Gədəbəy:
tərəqqi və rifah əsas hədəfdir
Bu ucqar dağ rayonunda elə bir sahə yoxdur ki, diqqətdən kənarda qalsın
May ayı başa çatsa da dağların başında hələ də qar var. Adama elə gəlir ki, hətta əl uzatsan çatar. Ani bir üşütmə də keçir bədənindən. Gədəbəyin özündə isə əməlli-başlı istidir. Bu hərarət adamların üz-gözünə də hopub. Xüsusən də çöldə işləyən, hörgü hörən, yaşıllıq salan, səki daşları düzən, fasad quran ustalar, fəhlələr üçün artıq əsl yaydır. Onlar həvəslə işləyirlər və günəşin nə vaxt boylanıb, nə vaxt dağların o tayına adlamasından xəbərləri belə olmur. Bəli, Gədəbəydə sözün əsl mənasında iş gedir. Rayon icra hakimiyyəti aparatı işçilərinin də rəngi-ruhu dəyişib. Artıq indidən sifətlərində günəşin saldığı izlər hiss olunur. Çünki bütün günü tikinti obyektlərindədirlər, yollarda, park və xiyabandadırlar.
Obyektlərin isə sayı-hesabı yoxdur. Şəhərin girəcəyindəki körpünün o biri başında orijinal üslubda böyük bir bazar kompleksi
tikilir.
Köhnə bazar mərkəzdə
əsl tıxac yaradır, heç bir şəraiti yoxdur, antisanitariya mənbəyidir. Buna görə də əhali təzə bazarın tezliklə açılacağı günü
səbirsizliklə gözləyir.
Bir neçə ay qabaq köhnə bazarda baş verən yanğından bəzi qüvvələrin necə
şou düzəltmələrindən,
böhtan, şər dolu yazılarından, yəqin ki, xəbəri olanlar var. Amma bütün bunlar Gədəbəydə
aparılan böyük
işlərə qətiyyən
kölgə sala bilməz. Əvvəla, ucqar dağ
rayonuna ölkə Prezidenti İlham Əliyev xüsusi diqqət və qayğı göstərir.
Bir neçə ilə kimi bu rayonun
nə düz-əməlli
bir yolu, körpüsü, məktəb
binası, səhiyyə
ocağı, nə də işığı,
qazı, suyu vardı. Amma indi tamam başqa mənzərədir.
İşlədiyi bir
il ərzində
rayon ictimaiyyətinin hörmətini
qazanan Ramiz Yediyarov əmindir ki Gədəbəy tezliklə Azərbaycanın
ən diqqətçəkən
guşələrindən birinə
çevriləcək və
özünün təkcə
təbiəti ilə deyil, həm də infrastrukturu ilə dünyanın hər yerindən turist axınına imkan yaradacaqdır.
Keçən ilin sentyabrında ölkə başçısının
Gədəbəy-Novosaratovka-Qaravəlilər
avtomobil yolunun tikintisi ilə bağlı sərəncamı
oldu. Heç bilirsiniz, adamlar
necə sevinirdilər?!
Zarafat deyil, 56 kilometr uzunluğu olan bu yoldan
Gədəbəy əhalisinin
az qala
70 faizi istifadə edir. İlkin olaraq ayrılmış
3 milyon vəsait hesabına 2012-ci ildə yolun 10 kilometri asfaltlaşdırıldı. Ötən ilin sonlarında yolun tikintisini davam etdirmək üçün
respublika Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə
qalan vəsait ayrılmış və bunun hesabına yolun 7,4 kilometri
də asfaltlaşdırılmışdır.
Şəhərin su, kanalizasiya sistemini yaxşılaşdırmaq
üçün xüsusi
layihə hazırlanıb
və yaxın vaxtlarda həyata keçiriləcəkdir. Gədəbəyin elə bir kəndi
qalmayacaq ki, təbii qaz almasın. Körpülər, yollar tamamilə
yenidən qurulacaq və hazırda qurulur. Arıxdam kəndində Çolpan
çayı üzərində
aşırımı 84 metr
olan yeni körpünün tikintisi
davam etdirilir. Rayonun girişində, Xarxar
kəndi ərazisində
yolun hər iki tərəfində istinad divarlarının tikilməsi və öz əzəmətinə,
nəhəngliyinə görə
Azərbaycanda ikinci olacaq bir körpünün
tikintisi Gədəbəyin
həyatında mühüm
hadisə kimi dəyərləndirilir. Biz inşaatçıların
çox böyük həvəslə və gərgin işlədikləri
həmin obyektə baş çəkdik və düzü, belə bir qənaətə
gəldik ki, bu gün Gədəbəydə
iş görən hər bir kəs
sevinir və ondan hədsiz qürur hissi keçirir. Bax, elə bunun
özü göstərir
ki, Gədəbəy hər kəsin ürəyindədir, qəlbindədir.
Şəhərdəki Heydər Əliyev parkının girişi yenidən inşa olunur, ətrafda geniş abadlıq, quruculuq işləri aparılır, yaşıllıqların,
gül və çiçək kollarının
sayı artırılır,
səkilər düzəldilir. Ötən
həftə park və
onun ətrafında keçirilən ümumşəhər
iməciliyində xeyli
iş görülüb,
ərazi daha cəlbedici olub. Bir qədər aralıda ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü və
köməyi ilə inşa olunan aşıq musiqi məktəbinin binası,
onun qarşısında
ucaldılan Aşıq
Ələsgərin orijinal
abidəsi diqqəti cəlb edir. Əks istiqamətdə, yolun o biri tərəfində
rayon məhkəməsinin yenicə
istifadəyə verilmiş
binası görünür.
Qeyd edək ki, indiyədək
Gədəbəydə inzibati,
ictimai çoxmərtəbəli
binalar, demək olar ki, yox
dərəcəsində olub.
Amma indi onların sayı ilbəil, hətta aybaay artır. Özü də bu binalar öz orijinallığı, klassik
memarlıq üslubu ilə seçilir.
“Ana” xatirə kompleksində
aparılan əsaslı
yenidənqurma işləri
diqqətimizi cəlb etdi. Parkın lap yaxınlığında yerləşən kompleks öz görkəmini dəyişir.
Gədəbəyin əsas girişi hesab edilən Heydər Əliyev prospekti tamamilə yenidən qurulur. Əvvəla, buradakı primitiv tikililər ləğv olunmuş, onların yerində, bir qədər aralıda müasir üslubda obyektlər inşa olunmuşdur. Prospektdəki binaların, o cümlədən
Mədəniyyət evinin,
dördmərtəbəli inzibati
binanın və digər tikililərin fasadları yeni müasir tərtibatda təmir olunub, şəhərin giriş
hissəsi abadlaşdırılıb.
Prospektdəki istinad divarları
yeni tərtibatda üzlük daşlarla işlənir, ticarət obyektlərinin dam örtükləri
və istinad divarları yenidən qurulur və bunlar şəhərə
xüsusi gözəllik
gətirir. İndiyədək 15-dək
belə tikili qaydaya salınıb.
Yuxarıda qeyd etdiyimiz kimi, yeni binaların
inşasına xüsusi
diqqətlə yanaşılır
və bu iş tamamilə rayon icra hakimiyyətinin nəzarətindədir. Rayon mərkəzində Heydər
Əliyev Mərkəzinin
və Bayraq Meydanının, qaz istismarı sahəsi və Fövqəladə Hallar Nazirliyi rayon şöbəsinin inzibati
binalarının da tezliklə inşa olunması bu sahədə ümumi mənzərəni xeyli dəyişdirəcəkdir.
Ölkə Prezidentinin 2009-cu il mayın 26-da Gədəbəyə ikinci
səfəri zamanı
bir sıra obyektlərin təməli
məhz onun xeyir-duası və iştirakı ilə qoyulmuşdur. Onlardan biri də adını çəkdiyimiz
aşıq musiqi məktəbidir. Bu möhtəşəm obyekt,
o cümlədən Gədəbəy
mineral sular istehsalı
MMC, eləcə də
“Halal qida” MMC-nin kartofsaxlama anbarı istismara tam hazırdır. Dövlət
Proqramına uyğun olaraq hazırda rayonun 180 şagird yerlik 1 saylı Qoşabulaq, 180 şagird yerlik Samanlıq və 480 şagird yerlik Arıxdam kənd tam orta məktəblərində tikinti
işləri davam etdirilir. Bu il həm də Moruxlu və İsalı kənd tam orta məktəblərinin
tikintisi nəzərdə
tutulur.
...Gədəbəydə elə
bir sahə yoxdur ki, unudulsun,
qayğıdan, diqqətdən
kənarda qalsın. Ən maraqlı və təqdirəlayiq haldır
ki, bu işlər
bilavasitə rayon icra hakimiyyətinin nəzarəti
və köməyi ilə həyata keçirilir. Rayon icra
hakimiyyətinin başçısı
Ramiz Yediyarov söhbət zamanı dedi ki, biz hamımız
icraçıyıq. Bu böyük işlərin
arxasında ölkə
rəhbərimiz cənab
İlham Əliyev dayanır. Bizi ruhlandıran, həvəsləndirən
də cənab Prezidentimizin Gədəbəyə
və gədəbəylilərə
diqqəti və qayğısıdır.
Hamlet QASIMOV
Xalq qəzeti.- 2013.- 5 iyun.- S. 6.