“Vergi dostları”na sertifikatlar təqdim olunmuşdur
İyun
ayının 13-də Lənkəran
və 14-də Masallı
şəhərində vergi
sahəsində məlumatlandırma,
maarifləndirmə və
təbliğat işlərini
gücləndirmək, vətəndaşlarda
yüksək vergi mədəniyyətini formalaşdırmaq
və bu sahəyə ictimaiyyətin
geniş təbəqələrini
cəlb etmək məqsədilə Təhsil
Nazirliyinin dəstəyi
ilə seçilmiş,
Lənkəran Astara, Lerik, Masallı, Cəlilabad, Biləsuvar və Yardımlı rayonlarının ümumtəhsil
məktəblərinin 232 nəfər
müəlliminə “Vergi
dostu” sertifikatı və kompyuterlərin təqdim edilməsi ilə bağlı tədbirlər keçirilmişdir.
Vergilər nazirinin müşaviri Ələkbər Məmmədov
nazirlik tərəfindən
ərazi vergilər idarələrinin və vergi ödəyicilərinə
xidmət mərkəzlərinin
yerləşdiyi şəhər
və rayon mərkəzləri
istisna olmaqla, digər kənd və qəsəbələrdə
“vergi dostları” şəbəkəsinin yaradılması
barədə məlumat
vermişdir. Qeyd olunmuşdur ki, indiyədək 11 rayonda fəaliyyət göstərən
307 nəfər “vergi dostu”na müvafiq təlim keçilmiş və sertifikatlar təqdim olunmuşdur. “Vergi dostu” olan şəxs yaşadığı ərazidə
əhali arasında vergilərə dair məlumatlandırma, maarifləndirmə
və təbliğat işlərini həyata keçirir, vergi sistemində tətbiq olunan elektron xidmətlər barədə
vergi ödəyicilərini
məlumatlandırır, uşaq
və gənclərə
vergilərin əhəmiyyətini
izah edir.
Vergi ödəyicilərinə
xidmət idarəsinin
rəisi Elçin Məmmədov çıxış
edərək gənc nəslin vergilər haqqında biliklərinin artırılmasında, şagird
və tələbələr
arasında vergi mədəniyyətinin formalaşdırılmasında
onların öz üzərlərinə götürdüyü
öhdəliyin vacibliyi
barədə danışmışlar. Sonra təlimi uğurla başa vuran “vergi dostları”na
üzvlük sertifikatları,
“Vergi dostu”nun yaddaş kitabçası
və kompyuterlər təqdim olunmuş, onlar əməkdaşlıq
barədə öhdəlik
vərəqələrini imzalamışlar.
Tədbirdə Lənkəran və
Masallı Rayon İcra
Hakimiyyətlərinin və
digər dövlət
qurumlarının nümayəndələri,
Vergilər Nazirliyinin və 6 saylı
ƏVİ-nin rəhbər
vəzifəli şəxsləri,
kütləvi informasiya
vasitələrinin və
ictimai təşkilatların
nümayəndələri iştirak
etmişlər.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2013.- 15 iyun.- S. 11.