Zəhmət uğur gətirir

 

Xətai Rayon İcra Hakimiyyətinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları  ilə əlaqədar hesabat yığıncağı keçirildi. Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən  rayon icra hakimiyyətinin  başçısı Razim Məmmədov qeyd etdi ki, sözügedən dövrdə ölkə iqtisadiyyatı uğurla inkişaf etmiş, ümumi daxili məhsul 5 faiz, qeyri-neft sektoru 11 faiz, kənd təsərrüfatı 5 faiz, əhalinin pul gəlirləri 7 faiz artmış, inflyasiya cəmi 2 faiz təşkil etmişdir.

Ölkə  başçısı cənab İlham Əliyevin hökumətin hesabatında səsləndirdiyi kimi, bu gün dünyanın ən sürətli iqtisadiyyatı Azərbaycan iqtisadiyyatıdır, dünyada ən dinamik inkişaf edən ölkə Azərbaycandır. Bu, reallıqdır və bu reallığı artıq bölgə ilə məşğul olan bütün beynəlxalq qurumlar qəbul edir.

R. Məmmədov vurğuladı ki, bu ilin birinci yarısında ölkədə sosial məsələlərin həllinə daha çox diqqət yetirilmişsosial ədalət prinsiplərinin bərqərar olduğu nəzərə çarpmışdır. Güclü iqtisadiyyatın təməlinə çevrildiyi bu sosial-siyasi inkişaf dinamikası Xətai rayonunda da özünü parlaq şəkildə nümayiş etdirir. Məhz bunun nəticəsidir ki, rayonda uzun illərdən bəri həllini tapa bilməyən bir çox sosial problemlər artıq tarixə, keçmişə çevrilir, sakinlər hər addımda Heydər Əliyev strategiyasının gerçək nəticələrindən bəhrələnirlər.

Rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov görülən işlərdən danışarkən bildirdi ki, 2013-cü ilin birinci yarısında rayonun  sənayesində  635 milyon 468 min  manatlıq    ya  əvvəlki  ilin  müvafiq dövrü ilə  müqayisədə 134,1  faiz  sənaye   məhsulu   istehsal  edilmiş  və  xidmətlər  göstərilmişdir. Sənaye  istehsalının  13,1  faizi  məhsul  istehsalının, 86,9  faizi  isə  sənaye  xarakterli  xidmətlərin  payına  düşmüşdür.

Hesabat dövründə istehlakçılara  635 milyon 400  min  manatlıq    ya  bütün  sənaye  istehsalının  99,9  faizi  qədər  sənaye  məhsulu  göndərilmişdir. İstehlak    xidmət  bazarlarında  əhaliyə  618 milyon 210,5 min  manatlıq  istehlak  malları  satılmış     pullu  xidmət  göstərilmişdir.  Pərakəndə  əmtəə   dövriyyəsi  0,2  faiz artaraq  431 milyon 825,7 min  manata,  pullu  xidmətlərin  həcmi  isə  18,2 faiz  artaraq  186 milyon 384,8 min  manat olmuşdur.

R.Məmmədov aparılan tikinti işlərindən danışarkən vurğuladı ki, göstərilən müddətdə   rayonun  tikinti  kompleksində  iqtisadi    sosial  sahələrin  inkişafı  üçün  bütün  maliyyə  mənbələri  hesabına  101 milyon 354,6  min  manat  məbləğində  investisiyadan  istifadə  edilmişdir. Rayonun iri sənaye müəssisələrindən olan Xəzər Dəniz Gəmiçiliyinin Gəmi Təmiri Zavodunun tikintisibu dövrdə başa çatdırılmış, müasir üslubda tikilən və ən son avadanlıqlarla təchiz olunan bu müəssisənin açılışında  dövlət başçısı iştirak etmişdir.

Bildirilmişdir ki, hesabat dövründə respublikada miqyası ilə seçilən Bakı şəhər layihəsinin reallaşdırılması sürətlə aparılmış, Xocalı prospektindəki İş Mərkəzində, Nobel prospektindəki  Yeni həyat ” yaşayış kompleksində işlər başa çatdırılmışdır.

Nəcəfqulu Rəfiyev küçəsində Belarus səfirliyinin binasının  tikintisi davam etdirilmiş və hazırda obyektdə tamamlanma işləri görülür. Boks Federasiyası İdman Kompleksinin tikintisi davam etdirilmiş, Əhmədli qəsəbəsində 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə həsr olunmuş abidə kompleksi yenidən qurulmuşdur. Hazırda Neapol dairəsində şəhidlərin abidə kompleksində yenidənqurma işləri aparılır və ətraf əraziyə yaşıl örtük salınaraq abadlaşdırılır.

Həyata keçirilən abadlaşdırma layihələri çərçivəsində Nobel  prospekti, Fəzail Bayramov və A.Cəlilov küçələri boyunca yaşayış binalarının fasadlarının üzlənməsi davam etdirilmiş, binaların işıqlandırma işləri başa çatdırılmışdır. Həmin ünvanlardakı 8 yaşayış binasının yararsız vəziyyətdə olan dam örtüklərinin yeni mansard tipli dam örtükləri ilə əvəz olunması işləri də tamamlanmışdır.

Xatırladıldı ki, cari ilin may ayının sonlarında Bakı şəhər layihəsi çərçivəsində Milli Parkın ikinci mərhələsinin təməlqoyma mərasimində iştirak edən Prezident İlham Əliyev az bir vaxtdan sonra bu ərazilərin tanınmaz dərəcədə dəyişəcəyini, burada insanların istirahəti üçün hərtərəfli şərait yaradılacağını diqqətə çatdırmışdı. Artıq rayonun bu ərazisində qızğın gedir və yaxın gələcəkdə layihədə nəzərdə tutulan digər tikililərin də inşasına başlanacaqdır.

Rayonda əhalinin maddi-rifah halının davamlı olaraq yüksəlməsinə, vətəndaşların etibarlı sosial müdafiəsinin təşkilinə diqqət artırılmışdır. Bunun üçün birinci şərt şübhəsiz ki,  sakinlərin işlə təmin olunmasıdır. 2003-cü ilin oktyabrın 1-dən 2013-cü ilin iyul ayının 1-i vəziyyətinə olan dövr ərzində rayonda 31120, o cümlədən 30914 daimi yeri açılmışdır. Hesabat dövründə isə 2428  yeni  yeri yaradılmışdır ki, bunun 693-ü yeni yaradılmış müəssisələrdə, 542-si mövcud müəssisələrdə, 14-ü fəaliyyətini bərpa etmiş müəssisələrdə, 1179-u isə fiziki şəxslər tərəfindən yaradılmışdır.

Bu dövrdə açılış mərasimində ölkə rəhbərinin iştirak etdiyi Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyətə başlamısı sakinlər tərəfindən böyük sevinclə qarşılanan hadisələrdəndir. Hazırda Xətai və daha iki qonşu rayonun sakinləri bu mərkəzdə 25 hüquqi xidmətdən  istifadə edə bilirlər.

Son vaxtlar rayon ərazisində yeni böyük bir layihənin də inşasına başlanılmışdır. Bu, Xocalı prospektində “Xocalı soyqırımı” memorial kompleksinin tikintisidir.

 “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın  Xətai rayonunda icrası bu ilin birinci yarısında da uğurla davam etdirilmişdir. Dövlət Proqramı və ona edilmiş əlavəyə uyğun olaraq  rayonda 88 tədbirin həyata keçirilməsi nəzərdə tutulur və ötən ilin yekununa görə  30 tədbirin icrası təmin olunmuş, digər tədbirlərin icrası ilə əlaqədar işlər isə davam etdirilir.

Rayon ərazisində küçələrə, məhəllədaxili yol və səkilərə, dalan və döngələrə 80372 kvadratmetr asfalt döşənmiş, 4300 paqonometr bardür qoyulmuşdur.

Hesabat dövründə yeni yaradılmış sahə inzibati dairələrinin fəaliyyəti də diqqət çəkmişdir. Bu müddət ərzində nümayəndəliklər tərəfindən ev təssərüfatının qeydiyyatı kitabı üzrə işlər davam etdirilmiş, vətəndaşların qəbulu təşkil olunmuşdur. Sözügedən dövrdə sahə inzibati nümayəndəlikləri ilə  işin səmərəli təşkilini təmin etmək üçün operativ idarəetmə mərkəzi yaradılmışdır.

R.Məmmədov sonda qeyd etdi ki, 2013-cü il respublika üçün çox mühüm əhəmiyyət daşıyan prezident seçkiləri ilidir. Seçki Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq bir sıra texniki məsələlərin həlli ilə əlaqədar rayon icra hakimiyyətlərinin üzərinə də mühüm vəzifələr düşür. Bunu əsas götürərək hesabat dövrünün ilk aylarında müvafiq dövlət qurumları ilə birgə dörd dairənin bütün məntəqələri üzrə monitorinqlər keçirilmiş, məntəqələrin texniki vəziyyəti öyrənilmişdir.

Hesabat məruzəsi ətrafinda  çıxışlarda bu ilin altı ayı ərzində Xətai Rayon İcra Hakimiyyətinin başçısının gördüyü işlər müsbət qiymətləndirildi və qarşıda duran vəzifələrin uğurlu həlli üçün bütün imkanlardan istifadə ediləcəyi diqqətə çatdırıldı.

 

 

İlqar RÜSTƏMOV

 

Xalq qəzeti.- 2013.- 31 iyul.- S. 6.