Müsabiqənin
qalibləri mükafatlandırıldı
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində ölkəmizdə “Mobil cihazların qeydiyyat sisteminin istehlakçılar üçün üstünlükləri” mövzusunda kütləvi informasiya vasitələri arasında elan olunmuş müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi keçirildi.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov tədbiri açaraq bildirdi ki, müsabiqə may ayının 1-dən fəaliyyətə başlayan mobil cihazların qeydiyyat sisteminin istifadəçilərə tanıdılması baxımından xüsusi əhəmiyyət kəsb edirdi. Sistemin işə düşməsindən az müddət keçməsinə baxmayaraq, artıq 12 milyondan artıq telefon qeydiyyatdan keçmişdir. Bunlardan başqa, 400 mindən artıq qeyri-telefon cihazları da qeydiyyatdan keçib. Bu cihazlar telefon deyil, lakin GSM qurğusu ilə təmin edilmişdir və məişətdə müxtəlif sahələrdə istifadə edilir. Həmin müddətdə standarta uyğun olmayan 300 minə yaxın qurğu da aşkar edilmişdir. Biz humanistlik edərək həmin telefonları bağlamadıq. Sistem işə düşənədək həmin telefonlar hansı nömrədə işləyibsə, biz yalnız həmin istifadəçilər üçün imkan yaratdıq. Yəni sabah standarta uyğun olmayan köhnə telefon satılarsa, digər nömrələrdə işləməyəcək. Lakin yeni şəbəkəyə qoşulan standarta uyğun olmayan, yaxud qeyri-qanuni yolla ölkəyə gətirilən telefonlara heç bir güzəşt yoxdur. Bu günədək 85 telefon oğurluğu ilə bağlı müraciət olunub və həmin telefonların istifadəsinə məhdudiyyət qoyulub.
Sonra müsabiqənin
3 qalibi elan edildi. Müsabiqədə fərqlənən və iştirak edən jurnalistlərə
də qiymətli hədiyyələr təqdim
edildi.
Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxışında bu
gün Azərbaycanda
İKT sisteminin sürətlə
inkişaf etdiyini bildirdi. Qeyd etdi ki, artıq cari ilin fevralın 8-dən öz peykini kosmosa buraxan Azərbaycanda internet xidmətlərinin
keyfiyyəti yaxşılaşır,
qiymətlər isə
ildən-ilə daha da ucuzlaşacaq.
Qabil YUSİFOĞLU
Xalq qəzeti.- 2013.- 20 iyun.- S. 5.