Yeni Azərbaycan Partiyasının gənc üzvləri Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində olmuşlar

 

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin  üzvləri  Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində ekskursiyada olmuşlar.

 

YAP Gənclər Birliyinin həyata keçirdiyi “Mədəniyyətə səyahət” layihə çərçivəsində təşkil olunan ekskursiyada 50-dək gənc iştirak etmişdir.

 

Qurumdan AzərTAc-a bildirmişlər ki,  səfərin məqsədi  gənclərimizin mədəniyyət ocaqlarına diqqətinin artırılması olmuşdur.

 

Gənclər muzey kompleksindəki əntik əşyalarla, arxeoloji tapıntılarla və eksponatlarla tanış olmuşlar.

 

Xalq qəzeti.- 2013.- 4 iyun.- S. 8.