Nəsimi rayonunda dюvlət
qulluqçularının peşə bayramı qeyd edildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 may 2006-cı il tarixli sərəncamı ilə 23 iyun юlkəmizdə Dюvlət Qulluqçularının Peşə Bayramı Günü kimi qeyd edilir.
Bu əlamətdar gün münasibətilə Nəsimi rayonunda tədbir keçirilmişdir. Tədbiri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev açaraq dюvlət qulluqçularını təbrik etmiş və onlara fəaliyyətlərində uğurlar arzulamışdır. Natiq bildirmişdir ki, ümummilli liderimiz Heydər Əliyevin юlkəmizə rəhbərlik etdiyi dюvrdən başlayaraq dюvlət idarəetmə sisteminin təkmilləşdirilməsi, çevik və işgüzar idarəetmə strukturunun yaradılması, icra hakimiyyəti orqanlarının funksional vəzifələrinin müəyyən edilməsi məqsədilə xeyli işlər gюrülmüşdür. Bütün sahələrdə olduğu kimi dюvlət qulluğunun da müasir tələblər səviyyəsində təşkili, onun təkmilləşdirilməsi daim diqqət mərkəzində duran məsələlərdən biri olmuşdur. Dюvlət qulluğunu tənzimləyən əsas sənəd 2000-ci ilin iyulunda ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanıb qəbul edilmiş “Dюvlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunudur. Məhz bu qanun qəbul edildikdən sonra Azərbaycanda müasir dюvlət qulluğu ənənələri təşəkkül tapmağa başlamışdır. Bu mühüm sənəd юlkəmizin idarə olunmasına, müstəqilliyimizin mюhkəmləndirilməsinə, düzgün kadr siyasətinin aparılmasına, dюvlət qulluqçularının cəmiyyətdəki yerini, onların hüquq və vəzifələrini müəyyənləşdirilməsinə xidmət gюstərir.
Nəsimi Rayon İcra Hakimiyəti sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şюbəsinin müdiri Nazim Quliyev məruzə ilə çıxış etdi. O dedi ki, dюvlət qulluqçularının fəaliyyəti daim ictimaiyyətin diqqət mərkəzindədir. Dюvlət qulluqçusu юz fəaliyyətində humanizm və sosial ədalət priniplərinə əsaslanan mənəvi normaları rəhbər tutmalıdır.
“Dюvlət qulluğu haqqında” Qanunun, bu istiqamətdə qəbul edilmiş digər normativ-hüquqi aktların əsas tələbi də budur. Dюvlət qulluğunda olmaq dюvlətin, millətin, cəmiyyətin qulluğunda olmaq deməkdir. Mənəvi saflıq, vicdanlılıq və təmənnasızlıq dюvlət qulluğunda başlıca meyarlardır.
Sonra məruzə ətrafında çıxışlar oldu. Dюvlət qulluğunda fərqlənən bir qrup əməkdaş mükafatlandırıldı.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev yekun çıxışını etdi.
Ayaz HƏMİDOĞLU
Xalq qəzeti.- 2013.- 23 iyun.- S. 7.