Qeyri-neft sektoru:
Dayanıqlı inkişaf kontekstində
Karbohidrogen ehtiyatların mövcudluğu və xüsusilə 20-ci əsrin əvvəllərindən neftin dünya iqtisadiyatında əhəmiyyətinin sürətlə artması bu təbii sərvətə sahib olan ölkələrə inkişaf etməkdə əlavə dividentlər qazandırdı. Lakin zaman keçdikcə bu növ təbii sərvətlərə sahib olan digər ölkələrin iqtisadiyatında baş verən kataklizmlər və Holland sindromu neftə əsaslanan inkişafın heç də daimi olmadığını və neftdən əldə edilən gəlirlərdən səmərəsiz istifadənin bir cox hallarda ölkəni böhrana, o cümlədən təktərəfli iqtisadiyyat, inflyasiya, işsizlik və s. kimi makroproblemlərin yaranmasına səbəb olur.
Bu problemlər neftlə zəngin ölkələrin qeyri-neft sektorunun inkişafına diqqətini artırdı. Azərbaycan yenidən müstəqilliyin əldə etdikdən sonra ilk əvvəl sürətli tənəzzülü durdurmaq və neftin dünya bazarlarına cıxarılmasını təmin etməli idi. 1994-cü ildə Azərbaycan neftinin hasilatını təmin edəcək xarici investisiyaların cəlb edilməsi məqsədilə dünyanın aparıcı neft şirkətlərinin iştirakı ilə “Əsrin müqaviləsi” imzalandı, 1995-ci ildə isə iqtisadi tənəzzül dayandırıldı. 1995-ci ildən 2006-cı ilədək ölkə iqtisadiyatı örta templə inkişaf etdi. Lakin 2005-ci ildə BTC-nin istifadəyə verilməsi ilə neft hasilatının sürətlə artması, eyni zamanda, dünya bazarlarında bu məhsulun qiymətinin bahalaşması ölkəmizdə sürətli inkişafa səbəb oldu.
2006-cı ildən sonra ölkədə qeyri-neft sektorunun inkişafını təmin edəcək infrastrukturun yaradılması, zəmanətli investisiya mühitinin formalaşdırılması, böyüməni təmin edəcək daxili alıcılığın artırılması məqsədi ilə hökumət tərəfindən bir cox addımların atılması, nəticədə son illərdə coxşaxəli iqtisadiyyatın formalaşması prosesi daha da intensivləşdirib.
2001- 2012-ci illəri əhatə edən dövr ərzində qeyri-neft sektorunun inkişaf tempi neft sektoruna nisbətən daim davam edib. Ümumilikdə, bu sektorun inkişafında neftdən daxilolmalarla yanaşı, inkişaf proqramları, infrastrukturun yenilənməsi, yerli sahibkarlığın dəstəklənməsi və müasir bazar münasibətlərini təmin edəcək qanunvericilik bazasının yaradılması və daim yenilənməsi kimi amillərin də böyük təsiri olub. Qeyri-neft sektorundakı dinamikanı daha dəqiq təsəvvür etmək üçün düşünürük ki, bu sektorda yaradılan əlavə dəyərin artım tempi ilə onun ümumi iqtisadiyyatdakı payını müqayisə etmək məqsədəuyğundur.
Qeyri-neft sektorunun 2003-cü ildə ümumi iqtisadiyyatdakı xüsusi cəkisi 70 faiz olduğu halda, 2010-cu ildə 49,7 faizədək azalıb. Bu dövr ərzində sektorda daim artım baş verib. 2008-ci il dünya maliyyə böhranının baş verməsi neftin qiymətlərinin kəskin azalmasına səbəb olub ki, nəticədə neft sektorunun artım tempi birdən-birə 6,8 faizə qədər azaldığı halda, qeyri-neft sektorunun 15,9 faiz böyüməsi ölkə iqtisadiyyatında qeyri-neft sektorunun əhəmiyyətini bir daha ortaya qoymaqla yanaşı, bu sahədə görülən işlərin müsbət effektivliyinə nümunə oldu. 2011-ci ildən etibarən qeyri-neft sektoru 2009-cu və 2010-cu illərə nisbətən daha sürətlə böyüyür ki, bu da sonda sektorun iqtisadiyyatdakı əvvəlki mövqeyini bərpa etməsində müsbət rol oynayır. Ümumilikdə isə Azərbaycan iqtisadiyyatının son illərdəki inkişafını Malaziya, Sinqapur, Tayvan, Cənubi Koreya kimi ölkələrin yaşadığı iqtisadi dircəlişlə müqayisə etmək olar. Ölkənin bu sahədə əldə etdiyi üğurlar hökumətin həyata kecirdiyi struktur islahatlarının və aktiv idarəetmənin nəticəsində mümkün olub.
Qeyri-neft sektorunun
əhəmiyyəti
Ölkə iqtisadiyatında qeyri-neft sektorunun əhəmiyyəti aşağıdakı amillərlə əlaqələndirilir:
-4,7 milyon nəfər məşğul əhalinin təxminən 4,6 milyonu qeyri-neft sektorunda calışır, o cümlədən muzdla calışan 1366,9 min işçinin 1330 mini qeyri-neft bölməsinin payına düşür;
-daxili tələbatın ödənilməsində idxaldan asılılıq azalır, idxal inflyasiyasını məhdudlaşdırır;
-dövlət büdcəsinin gəlirlərinin əsas qaynaqlarından biri hesab edilir;
-ölkənin rəqabətqabiliyyətini artırır;
-neft tükəndikdən sonra ölkə iqtisadiyyatının zəmanətcisi rolunu oynayır.
Bəhs etdiyimiz arqumentlərə diqqət etdikdə qeyri-neft sektorunun Azərbaycan iqtisadiyyatının hazırkı vəziyyəti və gələcəyində oynadığı rolun nədən ibarət olduğunu təsəvvür etmək daha da asan olur. Belə ki, ölkə ÜDM-nin 40 faizdən bir az artığını əhatə edən neft sektorunda məşğul əhalinin təxminən 2 faizi işlə təmin edilib. Digər 98 faiz əmək qabiliyyətli vətəndaşlarımız isə iqtisadiyyatın neftdən kənar sektorlarında fəaliyyət göstərməklə daxili tələbatın genişlənməsinin əsas amilidir. Eyni zamanda, yoxsulluğun azaldılmasında böyük pay məhz bu sektora aiddir.
Ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsində, əhalinin gündəlik tələbat mallarına olan ehtiyacının qarşılanmasında idxal məhsullarından asılılığın azaldılması və maliyyə sektorunun idxal inflyasiyasından qorunmasında qeyri-neft sektorunun rolu əvəzsizdir. Dövlət büdcəsinin gəlirlərinin formalaşdırılmasında da qeyri-neft sektoru müstəsna əhəmiyyət daşıyır. Baxmayaraq ki, son illərdə büdcədə neftdən daxillolmaların həcmi coxdur, perspektiv üçün dövlət büdcəsinin maliyyə qaynağı iqtisadiyyatın neftdən kənar sektorları hesab edilir. Cünki hər hansı təbii sərvətin gətirdiyi dvidendlər sonsuz deyil və bir gün tükənir. Nəticədə büdcə yenidən real sektorun dayanıqlığından asılı olur. Məhz bu səbəblərə görə iqtisadiyyatın diversifikasiyası və bu sektorun inkişaf etdirilməsi Azərbaycan hökuməti tərəfindən prioritet hesab edilir.
Bütün bu sadaladıqlarımız qeyri-neft sektorunun ölkə iqtisadiyyatındakı üstün statusunun əhəmiyətini təsdiq edir.
Qeyri-neft sektorunun
inkişaf istiqamətləri
Ölkəmizdə strateji maraqlara söykənən iqtisadi siyasətin aparılması nəticəsində həyatın bütün sferalarında, o cümlədən iqtisadiyyatda ciddi irəliləyiş və inkişaf təmin edilib. Bu tendensiya qeyri-neft sektoruna da şamil edilir.
Neft və qazın hasilatından qaynaqlanmayan sektorların inkişaf tempinə daha cox təsir edən amilləri aşağıdakı kimi qruplaşdırmaq olar:
-investisiya siyasəti və cəlb edilən investisiyyaların həcmi;
-ölkədə aparılan struktur və institusional dəyişiklər, müasir qanunvericilik bazasının yaradılması;
-daxili tələbatın dəyişməsi;
-maliyyə- bank bazarında son illər aparılan islahatlardan doğan və kreditləşmədən( buraya istehsal və istehlak məqsədli kreditlər daxildir) formalaşan istehlak və istehsal münasibətləri;
-daxili istehsalı təşviq edən dövlət xərclərinin həcmi.
Ötən illər ərzində sadaladığımız amillərin hər biri ölkəmizdə daim diqqət mərkəzində saxlanılıb və aparılan iqtisadi və sosial siyasət nəticəsində keçid dövrü uğurla başa çatdırılıb, hazırda isə iqtisadiyyatın şaxələndirilməsi prosesi məqsədli və sürətli şəkildə davam etdirilir. Ötən on il ərzində kənd təsərrüfatında yaradılan əlavə dəyər 780,3 milyon manatdan 2736,4 milyon manata, tikintidə 310,7 milyon manatdan 4215,3 milyon manata, nəqliyyat və rabitə sahəsində 538,9 milyon manatdan 3358 milyon manata yüksəlib. 2001-ci ildə 418,3 milyon manat olan xalis vergilərin həcminin 2011-ci ildə 3058 milyon manata qədər artması bu illər ərzində baş verən inkişafın bariz nümunəsidir. Hazırda Azərbaycan iqtisadiyyatında qeyri-neft sektoru ÜDM-nin həcmi Gürcüstan və Ermənistan iqtisadiyyatının ümumi həcmindən daha artıqdır. Belə ki, iki ölkənin 2012-ci ildə ümumi ÜDM-in 26,4 milyard dollar olduğu halda ölkəmizdə yalnız qeyri-neft sektoru ÜDM-i 36,5 milyard ABŞ dollar olub. Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Davos İqtisadi Forumunun regional toplantısında da söylədiyi kimi, ölkəmiz neft və qaz gəlirlərindən əldə etdiyi vəsaitlərdən iqtisadiyyatın digər sektorlarının inkişafında çevik və praqmatik istifadə edir.
Qeyri-neft sektorunun xarici ticarətdə
payı
Hazırda ixracın böyük bir qismini neft, neft məhsulları
və qazın satışı təşkil etsə də,
xarici ticarətdə qeyri-neft sektorunun payı ildən-ilə
artır. Bu sahədə inkişafı təmin etmək məqsədilə
ölkəmizdə dünya bazarlarında rəqabət apara
biləcək keyfiyyətli və beynəlxalq standartlara
uyğun məhsulların istehsalı, yeni və innovativ müəssisələrin
acılması və ixracı stimullaşdıracaq tədbirlərin
həyata keçirilməsi prosesi davam etdirilir.
Xatırladaq
ki, 2001-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsi
3,7 milyard dollar olduğu halda, 2012-ci ildə bu göstərici
43,8 milyard dollara qədər və yaxud da təxminən 12 dəfə
artıb. Əlbəttə, son illər qeyri-neft
məhsullarının ixracdakı xüsusi cəkisi
karbohidrogen məhsullarının daha cox satılması səbəbindən
azalıb. Ancaq bu göstərici də həcm olaraq
2001-ci ildəki 0,29 milyard dollar olduğu
halda, 2012-ci ildə artaraq 1,673 milyard dollar olub. Son
illərdə isə bu artım daha da intensiv xarakter alıb.
Belə ki, 2010-cu ildə bəhs edilən
sektorun xarici ticarətdəki payı 2 faiz idisə, 2011-ci ildə
analoji göstərici 11 faiz olub. 2020-ci ilə
qədər Azərbaycanın iqtisadi inkişaf
konsepsiyasında isə qeyri-neft sektorunun həcminin
adambaşına 1000 ABŞ dollarına və yaxud ümumilikdə
10 milyard dollara qədər artacağı hədəf olaraq
müəyyən edilib.
Əgər
nəzərə alsaq ki, ölkəmizə idxalın həcmi
təxminən 9,5 milyard dollardır və
istehsal gücləndikcə daxili tələbatın ödənilməsi
daha cox bu qaynaq hesabına təmin edilir. Qeyd edək
ki, 2020-ci ildə ölkəmizin qeyri-neft ixracı ümumi
idxala bərabər olacaq. Bu isə Azərbaycanın
xarici iqtisadi əlaqələrinin genişlənməsi, neft
hasilatının tükəndiyi zamanlarda ticarət
saldosundakı üstünlüyün qorunub saxlanması və
iqtisadi nüfuzun itirilməməsi istiqamətində müsbət
rol oynayacaq. 2011-2013-cü illər ərzində bu istiqamətdə
atılmalı olan addımların və aparılan siyasətin
konturlarının müəyyən edilməsi və səmərəliliyinin
artırılması məqsədi ilə Nazirlər Kabineti 8
fevral 2011-ci ildə"2011-2013-cü illər
üçün qeyri-neft məhsullarının
ixracının stimullaşdırılmasına dair Tədbirlər
Planı"nı təsdiq edib. Tədbirlər Planında qanunvericilik
bazasının təkmilləşdirilməsi, ixrac siyasətində
koordinasiyanın gücləndirilməsi, ixrac mallarının
istehsalının stimullaşdırılması, ixracın
infrastruktur təminatının
yaxşılaşdırılması, keyfiyyətə nəzarət
sisteminin gücləndirilməsi, ixracın təşviqi və
maarifləndirmə kimi vacib məsələlər öz əksini
tapıb.
Qeyri-neft sektorunun inkişafı, o cümlədən
qeyri-neft ixracının artırılması istiqamətində
atılan addımlardan ən mühümü kimi Sumqayıtda
Sənaye Parkının yaradılması, Gəncədə isə
bu istiqamətdə işlərin aparılması gələcəkdə
rəqabətədavamlı və elmtutumlu istehsalın təmin
edilməsi məqsədini daşıyır.
Qeyri-neft sektorunun büdcə gəlirlərində
payı
Ölkəmizin karbohidrogen ehtiyatlarına sahib olması və
bu ehtiyatların son illər dünya bazarına
cıxarılmasından əldə edilən gəlirlər
digər sahələrin inkişafına təsiri artırıb
və sosial dövlət dəyərləri baxımından gəlirlərin
müəyyən bir qismi dövlət büdcəsinə
yönəldilib. Nəticədə, bu vəsaitlərin həcmi
qeyri-neft sektorundan əldə edilən gəlirlərə nisbətən
daha artıq olub. Neftdən daxil olan vəsaitlərin
büdcə vasitəsilə ölkənin infrastrukturunun yenidən
qurulması, sosial rifahın gücləndirilməsi, insan
kapitalına diqqətin artırılması, nisbətən zəif
inkişaf edən sektorlara dövlət dəstəyinin təmin
edilməsi, məcburi köçkünlərin həyat şəraitinin
yaxşılaşdırılması kimi mühüm problemlərin
həllinə yönəldilməsi təqdirəlayiq
haldır.
Onu da qeyd
etmək lazımdır ki, yuxarıda
sadaladığımız sahələrin bir coxu(
infrastrukturun yenidən qurulması, məcburi
köçkünlərin həyat şəraitinin
yaxşılaşdırılması) birdəfəlik və
yaxud uzunmüddət təkrar maliyyənin cəlb edilməsinə
ehtiyacı olmayan sahələrdir. Bu da imkan verir
ki, gələcək illərdə büdcənin əsas xərclərində
kəsintilərə getmədən neftdən daxillolmaların
miqdarını kifayət qədər azaltmaq mümkün
olsun. Bununla yanaşı, Azərbaycan
hökuməti bu sahədəki disbalansı aradan qaldırmaq
istiqamətində də səylərini artırıb.
Belə ki, vergi qanunvericiliyinə edilən dəyişikliklər,
yeni rəqabət məcəlləsinin hazırlanıb
müzakirəyə təqdim edilməsi, korporativ fermer təsərrüfatları
haqqında qanunun hazırlanması, nağdsız ödəniş
sisteminin bütün ölkə boyu təmin edilməsi
üçün tədbirlərin həyata keçirilməsi,
o cümlədən kölgə iqtisadiyyatının minimuma
endirilməsi kimi addımların atılması nəticəsində
büdcədə qeyri-neftdən gəlirlərin həcmində
son illər ciddi artım baş verib.
2006-cı
ildə bu sektorun büdcə gəlirlərindəki payı
1,6 milyard manat olduğu halda, 2011-ci ildə 4 milyard, 2012-ci ildə
4,4 milyard manat olub ki, bu da 6 il ərzində təxminən 3 dəfə
artım deməkdir. Analoji göstəricinin 2013-cü idə
isə 5,3 milyard manat olacağı
proqnozlaşdırılır, bu da büdcənin əsas xərclərinin
təxminən 50 faizinə bərabərdir. Bu
hal arzuedilən olmadığından hökumət qısa
müddətdə, yəni 2020-ci ilədək dövlət
büdcəsinin gəlirlərində qeyri-neft sektorunun məbləğini
əsas xərclərə bərabərləşdirmək
istiqamətində tədbirlər görür.
İnvestisiya siyasətinin istiqamətləri
Ölkənin iqtisadi
dayanıqlılığının artırılması və
əhalinin sosial rifahının yüksəldilməsinin əsas
yolunun mövcud potensialdan səmərəli və vaxtında
istifadə edilməsi olduğu üçün müstəqilliyimizin
ilk illərindən ölkəmizdə normal investisiya
mühitinin yaradılması və xarici kapital
axınının təmin edilməsi ən yüksək səviyyədə
örtaya qoyulan iradə sayəsində təmin edilib. Baxmayaraq ki,
2005-ci ilədək iqtisadiyyata qoyulan investisiyanın
böyük bir qismi enerji sektoruna yönəldilirdi, sonralar bu
tendensiya qeyri-neft sektorunun xeyrinə dəyişib. Ümumiyyətlə, investisiya siyasəti Azərbaycan
hökumətinin müəyyən etdiyi uzunmüddətli
iqtisadi inkişaf strategiyasının mühüm tərkib
hissəsidir. İnvestisiya
axınının təşviq edilməsində əsas məqsəd
iqtisadiyyata xam vəsaitlərin daxil olması və istehsalat
bazasının genişləndirilməsi, rəqabətqabiliyyətli
biznes mühitinin formalaşdırılması və daimi
böyümənin təmini kimi mühüm problemlərin həllini
sürətləndirməkdir.
Bu günədək investisiya mühitinin hüquqi
bazasının yaradılması istiqamətində bir cox əhəmiyyətli
addımlar atılıb, mühüm qanunlar yaradılıb. Hazırda ölkəmizdə
investisiya fəaliyyətini tənzimləyən iki qanun-Azərbaycan
Respublikası Prezidentinin 15 yanvar 1992-ci il sərəncamı
ilə təsdiq edilmiş “Xarici investisiyaların qorunması
haqqında Azərbaycan Respublikası Qanunu” və 13 yanvar
1995-ci il sərəncamı ilə təsdiq esilmiş
“İnvestisiya fəaliyyəti haqqında Azərbaycan
Respublikasının Qanunu” tətbiq edilir. Həmçinin,
Azərbaycan hökuməti bir sıra dövlətlərlə
ikiqat vergitutmanın aradan qaldırılması,
investisiyaların təşviqi və qorunması haqqında
ikitərəfli sazişlər imzalamaqla yanaşı, mənfəətin
başqa valyutalara konvertasiya edilməsi, xarici dövlətə
köçürülməsi və ya reinvestisiya edilməsi
ilə bağlı bütün məhdudiyyətlər ləğv
edilib, bazar münasibətlərinə söykənən vahid
valyuta məzənnəsi formalaşdırılıb.
Nəticədə Azərbaycanda investorlara qorunan
hüquq və mənafelər, yerli və xarici sahibkarlara bərabər
şərait, toxunulmaz mülkiyyətə əsaslanan normal
investisiya mühiti formalaşıb. Görülən
işlər xarici investorların, beynəlxalq maliyyə
qurumlarının və iqtisadi təşkilatların ölkəmizə
olan marağını artırıb. Günümüzdə
isə aparılan iqtisadi islahatların əsas hədəfi
qeyri-neft sektorunun inkişafına və bu sahəyə sərmayə
axınının təmin edilməsinə yönəlib.
1995-2012-ci
illərdə iqtisadiyyata yönəldilən ümumi
investisiyanın həcmi 140 milyard olub ki, bunun da 56 faizi, yaxud da
78,4 milyard dolları xarici investisiyaların payına
düşür.
Ötən illər ərzində investisiyaların
istiqamətində də mühüm dəyişiklik baş
verib. Belə
ki, müstəqilliyin ilk 10 illiyində ölkə
iqtisadiyyatına yönəldilən investisiyaların
böyük bir qismi, təxminən 65 faizi enerji sektorunun
payına düşürdüsə, sonrakı on illikdə bu
tendensiya qeyri-neft sektorunun xeyrinə dəyişib. 2003-2011-ci illərdə qeyri-neft sektoruna yönəldilən
investisiya ümumi sərmayənin 62 faizinə, 2012-ci ildə
isə analoji göstərici 76 faizə bərabər olub.
Görünən odur ki, ölkəmizin
qeyri-neft sektorunda aparılan islahatlar bu sahəyə investor
marağını artırıb ki, bu da iqtisadiyyatın
diversifikasiyası baxımından cox mühüm amildir.
Bəhs etdiyimiz nailiyyətlərin əldə edilməsində
rolu olan addımlardan biri isə 2003-cü ildə yerli
istehsalın inkişafı ilə ölkənin ixrac qabiliyyətinin
artırılması və investisiyaların cəlb edliməsini
həvəsləndirmək məqsədi ilə Azərbaycan
İxracın və İnvestisiyaların Təşviqi Fondunun
(AZPROMO) yaradılması idi. Bu qurum hökumətlə
investorlar arasında əlaqələndirici rolunu oynamaqla
özəl və dövlət sektorunda əhəmiyyətli
işlər görür. Həmçinin
fond xarici investorlara investisiya yatırılacaq sahələrin
müəyyən edilməsində, yerli bürokratiya ilə
mübarizədə, onların ölkəmizdəki fəaliyyətlərini
asanlaşdırmaqda yardımlar göstərir.
Azərbaycanda
adambaşına düşən xarici investisiyaların
yüksək göstəricisi, hökümətin
investorların ən ali səviyyədə hüquqi müdafiəsinin
təmin etməsi, ümumi daxili məhsulun və xarici ticarət
dövriyyəsinin daimi artımı, kənd təsərüfatında
istehsalın təşviqi məqsədi ilə edilən vergi
güzəştləri, ixtisaslı əmək
ehtiyatlarının coxluğu, ölkənin beynəlxalq ticarət
təşəbbüslərində aktiv iştirakı və ən
əsası isə ölkənin coğrafi mövqeyinin Avropa
və Asiya bazarlarına səmərəli cıxış
imkanı verməsi münbit xarici investisiya mühitinin
formalaşmasında başlıca rol oynayır.
Yuxarıda
sadaladığımız əlverişli və münbit
biznes mühitinin formalaşdırılması hətta
Dünya Bankı və Beynəlxalq Maliyyə
Korporasiyasının “Doing business-2012” hesabatında da öz əksini
tapıb və Azərbaycan dünyanın 183 ölkəsi
arasında 66-cı yerə layiq görülməklə biznesə
başlamaq parametrləri üzrə inkişaf etmiş ölkələrlə
bir sırada qərarlaşıb.
Sonda isə qeyd etmək istəyirik ki, Azərbaycan
iqtisadiyyatının, o cümlədən qeyri-neft sektorunun
inkişafı, ölkədə aparılan iqtisadi siyasətin
nəticəsidir. Həmçinin, ölkənin iqtisadi gələcəyinin
qeyri-neft sektoruna bağlı olması prioritet
götürülərək bu sahədə ciddi infrastruktur
işləri həyata kecirilib, normal investisiya mühiti
formalaşdırılıb. Digər tərəfdən,
qanunvericilik bazası zamanın tələbinə
uyğunlaşdırılıb, normal bazar münasibətlərinin
formalaşmasında və azad rəqabətin təmin edilməsində
ciddi nəticələr əldə edilib. Ölkəmizin
etibarlı tərəfdaş imici yaradılıb və beynəlxalq
nüfuzu müsbətə döğru dəyişməkdə
davam edir. Azərbaycan investisiya cəlb edən
ölkədən investisiya yatıran və xüsusilə,
strateji əhəmiyətli layihələrdə iradə
nümayiş etdirən regional gücə cevrilib. Bir sözlə, ölkəmiz öz təbii
ehtiyatlarından, coğrafi mövqeyindən uğurla
faydalanıb və Azərbaycan dünya iqtisadiyyatının
aktiv iştirakçısına cevrilib.
Vüqar BAYRAMOV,
İqtisadi və
Sosial İnkişaf Mərkəzinin sədri, iqtisad elmləri
namizədi
Xalq qəzeti.- 2013.- 21 iyun.- S. 1; 2.