Bir damcı suyun nağılı

 

Su həyatdır” deyimi  dünyanın hər yerində birmənalı səslənir, eyni anlama gəlir. İnsanlar torpaq üstündə yaşasalar da daha çox suya möhtacdırlar. Bədənimizin 80 faizi su olduğundan ona ehtiyacımız da bu nisbətdədir. Hər şeyi paklaşdırdığından  su təmizlik timsalı, müqəddəslik daşıyıcısıdır. Sən demə, bunlardan əlavə, suyun yaddaşı, sevgisi, nifrəti də vardır...

Vətənpərvər adamı, Türkiyədə yaşayan soydaşımız Əli Poladın anadilli oxuculara növbəti hədiyyəsi olanBir damcı su” kitabında bütün bunlar barədə bir-birindən maraqlı söhbətlər, elmi-populyar mülahizələr yer alıb. Maraqlı bir su ensiklopediyası saya biləcəyimiz bu nəşrdə hər damcısı həyat iksiri olan suyun fiziki-kimyəvi özəlliklərindən tutmuş sağlam həyatda, bütövlükdə Yer kürəsində oynadığı rol, min bir hikməti incələnir. Müəllifin məramı sadə və alidir: suyun insan üçünolduğunu dərindən anlatmaq, onun qədrini bilmək, bu ilahi nemətdən qədərincə yararlanmaq.

Ötən şənbə axşamı Mərdəkanın  Tropikanka” istirahət guşəsində, təbiətin nadir incisi olan Xəzərin ləpədöyənində “Bir damcı suyun şərəfinə qurulan çal-çağırda kitabsevərlər bənzərsiz bir su nağılının sehrinə düşmüşdülər. Əli Poladın oxuculara çatdırmaq istədiyi mətləblərə musiqinin əlvan notlarını da qatan bəstəkar-müğənni Elza Seyidcahan şəhərin istisindən gələn qonaqların qəlbinə öz nəğmələri ilə sərinlik gətirmişdi...

Müxtəlif peşə sahibləri, xarici qonaqlar, jurnalistlər çay süfrəsi arxasında “Bir damcı suyu vərəqlədilər, onu soydaşlarına sevgi, həyat, gözəllik payı kimi hədiyyə etmiş Əli Polada “Əhsən” dedilər, bir damcı suyun hikmətini nağıllaşdıran Elza Seyidcahanı isə alqışladılar.

 

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2013.- 30 iyul.- S. 6.