“Almalı kitab” haqqında
İstedadlı şair Ramiz Qusarçaylı hər zaman ilk baxışda adi görünən mövzulara fərqli prizmadan baxıb, şeirlərindəki orijinallıq, yenilik oxucular tərəfindən maraqla qarşılanıb. Bu yaxınlarda işıq üzü görmüş “Almalı kitab” kitabı da məhz məzmun və formasına, müəllifin mövzuya baxış bucağına görə seçilir. “Müəllim” nəşriyyatında çap olunmuş kitabın redaktoru Zakir Məmməd, rəyçi Məmməd Aslandır.
Kitabda Azərbaycan xalq yaradıcılığında, xüsusilə də bayatılarda, nağıllarda, xalq mahnılarınmızda simvolizə edilən almanın əsl fəlsəfi və dərin məzmun yükü, nənə-babalarımızın alma obrazını müxtəlif məna çalarlarında işlətməsi məsələləri təhlil edilir. Kitabda müəllifin apardığı təhlil, folklor nümunələriylə onun izahı dilimizin lüğət tərkibinin zənginliyi ilə yanaşı, bədii ifadə vasitələriylə də müxtəlif fikir ifadə etmə imkanları təqdim edilir.
Nağıllar həmişə göydən üç alma düşməklə bitdi, yara olan sevgi, həsrət, aşiqlərin murada yetmələri alma obrazıyla bildirildi və s. Bu baxımdan folklor nümunələrimizin daha dərindən öyrənilməsi, hər bir sözün dərin məzmun qatlarına varılması maraqlı məqamlar ortaya çıxarır.
Mən aşiq qızıl alma,
Yollara düzül, alma.
Bilsəm
ki, yar göndərib,
Saxlaram yüz il
alma.
Müəllif dadı və gözəlliyi ilə dillər əzbəri olan Quba alması
və alma bağları
barədə ədəbiyyatımızda
gözəl poetik nümunələrin yazıldığını
qeyd edir. Əhməd Cavad, Almas İldırım,
Səməd Vurğun,
Süleyman Rüstəm,
Osman Sarıvəlli, Nəbi Xəzri, Məmməd Arazın və s. yaradıcılığında
Quba almasının bədii sözlə təsvirinə rast gəlmək mümkündür. Kitabda Ramiz Qusarçaylı almanın xalqın adət-ənənəsində, mifik yaddaşında formalaşmış özəlliklərindən
də söhbət açır: “ Alma səadət simvolu, mənalı həyat rəmzi sayılıb. Toylarda gəlinin dalınca alma atılarmış. Hamilə
qadın yuxuda bıçaq görsə
oğlan, alma görsə
qız doğularmış.
Toy şənliyinin “bəy
oturma” mərasimində
qız evindən göndərilən xonçada
rəmzi məna daşıyan metal pullar sancılmış alma olardı. Bu adətə
Qubanın bəzi yerlərində hələ
də rast gəlmək olur. Şah almanı ömür-gün
yoldaşıyla yarı
bölərmiş, xoş
sabahlar üçün.
Vəziri ilə paylaşarmış,
döyüşlərdə qazanmaq üçün.
Şah almanı zəfər rəmzi sayıb. Qubanın ağ
alması alın təri, halal zəhmət, bar, bərəkət,
dosta sovqat simvoludur. Qızıl alma oğuz
türkləri arasında
cahan hakimiyyətinin simvolu məfkurəsini daşıyır.”
Kitabda təqdim edilən bir bəndlik şeirlər alma növlərini poetik formada tərənnüm edir; Məclisi, Mürsəli, Ağ alma, Cibir, Şafran, Sarıturşun xüsusiyyətləri
bədii boyalarla təsvir edilir. Kitab ədəbiyyatsevərlər üçün
maraqlı nəşrlərdən
sayıla bilər.
Əfsanə BAYRAMQIZI
Xalq qəzeti.- 2013.-
22 iyun.- S. 8.