Lerik: bugünü
dünənindən gözəl...
Dağlar diyarı Lerik günbəgün cilalanıb pardaxlanan tac kimidir. Yaz-yay aylarında buralar daha da gözəlləşir. Əsrarəngiz təbiət ürək açır, göz güldürür. Adamların da
işə-gücə həvəsi
artır. Şəhərdə və kəndlərdə səliqə-sahman, abadlıq-quruculuq
tədbirləri genişlənir.
Başqa
sözlə desək,
hər mənada zirvələr hədəfə
çevrilir.
Lerikdə hazırkı il marafonunun yarısı diqqətəlayiq
göstəricilərlə əlamətdardır. İcra hakimiyyətinin
başçısı Rövşən
Bağırovun hesabat
məruzəsində nailiyyətlər
xüsusi qeyd edilməklə bərabər,
qarşıdakı vəzifələr
nəzərə çatdırılıb.
Məruzədən götürdüyümüz bəzi
statistik rəqəmlər
mövcud vəziyyəti
lazımınca səciyyələndirir. İlin
ikinci rübündə
ümumi məhsul buraxılışı keçən
ilin müvafiq dövrünə nisbətən
1,2 faiz artaraq
20 milyon 547 min manata, kənd təsərrüfatı
məhsulları 4 faiz
artaraq 9 milyon 074 min manata, sənaye məhsulu 4,3 faiz artaraq 305 min manata, nəqliyyat xidməti 3 faiz artaraq 1 milyon 270 min manata, pərakəndə əmtəə
dövriyyəsi 1,4 faiz
artaraq 34 milyon 583 min manata, pullu xidmətlər
3,2 faiz artaraq 5 milyon 979 min manata çatmışdır. Əsas
kapitala yönəldilmiş
investisiyalar 3,4 faiz artaraq 3 milyon 390 min manat, tikinti-quraşdırma
işlərinin həcmi
2,1 dəfə artaraq
2 milyon 104 min manat olmuşdur. Heyvandarlıq rayonun əsas
iqtisadi sahələrindəndir.
Mal-qaranın cins tərkibinin dəyişdirilməsi uğurla
gedir. Görülmüş kompleks tədbirlər
nəticəsində iribuynuzlu
mal-qaranın, davarın
baş sayı keçən ilin müvafiq dövrünə
nisbətən artmışdır.
Süd, ət, yumurta, yun istehsalı da çoxalmışdır.
Taxıl
zəmilərində əvvəlki
illərə nisbətən
məhsuldarlıq yüksəlmişdir.
Rayonun Piran kəndi yaxınlığında iş
adamı tərəfindən
yumurta, ət, quş istehsalı ilə məşğul olacaq broyler fabrikinin tikintisinə
2011-ci ildə başlanmışdır.
Hazırda tikinti tamamlama
mərhələsindədir. Obyektdə
120 nəfər işləyir.
Müəssisənin ümumi dəyəri
ilkin hesablamalara görə 18 milyon manatdır. İşin başa çatdırılması
üçün Sahibkarlığa
Kömək Milli Fondundan 6 milyon manat kredit götürülmüşdür.
Müəssisədə 6 ferma
yaradılmışdır, daha 3 fermanın yaradılması üçün
iş aparılır.
Eyni zamanda müəssisədə
saatda 150 ton yem istehsal edən zavod və 5 min ton tutuma malik yem
anbarı inşa edilmişdir. Müəssisə
tam istifadəyə verildikdən
sonra daimi iş yerlərinin sayı 200-ə çatdırılacaq.
Daster kəndində broyler sexinin açıldığını
da qeyd etmək
lazımdır. Rayonda
il ərzində
150 tondan çox bal istehsal olunur. Lakin əziyyətlə əldə
edilən məhsulun satışında ciddi çətinliklər hələ
də davam edir. Balın sənaye üsulu
ilə qablaşdırılması
bu problemin aradan qaldırılmasına,
istehsalın yüksəlməsinə
şərait yarada bilər. Emal müəssisələrinin yaradılması üçün
uyğun ünvanlara müraciət edilmişdir.
Lerik şəhəri də daxil olmaqla artıq
25 yaşayış məntəqəsi
tam qazlaşdırılmışdır.
Hazırda 30-a yaxın
kəndin qazlaşdırılması
ilə bağlı iş davam etdirilir.
Lerik şəhərində
istinad divarları bərpa olunaraq üzlənmişdir. İndi İ.Yaqubov, E.Qarayev
küçələrində, Lənkəran-Lerik yolunun
54-56-cı km-də, Lerik-Kəlvəz
yolunun avtovağzal hissəsindən keçən
ərazisində yenidənqurma
işləri aparılır.
Nizami küçəsində yolun
kənarlarına yan daşları düzülür,
səkilər salınır.
A.Əsədullayev küçəsində istinad divarları milli ornamentlərə uyğun yenidən qurulur. Şəhərin simvolunu bildirən
abidənin tikintisində
işlər sürətlə
aparılır. Eyni vaxtda
300 nəfər qonağı
qəbul edə biləcək xeyir-şər
evi inşa edilmişdir.
Mərkəzi xəstəxananın uşaq
xəstəlikləri şöbəsinin
əsaslı təmiri
ilə əlaqədar
işlər sürətlə
aparılır. Rayon icra
hakimiyyətinin daxili imkanları hesabına Lerik şəhər uşaq bağçası
əsaslı təmir
edilmişdir. Rayon üzrə bütün
ATS-lər elektron tiplilərlə əvəzlənmişdir.
Bu, əhalinin sürətli internet xidmətindən
istifadəsini asanlaşdırmışdır.
Nücü, Molalan, Livədirqə,
Bibyani kəndlərində
180 və Durğan, Nüvədi, Zəriküməco,
Kələxan kəndlərində
80 şagird yerlik məktəb binalarının
tikintisində son tamamlama
işləri aparılır.
Rayonda daha 39 məktəbin, 10 uşaq bağçasının tikintisi,
11 məktəbdə əlavə
sinif otaqlarının
inşası, 17 məktəbin
və 3 uşaq bağçasının isə
əsaslı təmiri
nəzərdə tutulmuşdur.
Həmçinin icra hakimiyyəti
tərəfindən yerli
büdcə vəsaiti
hesabına Arta, Ağçay və Ərdəbilə kəndlərində
yeni ibtidai məktəblərin tikintisinə
başlanılmışdır. Ötən ilin aprelində Azərbaycan Respublikası
Prezidentinin sərəncamı
ilə Lerik-Qosmalian-Kəlvəz
avtomobil yolunun tikintisi üçün maliyyə vəsaiti ayrılmışdır. Hazırda yolun
tikintisində işlər
sürətlə aparılır,
24 kilometr yol artıq asfaltlaşdırılmışdır.
Yolun
12-ci kilometrində uzunluğu
26, eni 8, hündürlüyü
14 metr olan körpünün tikintisi
başa çatır.
(Yeri gəlmişkən,
rayonda olarkən biz də bu yeni,
rahat yolla xeyli irəlilədik.
Sərt qayalıqlar, sıldırımlar
arasından çəkilmiş
keyfiyyətli asfalt yol milli iqtisadiyyatımızın
əsl uğur göstəricilərindən sayılmağa
layiqdir).
Bundan başqa, əhalinin daha çox istifadə etdiyi və sıx yaşadığı 50-ci km-Şingədulan-Xanagah, Piran-Hamarat, Lerik-Nuravud, Piran-Veri, Blaband-Çayrud yolları
barədə də ilkin məlumatlar toplanmış, sənədlər
hazırlanmışdır.
Son illərdə daxili
imkanlar hesabına rayonun kəndlərarası
yollarında əsaslı
təmir-bərpa işləri
görülmüş, çaylar
üzərində körpülər,
su ötürücüləri
inşa edilmişdir. Əhalinin müraciətlərini
nəzərə alaraq
Dövlət Neft Şirkəti Piran-Hamarat-Tülüconu
avtomobil yolunda qayaların partladılaraq
yolun genişləndirilməsi
və əsaslı təmiri üçün
maliyyə vəsaiti ayırmışdır. Hazırda
orada geniş iş cəbhəsi açılmışdır. Bürsülüm ərazisindəki çayın
üzərində iki
istiqamətdə körpü,
Orand, Livədirqə,
Vənədi kəndlərindəki
çayların üzərində
isə piyada keçidləri inşa edilmişdir. Murya və Livədirqə kəndlərində Milli Məclisin deputatı Iqbal Məmmədovun köməyi ilə yeni körpülər tikilərək may ayında
istifadəyə verilmişdir.
Çörək sexi tikilmişdir. Burada 4 adda
keyfiyyətli çörək
məhsulları satışa
çıxarılmışdır.
Ərazidə süfrə suyu
və şirə sexi istehsal edən
müəssisə də
inşa olunur. Lerik şəhərində
iş adamları tərəfindən hər
cür şəraiti olan yeni bazar
inşa edilmişdir. Köhnə çörək zavodu da bərpa olunur.
Rayonda sayca üçüncü
dəfə keçirilən
kredit yarmarkasının
xətti ilə 108 nəfər sahibkara 11 milyon manatdan yuxarı güzəştli
kredit verilmişdir.
Lerik şəhərində
inşası 2011-ci ildə
başlanan 17 meqavatlıq
elektrik stansiyasının
tikintisində işlər
sürətlə davam
etdirilir. Lerik-Yardımlı yüksək gərginlikli
elektrik hava xətti inşa edilmişdir.
Qosmalian-Lerik su xəttinin çəkilişində qızğın
tikinti işləri aparılır, şəhərdaxili
su xətləri çəkilir, kanalizasiya
sistemi qurulur, su anbarları inşa edilir. Tələbat duyulan bütün ərazilərə su çəkilişi məsələsi
də gündəmdədir.
2013-cü
ilin ikinci rübündə rayonun 21
inzibati ərazi dairəsinin 68 yaşayış
məntəqəsində 2202 nəfər sakinin iştirakı ilə rayon
icra hakimiyyəti başçısı tərəfindən
görüş-qəbullar keçirilmişdir. Vətəndaşlar tərəfindən 257 məsələ
qaldırılmışdır. Müraciətlərin bir çoxu
yerindəcə həll
edilmiş və ya həllinə tapşırıq verilmiş,
digər məsələlər
barədə yuxarı
dövlət orqanları
qarşısında vəsatət
qaldırılmışdır.
Sonra
rayon icra hakimiyyəti
başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması
şöbəsinin müdiri
Habil Məlikov, statistika idarəsinin müdiri Ədail Məmmədov, 43 saylı
yol istismar idarəsinin müdiri Elxan Əliyev, baytarlıq idarəsinin müdiri Gülmirzə Tağıyev çıxış
edərək görülmüş
işlər və qarşıda duran vəzifələr barədə
danışmışlar. Cənab Prezidentin
rəhbərliyi ilə
aqrar rayon olan Lerikdə görülən
işlərin əhali
tərəfindən müsbət
qarşılandığı, sahibkarlığa geniş
meydan verilməsi xüsusi vurğulanmışdır.
Tədbir iştirakçıları adından
Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul edilmişdir.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2013.-
30 iyul.- S. 6.