416-cı Azərbaycan diviziyasının şanlı döyüş yolu unudulmur

 

Böyük Vətən Müharibəsinin başlanmasından 72 il ötür

 

1941-45-ci il Böyük Vətən Müharibəsində Şimali Qafqazdan Berlinədək şərəfli döyüş yolu keçmiş 416-cı Azərbaycan atıcı diviziyası cəbhədə göstərdiyi hünər, qazandığı qələbələrlə adını tarixə yazdırmışdır. Arada 70 illik zaman  məsafəsi olsa da, bu qəhrəmanlıqlar unudulmur, yaddan çıxmır...

Bu ilin may ayında Ukraynanın Nikolayev vilayətinin Berezovski rayonundakı Ukrainka kəndində 416-cı milli diviziyamızın şərəfinə açıq səmada ucaldılmış memorial muzeyin açılışı buna sübut ola bilər. Bəri başdan qeyd edək ki, qədirbilənlik nümunəsi olan belə bir memorial kompleksin açılışı ilə əlaqədar təntənəli mərasimin keçirilməsi bütövlükdə Ukrayna Respublikasında, eləcə də Nikolayev vilayətində mühüm tarixi hadisə kimi qeyd edilmiş, kütləvi informasiya vasitələrində geniş işıqlandırılmışdır. Memorialın açılış mərasiminə Azərbaycan Müharibə Veteranları Şurasının nümayəndələri, sabiq “416-cılar” - Əmiralı Əmiralıyev və Məhəmməd Hüseynov da dəvət olunmuşdular.

Böyük Vətən Müharibəsinin odundan-alovundan keçən, cəbhədə göstərdiyi igidliyə görə bir çox ordenmedallara layiq görülmüş, 416-cı Azərbaycan Atıcı Diviziyası Veteranlar Şurasının sədri Hacı Əmiralı Əmiralıyevlə görüşüb, 70 il əvvəl işğaldan azad etdikləri yerlərə — Ukraynanın Nikolayev vilayətinə səfərdən aldığı təəssüratı oxucularla bölüşməsini xahiş etdik. Hacı Əmiralı dedi:

— Məlum olduğu kimi, 416-cı atıcı diviziya 1942-ci ilin fevral ayında Azərbaycanın Göyçay, Ucar, Şəmkir rayonlarından və Ələt qəsəbəsindən olan çağırışçılar və könüllülər hesabına təşkil edilmişdi. Diviziyanın şəxsi heyətinin 92 faizdən çoxu azərbaycanlılar idi. 

416-cı diviziyanın döyüş yolu Qafqazdan başlanmışdır. 1942-ci il sentyabrın əvvəllərində 44-cü Ordunun tərkibinə daxil edilərək Şimali Qafqazda Xasavyurt rayonuna göndərilmişdi. Həmin vaxt Qafqaz uğrunda döyüşlərin ən şiddətli dövrü idi. Almaniyanın “Cənub” ordu qrupu komandanlığına 1942-ci ilin 25 sentyabrında Bakını zəbt etmək əmri verilmişdi. 1942-ci ilin oktyabrında 416-cı diviziya 58-ci Ordunun tərkibinə daxil edilərək, Sulak çayının şərq sahilində düşmənin Mahaçqala istiqamətindəki hücumlarına qarşı mövqedə yerləşdirildi. Noyabrda diviziya yenidən 44-cü Ordunun tərkibinə daxil edildi və təcili olaraq Terek stansiyası zonasında yeni döyüş xəttinə göndərildi. 1942-ci ilin 30 noyabrında 416-cı Azərbaycan diviziyası əks-hücuma keçdi.

1943-cü il yanvarın əvvəlinə qədərki dövrdə diviziyanın döyüşçüləri Qafqazdan Azov sahilinə qədər məsafəni döyüşlərlə keçərək, növbəti hücumlara hazırlaşdılar. Bu dövrdə diviziyanın komandirlərindən biri polkovnik (az sonra general-mayor rütbəsi aldı) Tərlan Əliyarbəyov idi. 1942-ci ilin noyabrında Şimali Qafqazdan başlanan əks-hücumlar nəticəsində üç ay ərzində Şimali Qafqaz düşməndən azad edildiRostov istiqamətində döyüşlərə başlamaq üçün zəmin yarandı.1943-cü ilin 21 fevralında 416-cı diviziya əməliyyatlarının II dövrünə başladı. Bunun üçün diviziyaya Azərbaycandan 1500 nəfər yeni döyüşçü göndərilmişdi. 416-cı diviziya 1943-cü ilin 17 avqustunda Taqanroq istiqamətində başlanmış hücumlarda iştirak etdiavqustun 30-da 28-ci Ordunun tərkibində Taqanroq şəhərinin düşməndən azad edilməsində böyük qəhrəmanlıq göstərdi. Bu qələbəyə görə onaTaqanroq diviziyası” fəxri adı verildi. Milli diviziya 1943-cü ilin sentyabrında Azərbaycandan öz tərkibinə 2500 nəfər yeni döyüşçü heyəti qəbul etdi. Müvafiq hazırlıqdan sonra oktyabrın 10-dan növbəti döyüşlərə başladı və Nikolayev şəhərinin düşməndən azad olunmasında fəal iştirak etdi.

1944-cü ilin yanvarında 416-cı diviziya 3-cü Ukrayna Cəbhəsində 5-ci Zərbə Ordusunun tərkibində hücuma qoşularaq, Dnestr çayını keçdiDnepr sahillərinə çıxdı. Dneprin keçilməsində qəhrəmanlıq göstərdiklərinə görə M.Ələkbərov, B.Mirzəyev, A.Vəliyev, F.Səfərov və A.Cəfərov Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görüldülər.

 

Həmin ilin 9 aprelində diviziya Odessa şəhəri yaxınlığına çatdı və şəhərin düşməndən azad edilməsində fəal iştirakına görə II dərəcəli Suvorov ordeni ilə təltif edildi. 1944-cü ilin yayından başlayaraq 416-cı diviziya 3-cü Ukrayna Cəbhəsinin tərkibində məşhur Yassa-Kişinyov döyüş əməliyyatında və Moldaviyanın paytaxtı Kişinyov şəhərinin və Moldaviyanın azad edilməsində fəal iştirak etdi. 1945-ci ilin martında diviziyanın 1054-cü alayı “Qırmızı bayraqordeni, 1368- ci alayı “Boqdan Xmelnitskiordeni, 44-cü divizionu isə “Aleksandr Nevskiordeni ilə təltif edildi. 1945-ci ilin yanvarında Sovet Ordusu bütün cəbhələrdə hücuma keçdi və əsas döyüşlər Varşava-Berlin istiqamətində  gedirdi.

416-cı diviziya I Belorusiya Cəbhəsinə daxil olan 5-ci Zərbə Ordusunun tərkibində Visla çayı istiqamətində hücumu davam etdirərək, Varşavanın azad edilməsində iştirak etdiOder çayının qərb sahilinə çıxaraq, düşmənin Kyustrin şəhərini ələ  keçirdi. Berlinə ilk dəfə daxil olan hərbi hissələr içərisində bizim 416-cı diviziya da var idi. Berlin uğrunda döyüşlərdə kapitan X.Gülməmmədovun batalyonu xüsusilə fərqləndi. Kayzerin sarayı üstündə Qələbə bayrağını ilk dəfə mayın 1-də sancanlardan biri leytenant Vahab Osmanov düşmən gülləsindən həlak oldu. Brandenburq qapıları üstünə mayın 2-də qələbə bayrağını taxanlardan biri isə leytenant A.Məcidov və onun döyüşçüləri oldular. Qafqazdan Berlinədək döyüş yolu keçmiş 416-cı Azərbaycan milli diviziyasına və onun alaylarına müharibə illərində general-mayorlar Tərlan Əliyarbəyov, Heybət Heybətov, Hacıbaba Zeynalov (diviziyanın qərargah rəisi) komandirlik etmişdilər.

...416-cı  Azərbaycan  atıcı diviziyasının  şərəfinə Ukraynada memorialın  açılışı  olduqca  təntənəli  keçdi. Bəri  başdan  deyim ki, bu  böyük  tədbirin  təşəbbüskarı    təşkilatçısı 44 il bundan  əvvəl  Şəmkir  rayonundan  Nikolayev vilayətinə  gedib əmək  fəaliyyətinə  başlayan    orada  çox böyük   hörmət-izzət sahibi olan Yunis Muxtar oğlu Əliyev idi.

Tədbirdə  Azərbaycanın  Ukrayna  Respublikasındakı  səfirliyinin  birinci katibi  Şübhan  Hüseynli,  üçüncü katibi Ruslan  Qurbanov,  Rusiya Federasiyasının  Odessadakı  baş  konsulu  Andrey Aksyomov, Nikolayev Vilayəti  Dövlət Administrasiyasının milli məsələlər şöbəsinin  müdiri  Viktor Çebotaryov, Vilayət Şurasının deputatı Fazil Hacıyev, Azərbaycan Respublikasının nümayəndə heyəti, habelə  Ukraynanın  Nikolayev vilayətinin  müxtəlif bölgələrindən gəlmiş  müharibə veteranları,  ictimaiyyət  nümayəndələri,  jurnalistlər, yerli sakinlər  iştirak  edirdilər.  Azərbaycan  Ukrayna Respublikasının dövlət  bayraqları   altında  dövlət himnləri səsləndikdən sonra  tədbir başlandı.

Ukraynanın  milli  paltarında cavan  qız  oğlanlar  Azərbaycan nümayəndə  heyətini  duz-çörəklə  qarşıladılar  və bizə  gül-çiçək  təqdim etdilər.

Memorial  muzeyin  açılış  lentini  kəsmək  şərəfini  bizə–416-cı  diviziyanın  döyüşçülərinə  həvalə etdilər. Giriş sözü  ilə Berezovski  rayon  veteranlar  şurasının  sədri  Nikolay  Qorbetenko  çıxış  edərək  416-cı  diviziyanın  döyüş  yolundan  danışaraq, Mozdokdan Berlinə  kimi  tarixi  hadisələri  xatırlatdı.  O, eyni   zamanda  416-cı  diviziyanın  Nikolayev  vilayətinin  onlarca   yaşayış  məntəqəsinin  faşist  işğalçılarından  azad  etməsini  xüsusi  vurğuladı.

Sonra  Azərbaycan  nümayəndə  heyətinin  üzvü    416-cı  Azərbaycan Atıcı Diviziyası Müharibə Veteranları Şurasının  sədri  kimi mənə  söz verildi.  Mən  Azərbaycan  xalqının vətənpərvər oğlu,  Nikolayev  vilayətinin  ictimai-siyasi həyatında  böyük hörmət  nüfuz  sahibi olan  Yunis Əliyev tərəfindən  inşa edilmiş xatirə  memorial   kompleksinin   Ukrayna  ilə   Azərbaycan  xalqları  arasında  dostluğun  daha  da   möhkəmlənməsində   mühüm  rol  oynayacağına  əmin  olduğumu  bildirdim. Əlavə etdim ki, 416-cı atıcı  diviziyanın  şərəfinə  inşa edilmiş  bu xatirə  kompleksini biz  Azərbaycan  xalqının  qəhrəmanlıq  tarixinə  sayğı və  hörmət əlaməti  kimi  qiymətləndiririk.  Bu abidə   həmçinin  Böyük Vətən  Müharibəsinin  qələbə  ilə başa çatmasında  xalqlar  dostluğunun  qüdrətini  nümayiş  etdirir.

Bizim  Ukrayna  xalqı  ilə  çox  səmimi, dövlətlərarası  dostluq  əlaqələrimiz  vardır.  Bu  əlaqədar  həm  MDB,  həm də GUAM  ittifaqı  tərkibində  bu gün  tam etibarlı  səviyyədə  davam etməkdədir.  Güman edirəm ki,  bu  abidə  gələcək  nəsillər  üçün  əsrlər  boyu  bir dostluq  rəmzi  olaraq  qalacaqdır.

Çıxışımda  əlavə etdim ki,   Azərbaycan  cəbhəyə lazım olan  hər  cür hərbi    maddi  yardım  göstərmişdir.  Müharibə illərində   Bakının  sənayesi  hərbiləşdirilərək  cəbhəni  hərbi  ləvazimatla  təmin etmək üçün  50-dən  çox  müxtəlif  növ  hərbi silah-sursat  istehsal  edib  cəbhəyə  göndərirdi.  Bakı  nefti cəbhənin  bütün  ehtiyacını  təmin  edirdi.

Təntənəli  yığıncaqda  çıxış  edən  Azərbaycanın  Ukraynadakı  səfiriliyinin  birinci  katibi   Sübhan Hüseynli,  Rusiya Federasiyasının Odessadakı baş konsulu  Andrey Aksyomov, Nikolayev  Şəhər  Soveti Millətlər Cəmiyyətinin  sədri  Anar  Axundov    başqaları  bildirdilər ki,  bu xatirə  kompleksi  ata-babalarımızın faşizm  üzərində  qələbəni  hansı  çətinliklərlə əldə etdiklərini gələcək nəsillərə  xatırıladacaqdır.

Sonda Nikolayev  Vilayəti  Mədəni  Maarif  Cəmiyyətinin  sədri  Yunis Əliyev  çıxış  edərək  bildirdi ki, o, görülən işi özü üçün  vətəndaşlıq  borcu    vəzifəsi  hesab edir. Hər bir  vətəndaş öz  vətəndaşlıq  borcunu yerinə yetirməyə borcludur. Qürbətdə olanların  ürəyi həmişə Vətən eşqi ilə  döyünür.

 

Qüdrət PİRİYEV

 

Xalq qəzeti.- 2013.- 22 iyun.- S. 9.