Bakı Ali Neft Məktəbi və “Microsoft Azərbaycan” şirkəti arasında anlaşma memorandumu imzalanmışdır

 

Bakı Ali Neft Məktəbi (BANM) və “Microsoft Azərbaycan” şirkəti arasında birgə əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə anlaşma memorandumu imzalanmışdır.

BANM rektoru Elmar Qasımov və “Microsoft Azərbaycan” şirkətinin baş direktoru Rüfət Hacıəlibəyov tərəfindən imzalanan sənəddə BANM-də “Microsoft İT Akademiyası”nın təşkilinə yardım, tələbə və müəllimlər arasında “Microsoft Dreamspark” proqramının faydaları barədə məlumatların yayılmasına dəstək, “Microsoft Office 365” proqramından istifadənin əlaqələndirilməsi və idarəsinə yardım, eləcə də tələbə və müəllimlər arasında lisenziyalaşdırılmış proqramlardan istifadənin təşviqinə şərait yaradılması nəzərdə tutulur.

Tədbirdə çıxış edən BANM rektoru E.Qasımov qeyd etmişdir ki, müasir dünyanı informasiya texnologiyalarsız təsəvvür etmək mümkün deyil. Bu sahənin inkişafı nəticəsində hazırda dünya bütün sahələrdə sürətlə inkişaf edir. Azərbaycanda da bu sahənin inkişafına böyük önəm verildiyini bildirən rektor vurğulamışdır ki, Prezident İlham Əliyevin sərəncamı ilə bu il ölkəmizdə “İnformasiya texnologiyaları ilielan olunub.

Microsoft Azərbaycan” şirkətinin baş direktoru Rüfət Hacıəlibəyov isə müasir dünyada informasiya texnologiyalarının tədqiqatı, tədrisdə istifadəsi və “onlayn” əməkdaşlıq mühitinin inkişaf etdirilməsi labüdlüyünü diqqətə çatdırmışdır.

 

V.BAYRAMOV

 

Xalq qəzeti.- 2013.- 20 iyun.- S. 6.