İordaniya kraliçası Ülyahəzrət NurNizami Gəncəvi Beynəlxalq Mükafatı”nı qəbul etmişdir

 

İordaniya Kraliçası Ülyahəzrət NurNizami Gəncəvi Beynəlxalq Mükafatı”nı alması münasibətilə Vaşinqtonda qəbul təşkil etmişdir.

APA-nın məlumatına görə, Ülyahəzrət Nur Azərbaycan Prezidentinin himayəsi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubu tərəfindən Bakıda təşkil olunan “Cənubi Qafqaz Forumundaiştirak etməsindən son dərəcə məmnun qaldığını demişdir: “Bakıda qədim memarlığın qorunması və müasir tikililərin keçmişi özündə əks etdirməsi məni valeh etmişdir”.

İordaniya Kraliçası Ülyahəzrət Nur Nizami Gəncəvinin qeyri-adi şair olduğunu, əsərlərinin bu gün də aktuallığını itirmədiyini vurğulamışdır. Nizami Gəncəvi yaradıcılığının təkcə Azərbaycanla yox, bütün dünya ədəbi fikir tarixi ilə bütövləşdiyini qeyd edən Kraliça Nur dahi şairin mədəniyyətlərarası anlaşmaya böyük töhfələr verdiyini bildirmişdir: Nizami Gəncəvinin hamımız üçün əhəmiyyətli olan - mədəniyyətlərarası anlaşma, sülhlə yaşamaq, gender bərabərliyi, insanların eyni hüquqlara malik olmasını təbliğ etməsi bəşəriyyətin inkişafında əvəzsiz izini buraxmışdır. Qısa zaman ərzində yaranmasına baxmayaraq, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Nizami Gəncəvinin böyük xəzinəsinin qorunaraq təbliğ olunmasına yeni nəfəs vermişdir. Dünyanın tanınmış liderlərinin bu kimi bəşəri ideyanın ətrafında birləşməsini ancaq təqdir etmək olar.

Azərbaycan Prezidentinin şəxsi himayəsi və dəstəyinin olması Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinin uğurla davam etməsinə ən böyük dəstək və Azərbaycan mədəniyyətinə olan qayğıdır.

Bu gün mərkəzin təşəbbüsü ilə müsəlman dünyasının ən nüfuzlu elm və mədəniyyət siması sayılan İsmayıl Seragəldinin Nizami Gəncəviyə həsr etdiyiThe Poetry of the Magnificent Sage” kitabı və DVD-ni görmək çox sevindiricidir və təqdirəlayiqdir. Çünki bu, daha böyük kütlənin Nizamini anlamasına kömək edəcəkdir”.

Nizami Gəncəvi Beynəlxalq Mükafatı”nı almaqdan çox təsirləndiyi bildirən İordaniya Kraliçası Ülyahəzrət Nur, mərkəzin fəxri üzvü kimi bundan sonra da qurumun inkişaf etdirilməsi üçün Qəyyumlar Şurasının digər üzvləri ilə birgə bütün dəstəyini və təcrübəsini istifadə edəcəyini bildirmişdir. Mərkəz Şərq və Qərb dünyası arasında ehtiyac duyulan önəmli körpu rolunu oynayaraq, dinlər və mədəniyyətlərarası dialoqa ən böyük töhfə verməkdədir.

Qəbul zamanı Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə 16-17 iyulda Bakıda İsgəndəriyyə Kitabxanası, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Madrid Klubu, Foundation for the Culture of Peace ilə birgə keçirilmişRoad Map” toplantısı haqqında ətraflı məlumat verilmişİordaniya Kraliçası Ülyahəzrət Nurun razılığı və himayəsi ilə Amerikada da bir sıra toplantıların keçirilməsi razılaşdırılmışdır.

 

Xalq qəzeti.- 2013.- 30 iyul.- S. 7.