənasını itirir. Əsl məhəbbəti, dostluğu və sədaqəti dünyanın bütün sərvətlərindən uca tutan alim deyir ki, ruhuna, dəyərlərinə və maraqlarına görə yaxın olan insanlarla dostluq əlaqələri qurmağa çalışmaq lazımdır. Öz kolleqaları və həmfikirləri ilə ümumi məqsədlərlə bağlı olan xeyirxah, cəsur və elmli insanlar daha sədaqətli dostlar ola bilərlər.
Tusi insanların qarşılıqlı dəstək tələbatını xüsusi qeyd edir. Dostluq haqqında danışarkən, o çoxlu sadiq dostları və əməkdaşları olanları, onları faydalı işlərə cəlb edən və xoşbəxtliyə nail olmaqda özü onların köməyindən istifadə edən, onlarla fəxr edən və uğurlarına sevinənlərı kamil və xoşbəxt adlandırır. Belə insanlar dostluqdan zövq almağı, dostları qiymətləndirməyi və onlara qayğı göstərməyi bacarırlar. Cəmiyyətin bütün sosial təbəqələri və qruplarının qaydalarını onların etikasına zidd hərəkətlər etməmək üçün bilmək lazımdır.
Kollektiv söhbətdə iştirak etikasından danışaraq Tusi məsləhət görür: sözləri düzgün seçmək və öz fikirlərini aydın ifadə etmək; bütün iştirakçılara ünvanlanmış suala birinci cavab verməmək; başqalarının yanında gizli danışmamaq; başqa adama verilən suala cavab verməmək, belə ki, bu sənin yüngülxasiyyətliliyinə və sual verənə qarşı hörmətsizliyinə dəlalət edər və sənin məsuliyyətini artırar.
O deyir ki, intriqaya və ədalətsizliyə qarşı ən yaxşı silah - mübahisə vaxtı həqiqətə, sakitliyə, təmkinə və dəlillərə əsaslanan sərt və layiqli cavab vermək bacarığıdır.
İnsan münasibətləri mədəniyyətinin üç səviyyəsini təhlil edərək, Tusi sosial iyerarxiyada daha yuxarıda, özünə bərabər və daha aşağıda dayananlarla münasıbətdə öz mövqeyini düzgün müəyyənləşdirməyin zəruriliyi haqqında danışır. İlk olaraq o daha aşağı səviyyəyə düşməmək üçün öz mövqeyini qorumaq zərurətindən danışır. İkinci və üçüncü halda - daha yuxarı səviyyəyə qalxmağa çalışmaq lazımdır.
Sosial səviyyədən asılı olaraq insanlarla ünsiyyət tərzini seçmək lazımdır. Bərabər olanlarla üç əsas mövqe qəbul oluna bilər: dostlarla rəftar, düşmənlərlə rəftar, bitərəf insanlarla rəftar. Zahiri dostlarla rəftarda yadda saxlamaq lazımdır ki, alicənab insanlar, bütün insanların onlara hörmət etməsi və onlarla dostluq etməyə can atması üçün öz vədlərini yerinə yetirməlidirlər. Alicənab insanların yalançı zahiri dostlara münasibəti xeyirxah, yumşaq, təmkinli, qeyri-laqeyd olmalıdır, lakin bu zaman onlara öz işlərin, məqsədlərin və planların haqqında heç bir məlumat vermək olmaz. Bununla bərabər onları yaxşılığa doğru dəyişməyə çalışmaq, onların dostlarına və qohumlarına hörmət göstərmək, lazım olan halda onlara kömək etmək, onların həyatının sevincli və kədərli hadisələrində iştirak etmək lazımdır. Ola bilsin ki, zaman keçdikcə əgər təkmilləşsələr, onlardan bəziləri həqiqi dostlara çevrilə və öz dünyagörüşünü və dəyərlər sistemini dəyişə bilərlər.
Müxtəlif insanlarla münasibət qurarkən, həm onların, həm də özünün maraqlarını nəzərə almaq lazımdır. Bu zaman hər bir kəslə onun öz dilində danışmaq lazımdır. Nə düşmən, nə dost olan insanlarla xüsusi ünsiyyət qaydası lazımdır. Məsləhət verməyi xoşlayan insanlarla ünsiyyətdə qərar qəbul etməzdən əvvəl diqqətlə yoxlamaq, onların sözlərinin həqiqiliyini müəyyənləşdirmək, niyyətlərini duymaq, ondan sonra öz maraqlarına uyğun hərəkət etmək lazımdır. Sülhpərvərlərə maksimum diqqət və hörmət göstərmək lazımdır. Davakarlarla təmkinli olmaq, onların səviyyəsinə enməmək və onlardan uzaq olmağa çalışmaq lazımdır. Təkəbbürlü adamlarla da özünü təkəbbürlə, qürurla, şəxsi ləyaqət hissi ilə aparmaq, onlarla onların öz dilində danışmaq lazımdır. Onları yalnız bu yolla özünə gətirmək və dəyişməyə təhrik etmək olar. Belə insanlarla təvazökarlıqla danışılarsa, onlar bunu qorxaqlıq kimi qəbul edə və təhqir edə və ya sizi lağa qoya bilərlər. Ləyaqətli insanlarla ünsiyyət saxlamaq, onlarla əməkdaşlığı xoşbəxtlik hesab etmək, onların mühitinə daxil olmağa çalışmaq lazımdır. Pis qonşularla, pis xasiyyətli insanlarla yola getməyi, onlarla xoşluqla danışmağı, onlara qarşı təmkinli olmağı bacarmaq lazımdır. Şagird və tələbələrə xeyirxah və təmənnasız münasibət bəsləmək lazımdır, ağıllı, qabiliyyətli və çalışqanlara hər cür kömək göstərmək, istedadlarının inkişafı üçün şərait yaratmaq lazımdır. Tənbəlləri tərbiyə etmək, onlarda elmə və biliklərə maraq aşılamaq lazımdır. Kütbeyinləri, onlara həyatda gərək olacaq hər hansı bir faydalı peşəyə öyrətmək lazımdır. Ehtiyacı və tamahkarlığı fərqləndirməyi bacarmaq lazımdır. Ehtiyacı olanlara, özünə və öz ailəsinə ziyan vermədən, maddi yardım göstərmək lazımdır. Sədəqə istəyən əlçəkməz insanları ədəbsizliyinə görə danlamaq, onların əlinə bəhanə verməmək lazımdır, bəlkə bu onların dəyişilməsinə kömək edə bilər. Zəif və məzlumlara mərhəmət və şəfqət göstərmək, onlara maddi yardım etmək, onlara qarşı saf və xeyirxah niyyətdə olmaq, hər şeydə xeyirxahlıq göstərmək lazımdır, bütün xeyirxah işlərin mənbəyi - ilahi yaradana oxşamağa can atmaq lazımdır.
Həyat təcrübəsinə istinad edərək Tusi, mənəvi sağlamlığı və qəlb rahatlığını qorumaq məqsədi ilə dostları düzgün seçməyi məsləhət görür, tərbiyəli, saf, xeyirxah, nəzakətli insanlarla ünsiyyət saxlamağı, insanın mənəviyyatını pozan pis insanlardan, qeyri-əxlaqi əsərlərdən və danışıqlardan uzaqlaşmağı məsləhət görür.
Tusi, həmçinin düşmənlərlə münasibətə dair təhlükəsizlik mədəniyyəti baxımından maraq doğuran tövsiyələr verir. Özünü düşmənlərlə necə aparmaq barədə danışarkən, düşmənin mövqeyi haqqında həmişə informasiyaya malik olmaq, mümkün olan təxribatları vaxtında dəf etmək və onların qələbəyə nail olmalarına qarşı ölçülər götürmək üçün onların işlərini nəzarətdə saxlamaq lazım olduğunu qeyd edərək, Tusi sayıqlığa çağırır. O göstərir ki, düşmənlər yaxında və ya uzaqda, aşkar və ya gizlin olur. Aşkar düşmənlər öz qərəzini, gizlinlər - paxıllığını göstərir. Yaxında olan düşmənlərlə xüsusilə ehtiyatlı və sayıq olmaq lazımdır. Eyni zamanda düşmənçiliyin dağıdıcı nəticələrini təsvir edərək, o, insanlarla mümkün qədər düşmənçilik etməməyi, ağıllı və alicənab hərəkətlərlə düşmənləri dostlara çevirməyə çalışmağı məsləhət görür.
Düşmənlərlə dost olmaq bacarığı, onların dostları ilə yaxşı və etibarlı münasibətlər saxlamaq - ağıl və müdriklik əlamətidir. Bu surətlə, onların xarakterinin nöqsanları, güclü və zəif cəhətləri haqqında asanlıqla öyrənmək olar. Düşmənin üzünə və ya arxasınca ləyaqətsiz sözlər, söyüşlər və qarğışlar söyləmək ağıl və mədəniyyət nişanəsi deyil. Belə davranış onlara hörməti əksiltməyəcək, onların sərvətini çox azaltmayacaq, lakin bunu edən adamın adına və mövqeyinə mənəvi zərər vuracaq. Düşmənin, hər kəsin başına gələ biləcək dərdinə sevinmək, və ya dərdində ona istehza etmək yaraşmaz, çünki bu cahillik və nanəciblik nişanəsidir. Əgər düşmən kömək üçün müraciət edərsə, yaxud öz sədaqətini göstərmək istəyərsə, yaxud hansısa bir əşyanı saxlamaq üçün qoyarsa, ona inam və xoşqəlblik göstərmək lazımdır. Günahın düşmənin üzərində olduğunu və onun məzəmmətə layiq olduğunu göstərərək, öz mərdliyini izhar etmək və alicənablığını sübut etmək lazımdır. Həsəd aparanları, onlara müəyyən hədiyyələr bağışlamaqla, neytrallaşdırmaq olar. Özünü onların riyakarlığından və hiyləgərliklərindən qorumaq, onlarda aqressiv davranış oyada biləcək hərəkətlərdən çəkinmək lazımdır. Çalışmaq lazımdır ki, xalq onların əsl simasını tanısın.
Müasirlərinə nəsihət üçün Tusi öz kitabında şüurlu və ləyaqətli həyat mədəniyyətinə dair aşağıdakı faydalı məsləhətlərin verildiyi Platonun Aristotelə vəsiyyətini göstərir:
Daim öyrən, bilik əldə etməklə məşğul ol. Əvvəlcə məqsədini müəyyən et, sonra onun əldə edilməsi üçün elmi seç.
Alimin dəyərini onun əsərlərinin praktik faydası, onun alicənablığı və xeyirxahlığı ilə müəyyən et.
Allahdan yalnız faydalı və əbədi
nemətləri istəmək lazımdır.
Həmişə
sayıq ol, çünki
şər insanların hiylə və kələyinin sərhədləri
yoxdur.
Mümkün olmayan
şeylər haqqında xəyala qapılma.
Bil, ilahi cəza
qisas deyil, tərbiyə
məqsədi daşıyır.
Ləyaqətsiz həyat sürmə ki, o, ləyaqətsiz
ölümlə başa çatmasın.
Xeyirxahlığa
həsr olunmayan
həyatı
faydasız hesab et.
Sənin günahın üzündən hansısa bir bəlanın baş verib-vermədiyinin və hansı xeyirxah işi görə biləcəyinin üzərində düşünmədən yuxuya getmə. Xatırla, öz səhlənkarlığın səbəbindən sən nədə şansını əldən qaçırmısan.
Həqiqətdə sən nəsən və ölümündən sonra nə olacağı barədə düşün.
Heç kəsi qınama, nəzərə
al ki, dünya
daim
Öz həyatı, öz
gələcəyi barədə düşünməyən bədbəxtdir.
Sənin şəxsi
xidmətlərinlə əlaqədar olmayan
işlə qürurlanma.
Yaxşılığa ehtiyacı
olanların xahişini
gözləmə, özün onlara kömək əlini
Başını
itirərək dünyanın ləzzətlərinə sevinən
və onun bəlalarından karıxaraq dərd çəkən kəsi
müdrik hesab
etmə.
Ölümü həmişə yadda
saxla və “yaxşı dünyaya”
gedənlərin ölümündən ibrət dərsi
Əgər insanların rəzaləti haqqında bilmək istəsən, onların söylədiyi lüzumsuz sözlərin çoxluğuna, onların məsuliyyət daşımadıqları şeylər haqqında şayiələr yaymaqlarına diqqət yetir. Bil, başqalarına münasıbətdə pis niyyətli olan - anadangəlmə bədbəxtdir, çünki şər qüvvələr əzəldən onun ideyaları və əqidələrində yaşayır.
Əvvəl
yaxşıca düşün, sonra danış, yaxşıca ölç-biç, sonra
həyata keçir, çünki
şərait dəyişilə bilər.
Hamı ilə dostluq etməyi bacar, tez-tez qəzəblənmə, çünki
qəzəb vərdişə çevrilə
Sənə bu gün müraciət edən
insana köməyi sabaha
saxlama, axı sən bilmirsən, sabah nə baş verə
bilər.
Yaramaz əməllərin kölə asılılığından azad olmağa insana yardım
et.
Rəqiblərinin
sözləri və işləri sənə aydın deyilsə,
onlara hökm vermə.
Yalnız sözlərdə
deyil, işlərdə də müdrik ol, çünki söz müdrikliyi dünyada qalacaq, müdrik işlər isə
əbədi yaşayacaq.
Əgər sən
xeyirxah işlər görərkən əziyyət
çəkirsənsə, əziyyətlər keçəcək
və xeyirxahlıq qalacaq. Əgər sən
yaramaz işdən zövq
alırsansa, zövq keçəcək, pislik isə qalacaq.
O gün
haqqında düşün ki, səni çağıracaqlar, sən isə
eşitməyəcəksən, nitq
qabiliyyətini itirəcəksən,
nə eşidə, nə danışa, nə xatırlaya bilməyəcəksən.
Dəqiq bil, sən dostunun kim, düşmənin kim olduğunu tanıya bilməyəcəyin yerdə
ola bilərsən. Buna
görə qeyri-mükəmməlliyə görə heç kəsə
həqarətlə baxma.
İnan ki, sən
hamının bərabər olduğu yerə
düşəcəksən, ona görə
lovğalıqla məşğul olma, “yola” həmişə hazır ol,
axı sən bilmirsən “köç” nə
zaman olacaq.
Onu da bil ki, böyük
yaradanın bizə verdiyi bütün
dəyərlərin arasında müdriklikdən yaxşısı yoxdur.
Düşüncələri,
sözləri və əməlləri arasında
bərabərlik olan insan müdrikdir.
Yaxşılığı mükafatlandır, pislikdən nəticə
çıxar.
Öyrən, yadda saxla, mənasını
anla.
Öz işlərini həmişə sağlam düşüncə və şəraitdən
asılı olan tələblər əsasında
qur.
Bu dünyanın heç
bir böyük
işində səhlənkarlıq və tənbəlliyə yol vermə, süstlük
və iradəsizlik göstərmə,
səxavətdə isə israfçılıq etmə.
Təmiz ad qazanmaq xatirinə qanunsuzluğa
yol vermə.
Müvəqqəti
ləzzət üçün ləyaqətli
insanları itirmə - ləyaqətli həyatını itirərsən.
Müdrikliyə ehtiram
et, müdriklərə qulaq as, dünyəvi həvəslərə aludə
olma.
Müsbət adətləri
rədd etmə, vaxtı çatmamış heç
bir işi başlama, hansısa bir işi başlayarkən onu ağılla, vicdanla,
şərəflə yerinə yetir.
Varlananda lovğalanma,
ətrafdakıları alçaltma, yoxsullaşanda ruhdan
düşmə və
yazıq görkəm alma.
Dostunla elə rəftar et
ki, hakim
qarşısında durmayasan, düşməninlə
özünü elə apar
ki, məhkəmədə ondan
üstün olasan.
Heç kimlə dalaşma,
hamı ilə sadə ol, heç
yerdə sadəlik və nəzakəti yersiz
hesab etmə. Özünə rəva bilmədiyin
şeylərdən ötrü
qardaşını danlama.
Bekarçılığa
sevinmə, taleyinə ümid olma, yaxşı iş üçün təəssüflənmə,
heç kimi aldatma, heç kəsi lağa qoyma, xoşbəxtliyə
nail olmaq üçün həmişə ədalət,
həqiqət, xeyirxahlıq yolu ilə get. Və allahın köməyi ilə nail olacaqsan.
Cəmiyyətdə insanın davranış mədəniyyətinə dair Tusinin tövsiyələrinin müdrikliyi və dəyəri ondan ibarətdir ki, o, bir tərəfdən bu qaydaların, konkret məkan və zaman şəraitindən asılı olaraq dəyişkənliyini göstərir, digər tərəfdən isə ümumbəşəri dəyərlərin və mənəviyyatın aprior prinsiplərini müdafiə edir. İnsanların dünya miqyasında qarşılıqlı üzvi asılılığını göstərərək, o, məskunlaşdığı yerdən asılı olmayaraq, insanların qarşılıqlı köməyinin zəruriliyi və insan taleyinə biganə münasibətin yolverilməzliyi haqqında danışır.
Fuad
MƏMMƏDOV,
Azərbaycan
Respublikası Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının professoru,
kulturoloq,
“Simurq”
Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti
Xalq qəzeti.- 2013.- 28 iyul.- S. 7.