ABŞ-ın Viskonsin Stout Universitetinin professoru Cəfər Cəfəri Azərbaycan Turizm İnstitutunda olmuşdur
Turizm Araşdırmaları
Beynəlxalq Akademiyasının
təsisçi prezidenti,
Cəfər Cəfəri
ölkəmizdə olarkən
Azərbaycan Turizm İnstitutuna gəlmişdir. Qeyd etmək yerinə düşər ki, o, həmçinin “Turizm Tədqiqatları Salnaməsi”
jurnalının təsisçisi,
Turizm Ensiklopediyasının
baş redaktoru, Ümumdünya Turizm Təşkilatının “Ulysses” mükafatı laureatıdır.
Amerika Birləşmiş
Ştatlarının Viskonsin
Stout Universitetinin professoru
olan Cəfər Cəfərini ATİ-də
bu təhsil ocağının rektoru, tarix elmləri doktoru, professor Cəfər
Cəfərov səmimi
salamlamış, və
söhbət əsnasında
rəhbərlik etdiyi ali təhsil müəssisəsinin yaranmasından,
turizm sənayesi üçün ixtisaslı
kadr hazırlığı
sahəsində qazanılan
uğurlardan söz açmış, eləcə
də qarşıda duran problemlərə aydınlıq gətirmişdir.
Görüş zamanı institutun beynəlxalq təşkilatlarda
təmsilçilik fəaliyyətinə
toxunan C.Cəfərov
dünyanın nüfuzlu
universitetləri ilə
tələbə-müəllim mübadiləsinin tədrisin
keyfiyyətinə müsbət
təsir göstərdiyini
də diqqətə çatdırmışdır. Professor C.Cəfəri ATİ-nin
professor-müəllim heyəti
və struktur rəhbərləri ilə
görüş təklifini
ürəkdən qarşıladığını
bildirmişdir. O, ölkəmizə
səfəri çərçivəsində
Bakının təmiz,
möhtəşəm şəhərlərdən
biri olduğuna çox sevindiyini görüş iştirakçılarının
diqqətinə çatdırmışdır.
Qonaq Turizmi lokal çərçivədə,
belə desək, bəziləri tərəfindən
biznes kimi dəyərləndirmənin zərərli
tendensiya hesab etdiyini bildirmiş, Alim fərqli turizmi inkişaf etdirərkən yerli şəraiti, əhali dinamikasını, adət-ənənələri
nəzərə almağın
vacibliyindən ətraflı
söz açmışdır.
“turistləri ölkəyə cəlb etmək üçün təkcə beş ulduzlu otellərin olması işin bir tərəfidir”, – demişdir. Fikrini aydınlaşdırmaq üçün
bir sıra detalları incələyən
professor C.Cəfəri müxtəlif
dünyagörüşlü, eyni zamanda müxtəlif
millətlərdən, dinlərdən
olan insanlara mədəni xidmət göstərə bilən
yüksək ixtisaslı,
başlıcası, keyfiyyətli
kadr hazırlamaq lazımdır,- fikrini də xüsusi vurğulamışdır.
O, demişdir: “Azərbaycan
Turizm İnstitutu bu missiyanı qarşısına məqsəd
qoyan ali
təhsil müəssisəsidir.
Tələbələrə aşılanmalıdır ki, yaxşı turizmçi olmaq üçün fəaliyyətə
başladıqları ilk illərdə
təklif olunan hər hansı işdən, vəzifədən
utanıb imtina etməsinlər. Ölkəyə müxtəlif məqsədlərlə
təşrif buyuran insanlarla ünsiyyət zamanı çəkingən
davranışlara yol verməsinlər. Bu da öz növbəsində
turistlərin daha çox ölkəyə cəlb edilməsinə, sonda biznesə yaxşı təsir göstərə bilər.
Əks təqdirdə hər hansı turizm müəssisəsi maddi itkilərlə üzləşə
bilər.”
Professor C.Cəfəri fikir mübadiləsi zamanı bildirmişdir ki, son vaxtlara kimi turizm sənayesində
faiz göstəricilərinə
görə işçi
heyətdə kişilər
daha çox üstünlük təşkil
edirdi. Son zamanlar
qadınların bu sahədəki geniş fəaliyyəti dünyanın
hər yerində müsbət qarşılanmaqdadır.
ATİ-də xarici ölkə universitetlərindən tanınmış
alim-tədqiqatçı və
təlimçilərin tədris
prosesinə cəlb edilməsi təcrübəsi
təqdirəlayiqdir. O, bu tendensiyanın davamlı olmasını məsləhət görmüşdür.
C.Cəfəri demişdir: “Çoxillik
təcrübəmə əsaslanaraq
deyə bilərəm
ki, turizm sənayesini inkişaf etdirmək üçün
ilk növbədə region dövlətləri
ilə əlaqələri
möhkəmləndirmək lazımdır. Ölkədə sabitliyin mövcudluğu
və qorunması turizm imkanlarını daha da genişləndirir.
Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi Azərbaycanın
bu hüquqa sahibləndiyinə tutarlı
sübutdur. Hər
hansı ölkə turizmin inkişaf modelini gerçəkləşdirmək
üçün ilk növbədə
dörd il
əvvəl onun ali təhsil bazasını yaradır. Yaxşı bilirəm ki, Azərbaycan Turizm İnstitutu yeddi il
əvvəl tələbə
qəbuluna başlayıb.
Deməli, ATİ turizm
sənayesinin yüksək
ixtisaslı kadrlara ehtiyacını ödəmək
məsuliyyətini daşıyan
başlıca ali təhsil ocağıdır. Bir mütəxəssis
kimi mənə məsləhət vermək
imkanı yaratdığınıza
görə çox şad oldum.”
Amerikalı professor C.Cəfərinin ATİ ilə
tanışlıq görüşü
iki gün davam etmişdir. İnstitutdan ayrılarkən qonaq ona göstərilən isti münasibətdən böyük zövq aldığını xüsusi
vurğulamışdır.
Z.
BƏŞİRQIZI
Xalq qəzeti.- 2013.- 21 iyun.- S. 2.