Türk mənşəli erməni soyadları” kitabı haqqında düşüncələr

 

Mövzusuna görə çox aktual olan bu tədqiqat əsərinin nəşri, əslində, xeyli gecikmişdir. Nədənsə, biz həmişə gecikirik, yaxşıca zərbə aldıqdan sonra ayılırıq. Amma müharibə, döyüş, mübarizə bunu sevmir, əksınə, döyüşdə zərbəni birinci gərək sən vurasan. Birinci zərbənin gücü, ağrısı, onun mənəvi sarsıntıları da çox olur.

Əlbəttə ki, mənim bu giley-güzarlı iradlarımın müəlliflərə bir o qədər də aidiyyatı yoxdur, əslində, onlar çox sağ olsunlar ki, belə vacib mövzuya müraciət etmişuzun illər erməni daşnaklarının yelbeyin siyasətinin fəsadlarına məruz qalan azərbaycanlılara, türklərə (elə ermənilərinin  özlərinə də) ermənilərin bir millət olaraq kimliyini tanıtmaqda daha mühüm bir addım atmışlar. Mənim iradlarım isə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunadır. Dünyanın müasir siyasi ab-havası şəraitində bu qəbildən, yəni dil ilə (dil vasitəsilə) bağlı olan mövzuları işləyib dünya ictimaiyyətinə göstərmək çoxdan bu institutun vəzifə borcuna çevrilməli idi.

Məsələ bundadır ki, biz dost və düşmənlərimizi hələ də yaxşı tanımırıq, buna görə də gözlənilməz çətinliklərlə üzləşırik. Ancaq erməni bizi bizdən daha yaxşı tanıyır. Yaxşı xatırlayıram, SSRİ dövründə - xüsüsən də ötən əsrin 60-cı illərindən başlayaraq ermənilər gizli, lakin mütəşəkkil şəkildə antitürk, antiazərbaycan fəaliyyətlərini get-gedə gücləndirirdilər. Ermənistanın ermənilər yaşayan hansı yerinə yolumuz düşərdisə, biziAra, hayes, turkes?” sualı ilə qarşılayardılar. Biz isə bu sual qarşısında özümüzü təhqir olunmuş sayır və sadəlövhlüklə tezcavab verirdik ki, “biz türk deyilik, azərbaycanlıyıq”.

Oxucular qınamasınlar, mən özümün məktəbli olduğum illərdən danışıram və bizim verdiyimiz cavablar da məktəbli cavabları idi: sovet antitürk təbliğatı öz işini çoxdan görmüşdü, bu, bizim iliyimizə hopdurulmuşdu.

Biz millət kimi, tarix boyu çox təvazökar, bir az da utancaq, qarşısındakı günahkarı tez bağışlayan, onun məkirli hiylələrinə əhəmiyyət verməyən, pisliklərini tez unudan, insanlıq xatirinə çox məsələlərlə barışan olmuşuqçox təəssüflər olsun ki, indi də beləyik, hələ tam ayılmamışıq. Bu, heç də yaxşı xasiyyət deyil. Bu xasiyyətlə məkirli düşmənə qarşı mübarizə aparmaq olduqca çətindir. Əslində, belə olmamalıdır; dostu da, düşməni də yaxşı tanımalısan, hər biri haqqında yaxşı-pis nəyi varsa, vaxtında üzünə deməyi bacarmalısan, qoy o özübilsin ki, sən onu onun özündən də yaxşı tanıyırsan.

Həmçinin nəzərə alınmalıdır ki, müasir dövrün mübarizə vasitələrindən biri, bəlkə də ən mühümü, birincisi təbliğat mübarızəsidir. Erməni məhz bu vasitədən  daha çox bəhrələnir. Bu yolla o həmişə öz yalanlarını dünyaya həqiqət kimi təqdim etməyə can atmış və çox vaxt buna nail olmuşdur; yalan o qədər ayaq tutub yerimişdir ki, onun qarşısında bizim tam tarixi faktlara və dəlillərə söykənən real gerçəklik haqqındakı təqdimatlarımıza belə, dünya ictimaiyyəti şübhə ilə yanaşır, çünki ilkin təbliğat - erməni təbliğatı yalan olsa belə, artıq öz işini görmüş, təsirini göstərmişdir.

Bu baxımdan Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr olunmuşTürk mənşəli erməni soyadları” kitabı (müəlliflər: Hüseyn İsmayılov, Əziz Ələkbərli və Elbrus Qaraqoyunlu, Bakı, “Nurlan nəşriyyatı”, 2011) olduqca vacibaktual bir mövzuya həsr edilmişdir. Bu təşəbbüsə görə müəlliflər heyəti alqışlara layiqdir.

Kitabı  böyük maraqla oxudum, bütövlükdə bəyəndim,  lakin kitabın gələcəkdə daha geniş və mükəmməl nəşrə hazırlanacağı barədə annotasiyadan oxuduqlarım bu qeydləri yazmağa məni vadar etdi. Fikirləşdim ki, gələcək nəşrin daha mükəmməlliyi üçün bəzi məqamları nəzərə çatdırmaq işin xeyrinə olar.

Lakin əvvəlcə, bir neçə kəlmə ilə kitabın məziyyətləri barədə söhbət açmaq istəyirəm.

Kitabda 434 türk mənşəli erməni soyadının (familiyasının) geniş və sanballı izahı verilmiş, onların hər birinin türk-azəri mənşəli olması tarixi mənbələrə və tanınmış türkoloq alimlərə, o cümlədən erməni tədqiqatçılarına istinad olunmaqla, elmi dəlillərlə təsdiqlənmiş və tam sübuta yetirilmişdir. Sadalanan soyadların bir çoxunu daşıyan tanınmış ermənilərin - peşə və əmək adamlarının, elm və incəsənət xadimlərinin adları elə yerindəcə göstərilmişdir. Məsələn, Allahverdyan soyadına verilmiş izahın sonunda göstərilir: “Azərbaycan SSR xalq artisti, mügənni N.Allahverdyan bu soyadı daşıyırdı” (səh 24). Eləcə də Cavadyan soyadına aid izahın sonunda bildirilir: “Dağlıq Qarabağdan olan Sosialist Əməyi Qəhrəmanı Z.B.Cavadyan bu soyadı daşımışdır” (səh 81)...

Azərbaycan və türk dilində müxtəlif mənalı sözlərdən, ən çox da peşə bildirən sözlərdən əmələ gəlmiş erməni soyadlarının izahı da dolğun verilmişdir. Belə ki, müəlliflər bu cür soyadlarının əsasını təşkil edən Azərbaycan-türk mənşəli sözlərin ermənicə tərcüməsini də verərək, erməni dilindəki həmin qarşılıq sözündən erməni soyadı yaradılmadığını xüsusi vurğulamışlar. Məsələn, Çörəkçyan soyadının izahı belə bir sonluqla yekunlaşır: “Çörək ermənicə hats, çörəkçi isə hatsaqordz deməkdir, lakin ermənilər arasında HatsyanHatsaqordzyan soyadları yoxdur” (səh 89).

Həmçinin Quşçyan soyadının şərhində bildirilir ki, quşçu sözü ermənicə trçnabah deməkdir, lakin ermənilərdə Trçnabahyan soyadı yoxdur (səh 151).

Əlbəttə, deyə bilərik ki, soyadlarının müəyyən bir qismi özünün azəri-türk mənşəliliyini heç bir elmi şərh olmadan da büruzə verirbu, böyük çoxluq tərəfindən asanlıqla anlaşılır; erməni bunu nə qədər gizlətməyə, ört-basdır etməyə çalışsa da, bacarmaz, çünki “cidanı çuvalda gizlətmək olmaz”.

Müqayisə üçün görkəmli sovet tədqiqatçı-türkoloq alimi Nikolay Aleksandroviç Baskakovun tədqiqatlarına müraciət edək. AliminRusskie familii turkskoqo proisxojdeniye” kitabında cəmi 300 (üç yüz) familiyadan bəhs edilir. Nəzərə alsaq ki, o boyda Rusiyada çoxmilyonlu (iki yüz milyona yaxın) ruslar arasında cəmi üç yüz türk mənşəli rus familiyasından söhbət gedir, lakin Ermənistan kimi kiçik bir ölkədə vur-tut bir neçə milyonluq ermənilərin isə dörd yüz otuzdan çox (müəlliflərin fikrincə, bu, son rəqəm deyildir) azəri-türk mənşəli erməni soyadından danışılır.

Daha bir müqayisəni diqqətə çatdırmaq olduqca vaçibdir.  N.A Baskakovun araşdırmalarına görə, türk-tatar mənşəli rus familiyalarının yaranması - müxtəlif dövrlərdə (yüzilliklərdə) mənşəcə türk (tatar) olan şəxslərin Rusiyada dövlət qulluğunaya rus ordusunda məsul vəzifələrə qəbul edilməsi ilə əlaqədardır. Vəzifəyə irəli çəkilmiş bu şəxslər sonralar rus ailələri ilə qohumlaşmış, getdikcə tamamılə ruslaşmış və demək olar ki, həmin şəxslərin törəmələrində türklük tədrıcən əriyərək yox olmuş, onlardan yalnız quru ad (soyad-famılıya) qalmışdır.

Lakin bu quru soyadın özünün qalması, yaşaması da təsadüfi deyildir, təbii ki, həmin ad sahibinin yaşadığı cəmiyyətdə böyük nüfüz, şan-şöhrət qazanması, dərin hörmətə layiq olması, törəmələri üçün qürur və fəxr mənbəyinə çevrilməsidir ki, bu familiyalar bu günrus xalqı arasında fəxrlə, qürurla yaşayır, öz şan-şöhrəti ilə, məşhurluğu ilə seçilir; bu, bizim üçün də fəxrdir!

Amma ermənilərdəki Azərbaycan — türk mənşəli soyadların yaranması yolu isə tamamilə başqadır. Burada söhbət sırf azəri-türk mənşəli adam adlarının (Azad, Əziz, Cavad), peşə adlarının (dəllək, zurnaçı, dəvəçi), bəzi halarda da müxtəlif mənalı sözlərin (daş, topal, şəkər) heç bir əsas olmadan mənimsənilməsindən gedir. Bunun da kökü ona bağlıdır ki, erməni dilində ad (soyad) yaratma imkanları olduqca məhduddur, zəifdir; bu da dilin yoxsulluğuna dəlalət edir.

Kitabda yalnız bir soyadın - Mamikonyan familiyasının yaranması türk mənşəli Mamuk adlı şəxsin üçüncü yüzillikdə erməni tərəfə keçməsi ilə əsaslandırılır (səh 156). Qalan bütün hallarda azəri-türk mənşəli sözlərin (adların) birmənalı şəkildə mənimsənilərək erməni dilindəki familiya bildirən -yan şəkilçısinin artırılması ilə əmələ gəldiyi canlı fakt kimi göz qabağındadır.

Biz çox zaman tanınmış erməni şəxsiyyətlərinin daşıdıqları azəri-türk mənşəli Allahverdyan, Tarverdyan, Babacanyan kimi çoxlarımıza məlum olan populyar bir neçə soyadı tez-tez eşitdiyimizdən bunların tək-tük hal olmasını zənn etmişik; haradan biləsən ki, erməni Camal, Cəlal, Xanlar, Sərdar, Nəriman, Nəsib, İslam, Mirzə, Mədət, Mərdan, Murad, Osman, Qasım, Şahbaz, Şahin kimi saysız-hesabsız adlarımızı mənimsəyərək özününküləşdirəcəkdir?! Buna deyərlər: “nə yoğurdu, nə yapdı, hazırca kökə tapdı”.

Kitabda ön söz kimi təqdim olunan “Erməni soyadları ermənilərin tarixi kimliyinin güzgüsüdür” başlıqlı yazı (bizim şərhimizdə bu başlıq “ön sözkimi gedəcəkdir) həcmcə kiçik olsa da, məzmun dolğunluğu ilə seçilir. Bu qısa mətndə ermənilərin milli mənşəyi, tarixi keçmişi - hibridliyi, coğrafiyası barədə məlumat verilmiş, eləcə də beynəlxalq aləmdə tanınmış görkəmli tarixi şəxsiyyətlərin ermənilər haqqında tutarlı deyimləri (sitatlar halında) öz əksini tapmışdır. Lakin elə bu yazının özündə bizi qane etməyən bəzi məqamlar vardır ki, iradlarım da elə buradan başlayır.

Ön söz”də M.Abeqyan, M.Aqanbekyan, M.Nalbandyan, K.Patkanyan, Leo, R.Açaryan kimi erməni alim tərəfindən F.Engels, K.Marks, A.Mets, Tasit, V.Z.Veliçko kimi dünya şöhrətli alim və şəxsiyyətlərdən tutarlı sitatları verilir, lakin təəssüf ki, mənbələr göstərilmir.

Doğrudur, bunlardan bəzilərinin (İ.Şopen, V.Veliçko) elmi əsərlərinin adı istifadə olunmuş ədəbiyyat siyahısında verilmişdir, ancaq bilavasitə sitatın altında göstərilməmişdir. Hər bir sitat o zaman təsirli və inandırıcı olur ki, onun mənbəyi yerindəcə və konkret göstərilsin.

Alınma sözlər, həmçinin bunların bir qismi olan alınma adlar (soyadlar) dillər arasında, adətən, qarşılıqlı olur. Bir neçə kəlmə ilə də olsa, göstərilməli idi ki, ermənilərdə bu qədər türk-azəri mənşəli soyad olmasına baxmayaraq, bunun müqabilində azərilərdə, türklərdə erməni mənşəli soyada rast gəlinmir, yaxud rast gəlinirsə, ədalət naminə dəlillərlə, sübutlarla göstərilməlidir.

Mütləq qaydada qeyd olunmalıdır ki, azəri-türk mənşəli sözləri (adam adlarını, peşə adlarını, müxtəlif mənalı sözləri) özlərinə soyad seçməkdə ermənilər məqsədsiz olmamışlar. Bu onların qonşu azərilər, türklər arasında maskalanmaları üçün çox vacib və əhəmiyyətli məsələlərdəndir. Onlar bununla, həm də bizə “yaxın” olduqlarını, hüsn-rəğbət “bəslədiklərini” bildirməyə çalışmış, çox zaman buna nail olmuş və nəticədə bizim axarlı-baxarlı torpaqlarımızda, elə bizim aramızda özlərinə rahat yer tapa bilmişlər. Məhz bu yollarla onlar bizi bizdən yaxşı tanıyırlar.

Bu fikrin davamı kimi onu da qeyd edək ki, Gürcüstanda da yaşayan ermənilərin müəyyən qismi öz soyadlarını gürcüləşdirmişlər. (Mkrtçşvili, Manvelaşvilis.). “Ön söz”də bu barədə şərhi bir qədər geniş vermək lazım idi. Açıqlamaq gərək idi ki, ermənilər tər-təmiz türk-azəri adlarının sonuna familiya bildirən bir -yan şəkilçisi artırmaqla Adilyan, Ağacanyan, Aydınyan, Azadyan, Azizyan, Cavadyan, Camalyan, Calalyan, Cümşüdyan, Sərdaryan, Xanlaryan, İslamyan, Madatyan, Mardanyan, Narimanyan, Nasibyan, Osmanyan, Şahbazyan, Şahinyan... kimi yüzlərlə soyadı özününküləşdirmələri bəs deyilmiş kimi, türk-azəri məişətində o peşə, sənət adı yoxdur ki, ona bir -yan artırıb özlərinə soyad etməsinlər: Bağbanyan, Basdurmaçyan, Çaxmakçyan, Çilinqaryan, Çobanyan, Çörəkçyan, Dallakyan, Damirçyan, Darziyan, Deveçyan, Dolmaçyan, Dudukçyan, Dulqaryan, Xarratyan, Xırmandaryan, Kotançyan, Qaleyçyan, Qırçyan, Quşçyan, Mxçyan, Nalbandyan, Ozanyan, Papaxçyan, Saatsazyan, Sazandaryan, Toxmaçyan, Zurnaçyans.

Burada məntiqi təhlil üçün geniş söhbətə ehtiyac duyulur. Əvvələn onu qeyd edək ki, bu soyadların kökü birmənalı şəkildə türk-azəri mənşəlidir; bir qismində heç bir dəyişiklik edilmədən yalnız -yan artırılmaqla (bağban+yan, xarrat+yan, çoban+yan ozan+yan, saatsaz+yan), bir qismində isə erməni dılində müvafiq hərflər (məs.,-ə,ü) olmadığından bir hərf dəyişməsi ilə (dəllək - dallak+yan, dəmirçi - damirçi+yan, dərzi -darzi+yan, dülgər - dulqar+yan, burada həm də g   q əvəzlənməsi vardır, nalbənd - nalband+yan) düzəlmişdir.

Söhbət təkcə bununla bitmir, ortaya məsələ çıxır: niyə ermənilər bizim peşə adlarını belə əzizləmiş, özlərinə soyad seçmişlər. Bunun məntiqi yozumu budur ki, adları çəkilən peşələr erməninin özündə heç vaxt olmamışdır, bu onların məişətinə yaddır. Onlar bir millət kimi heç vaxt bir yeri özlərinə daimi yurd bilib yığcam ərazidə yaşamamış, ev-eşik sahibi olmamış, öz ağalarının buyruğu ilə vaxtaşırı olaraq bu ölkədən o ölkəyə, o ölkədən bu ölkəyə (Türkiyə, İran, Suriya, Azərbaycan və bu kimi digər ölkələrə) köçürülmüşlər. Əlbəttə ki, bu, onların özlərindən daha çox onları idarə edən ölkələrin marağından irəli gəlir. Tarixən belə həyat tərzi keçirən adamların maldarlıq, əkin-biçin kimi təsərrüfat işləri ilə məşğul olmağa nə marağı, nə də imkanı olmuşdur. Ermənilərin bəxti onda gətiribdir ki, türklər, azərilər kimi əliaçıq, ürəyiyumşaq qonşuları olmuş, onlar da kəndbəkənd, evbəev gəzərək, hansısa bir qapıda bir işə yaramış və ailəsinə gündəlik çörək qazana bilmişlər. Bu növ məşğuliyyətin nəticəsi olaraq yuxarıda adlarını çəkdiyimiz peşələrdən birinə yiyələnmiş, sonralar həmin peşə ilə tanınmış və nəticə etibarilə bu peşəni özlərinə soyad seçmişlər (müasir tələblər baxımından bu soyadı götürməklə, həm də özlərini reklam etmişlər).

Bu da birmənalı başa düşülməlidir ki, həmin peşələr bir millət kimi ermənilərin öz aralarında olsaydı, öz içlərində işlədilsəydi, yəqin ki, öz dillərində də adı olardı, bizbu mənzərənin şahidi olmazdıq.

Çox aktual bir mövzudan bəhs edən müəlliflərə bir daha təşəkkürlərimi bildirməklə qeydlərimi yekunlaşdırır və bildirirəm ki, bu iradlar kitabın yenidaha sanballı nəşrinə kömək məqsədi daşıyır.

 

Sabir QARAQOYUNLU (ƏFƏNDİYEV)

 

Xalq qəzeti.- 2013.- 25 iyun.- S. 7.