Gömrük xidmətinin təkmilləşdirilməsi” layihəsinin imzalanma mərasimi keçirilmişdir

 

Dünən Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramı  və Azərbaycan Hökuməti arasında “Gömrük  xidmətinin təkmilləşdirilməsi” layihəsinin 4-cü mərhələsinin imzalanma mərasimi keçirilmişdir.

İmzalanma mərasimindən öncə  Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Antonius Bernardus Broeki qəbul etmişdir. 

Qonağı səmimiyyətlə salamlayan DGK sədri Aydın Əliyev 1999-cu ilin yanvar ayından icrasına başlanılan BMT İP və Azərbaycan Hökuməti arasındaAzərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Potensialının Gücləndirilməsi və məlumatların ötürülməsi şəbəkəsinin yaradılması” layihəsinin uğurla davam etdiyini məmnunluqla xatırlamış,  bu layihənin avtomatlaşdırılmış idarəetmə sisteminin yaradılması sahəsində gömrük xidmətinin inkişafına olduqca müsbət təsirindən danışmışdır.

Komitə sədri xalqımızın ümummilli lideri Heydər Əliyevin bu sahəyə göstərdiyi qayğı nəticəsində Azərbaycan gömrük xidmətinin informasiya-kommunikasiya texnologiyalarının tətbiqi  ilə bağlı həyata keçirdiyi işlərin real nəticələrlə müşahidə olunduğunu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin birmənalı olaraq İKT-nin tətbiqinə dəstək verdiyini, məhz dövlət başçısının müvafiq sərəncamı ilə 2013-cü  ilin “İnformasiya-kommunikasiya texnologiyaları ilielan olunduğunu məmnunluq hissi ilə dilə gətirmişdir.

Birgə gerçəkləşdirilən layihələrin bütövlükdə BMT İnkişaf Proqramının Dövlət Gömrük  Komitəsinə xüsusi diqqət və qayğısının təzahürü kimi qiymətləndirən Aliyev bu gün imzalanacaq növbəti mərhələnin Azərbaycan Respublikasının gömrük ərazisində tranzit yüklərin daşınmasına avtomatlaşdırılmış nəzarət və idarəetmə sistemi üzrə planlaşdırılan fəaliyyətin inkişafına layiqli töhfə verəcəyinə əminliyini ifadə etmişdir.

Xoş sözlərə səmimi qəbula görə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevə təşəkkürünü bildirən  BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Antonius Bernardus Broek müstəqil Azərbaycanın gömrük orqanlarının inkişaf tendensiyasından razılığını ifadə etmiş, BMT İnkişaf Proqramı ilə gömrük xidməti arasında əməkdaşlığı yüksək qiymətləndirmişdir. BMT İnkişaf Proqramının Azərbaycan Gömrük Xidmətinə yardımını bundan sonra da əsirgəməyəcəyini bildirən qonaq  ümumiyyətlə, mövcud olan sıx səmərəli münasibətlərin daimi olacağına əminliyini ifadə etmiş, əməkdaşlığın gələcək perspektivlərindən danışmışdır.

Görüşdən sonra Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı Azərbaycan Hökuməti arasındaGömrük  xidmətinin təkmilləşdirilməsilayihəsinin 4-cü mərhələsinin imzalanma mərasimi keçirilmişdir. Sənədi Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev və BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Antonius Bernardus Broek imzalamışlar.

Məlumat üçün bildirək ki, bu layihənin əsas məqsədi Azərbaycan Respublikasının gömrük ərazisində daşınan yüklərin hərəkətinə nəzarət etməkdən ibarətdir. Bu sistem vasitəsilə sərhəd gömrük buraxılış məntəqələrindən ölkə ərazisinə idxalya tranzit rejimində daxil olan yük daşıyan avtomobillər xüsusi Mexaniki-Elektron kilidlə bağlanacaqbu kilidlər  GPS sistemi ilə təmin olunduğu üçün yükün təyinat gömrük orqanına çatana qədər nəzarət edilməsinə imkan verəcəkdir. Sistem vasitəsilə yükü göndərən gömrük orqanı ilə təyinat gömrük orqanı arasında tranzit yüklərin daşınmasında hərəkət marşrutundan çıxan faktların qarşısı alınacaq, eyni zamanda ölkə ərazisində gömrük nəzarəti altında yerləşdirilmiş mal və nəqliyyat vasitələri üzrə qaçaqmalçılıq faktlarının qarşısı alınacaqdır.

 

İ.NİZAMİOĞLU

 

Xalq qəzeti.- 2013.- 6 iyun.- S. 2.