Xəstə
ürəklərə həyat verən şəfalı əllər
Örnək gənclərimiz
May ayının 17-19-da Azərbaycan Ürək-Damar Cərrahiyyəsi
Cəmiyyəti tərəfindən ümummilli
lider Heydər Əliyevin anadan
olmasının 90-cı ildönümünə həsr olunmuş “Bakı Ürək Günləri”
3-cü beynəlxalq konqresi nümayəndələri
arasında Köln Universitetinin
professoru, kardioloq Natiq Həsənov da
iştirak edirdi.
N. Həsənov söhbətimizin əvvəlində “Bakı Ürək Günləri” 3-cü beynəlxalq konqresi ilə bağlı təəssüratını bölüşdü. Bildirdi ki, Azərbaycanda kardioloqların və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə təcrübə mübadiləsi aparmaq və tibb elminin bu sahədəki yeniliklərini müzakirə etmək baxımından sözügedən konqresin mühüm əhəmiyyəti şübhəsizdir. Eyni zamanda, inanıram ki, dünyanın müxtəlif ölkələrindən tanınmış kardioloqların konqresdə iştirakı Azərbaycanda səhiyyə sahəsinin yüksək səviyyədə olmasının göstəricisidir. Etiraf edək ki, belə tədbir həm də azərbaycanlı mütəxəssislərin beynəlxalq təcrübədən yararlanmalarına şərait yaradacaq, Azərbaycanın uğurlarının təbliği işində mühüm rol oynayacaqdır.
N. Həsənov daha sonra dedi:
– Azərbaycandan çox-çox
uzaqlarda yaşasam da,
daim ürəyim
bu torpaqla döyünür. Respublikanın hər bir uğuru
məni sevindirir, fərəhləndirir. Bütün sahələrin,
o cümlədən səhiyyənin
inkişafından qürur
hissi duyuram. Müşahidələrimə əsaslanıb deyə
bilərəm ki, bu gün Azərbaycanda
əhalinin sağlamlığının
qorunması, tibbi xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması
həyata keçirilən
sosial-iqtisadi siyasətin
başlıca istiqamətlərindən
biri kimi dövlətin daim diqqət mərkəzindədir.
Azərbaycanda son illər
iqtisadiyyatın yüksək
dinamik inkişafı səhiyyə sahəsinə
də öz müsbət təsirini göstərmiş və bu sahədə aparılan islahatlar nəticəsində əhalinin
sağlamlığının qorunması istiqamətində
bir sıra mühüm işlər reallaşdırılmışdır. Bakıda və respublikanın rayonlarında beynəlxalq
standartlara cavab verən yeni tibb müəssisələri,
müasir avadanlıqla
təmin olunmuş müalicə-diaqnostika mərkəzləri
istifadəyə verilmişdir.
N. Həsənovun sözlərinə
görə, məhz ümummilli liderimiz Heydər Əliyevin səhiyyə sahəsindəki siyasətinin
məntiqi davamı olaraq cənab Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqət ayırması Azərbaycanda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin
sürətli inkişafına
səbəb olmuşdur.
Kardiologiya və ürək-damar
cərrahiyyəsinin inkişafına
töhfə olan və indiyədək üç dəfə keçirilən “Bakı Ürək Günləri”
konqresinə beynəlxalq
aləmin diqqətinin
artması isə Azərbaycanın, onun dövlət başçısının
doğru yolda olduğunun, düzgün sosial siyasət yeritdiyinin bariz göstəricisidir.
N. Həsənov bildirdi ki,
konqresin ən
mühüm cəhətlərindən
biri o oldu ki, azərbaycanlı kardioloq və kardiocərrahlara dünyanın tanınmış,
zəngin təcrübəyə
malik mütəxəssislərilə
bu sahədəki ən son nailiyyətləri
müzakirə etmək
imkanı yarandı. Təşkil edilmiş sosial proqramla, xüsusilə, əcnəbi
qonaqlar Azərbaycanın
zəngin tarixi və mədəni irsilə tanış
olmaq imkanı əldə etdilər.
Professorun
qənaətincə, dünyada
ürək-damar xəstəliklərinin
artdığı və
cavanlaşdığı indiki
dövrdə belə bir tədbirin Azərbaycanda keçirilməsi
xüsusi əhəmiyyət
kəsb edir. Eyni zamanda, Azərbaycanın cərrahi
əməliyyatlar sahəsində
Avropa ölkələrindən
geri qalmadığını
və artıq regionun ürək-damar xəstəliklərinin müalicə
mərkəzinə çevrildiyini
göstərir.
Almaniyada elmi-tədqiqatları ilə
böyük nüfuz qazanan professor N. Həsənov
ingilis, alman dillərində 70-dən çox
məqalənin, 10-dan çox
kitabın müəllifidir. Elmi axtarışlarını
bu gün də uğurla davam etdirir.
N. Həsənov söhbətimizdə
maraqlı bir məqama da toxundu. Qeyd etdi ki, müdrik rəhbər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra
diaspor anlayışı
xaricdə yaşayan soydaşlarımızın da
leksikonuna daxil olmuş, düşüncələrdə
yeni məna kəsb etməyə başlamışdır.
Hamımız yaxşı bilirik
ki, bu dahi
şəxsiyyət xarici
dövlətlərə bütün
səfərlərində həmvətənlərimizi
arayıb axtarır, onlara xalqımızın azadlıq mübarizəsindən,
müstəqilliyimizin bəhrələrindən,
Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin
səbəblərindən söhbət
açır, soydaşlarımızı
birliyə, həmrəyliyə
çağırırdı.
“Mən hər bir azərbaycanlının
Prezidentiyəm” prinsipini
rəhbər tutan cənab İlham Əliyev də xalqımızın birliyininin,
həmrəyliyinin təmin
olunması sahəsində
ulu öndərin irsini uğurla davam etdirir. Sevindirici haldır
ki, Azərbaycanda diaspor quruculuğu hazırda dövlət siyasətinin tərkib hissəsinə çevrilmişdir.
N. Həsənov söhbət
zamanı onu da qeyd etdi
ki, uzaq Almaniyada yaşayan azərbaycanlılar yaxşı
bilirlər ki, Azərbaycanda
səhiyyənin inkişafında Heydər Əliyev Fondunun da fəaliyyəti mühüm önəm daşıyır. Bu, bir faktdır ki, Mehriban xanım Əliyevanın çoxşaxəli
fəaliyyəti bəşəriyyətin
xilasına yönələn
milli-mənəvi idealların
cəmiyyətdə daha
möhkəm əsaslarla
intişar tapmasına, ictimai şüura hakim kəsilməsinə
yönəlmişdir. Bu kontekstdə fondun genişmiqyaslı xeyirxahlıq
missiyası həyata keçirməsi tamamilə
təbii xarakter daşıyır və bu zaman cəmiyyətin
ən həssas təbəqələri xüsusi
diqqət mərkəzində
yer alır. Heydər Əliyev Fondu cəmiyyətin ən həssas təbəqəsindən hesab
olunan qaçqın
və məcburi köçkün, aztəminatlı
ailələr, uşaq
və internat evlərinin sakinləri ilə sıx təmasdadır.
Fondun diqqətçəkən
cəhətlərindən biri
də səhiyyə sahəsində böyük
layihələr həyata
keçirməsidir. Onların içərisində
“Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız
həyat naminə” layihələri xüsusi vurğulanmalıdır.
Fondun səhiyyə
müəssisələrinin yenidən qurulmasına, fiziki cəhətdən qüsurlu uşaqlar üçün reabilitasiya
mərkəzlərinin inşa
edilməsinə və
müasir avadanlıqla
təchiz olunmasına
xüsusi önəm verməsi təqdirəlayiq
haldır. Sevindirici haldır ki,
bu mötəbər qurum dünyanın bir sıra aparıcı
səhiyyə şirkətləri
ilə əməkdaşlıq
edir. Fondun BMT-nin İnkişaf
Proqramı ilə birgə layihə həyata keçirməsi
onun səmərəli
işinin bariz ifadəsidir.
Professor
N. Həsənov vurğuladı
ki, Azərbaycanın birinci xanımı üzərinə götürdüyü
xoşməramlı missiya
ilə həm də insan hüquqlarının
qorunmasına, vətəndaş
cəmiyyəti ideyalarının möhkəmlənməsinə,
habelə cəza siyasətinin humanistləşdirilməsi
prosesinə öz töhfələrini verir.
Cəmiyyətdə insanpərvərlik və humanizm ideyalarının möhkəmlənməsinə
çalışan Milli
Məclisin deputatı
Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə müxtəlif
vaxtlarda irəli sürülmüş və
geniş ictimai dəstək almış aministiya aktları isə böyük mənəvi-əxlaqi və
siyasi məzmun kəsb edir.
Bütün bunlar ulu öndərin
adını daşıyan
fondun Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkədə və dünyada mühüm nəcib missiyalar yerinə yetirdiyini, eyni zamanda, Azərbaycanın
bəşəri miqyasda
tanınmasına, ölkə
haqqında obyektiv ictimai rəyin formalaşmasına kifayət
qədər böyük
töhfələr verdiyini
aydın göstərir.
N. Həsənov 21 ildir ki, taleyini Almaniya
ilə bağlamışdır.
Bu ölkədə yaşayan həmyerlilərimiz
professora həmişə
böyük hörmətlə
yanaşır, uğurlarına
sevinir. Natiq həkim özü
də diaspor fəaliyyətindən kənarda
qalmır, əməli,
işi ilə Azərbaycanın, xalqımızın,
el-obasının adını
ucalara qaldırır.
Professor Natiq Həsənov söhbətimizin sonunda dedi:
– Ümummilli liderimizin vurğuladığı kimi,
“Vətən birdir və hamı bu Vətən uğrunda çalışmalıdır”.
Bu gün Vətəndən
uzaqlarda yaşayan hər bir azərbaycanlı
dahi öndərin bu müdrik kəlamını unutmamalı,
Azərbaycan Respublikasının
Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında
sıx birləşməklə
vətəndaş həmrəyliyinə
nail olmalı, Dağlıq
Qarabağ məsələsinin
sülh yolu ilə həllinə, müstəqil Azərbaycanın
daha da çiçəklənməsinə
var qüvvəsilə
çalışmalıdır.
Xalqımız dünya miqyasında sayca ən böyük
xalqlardan biridir. Bizim hamımızın
bir Vətəni var. Azərbaycançılıq və
vahid Vətənə
mənsubluq ideyası
milli təfəkkürümüzün
fenomeninə, varlığımızın
qayəsinə çevrilməlidir.
Müstəqilliyimizi və dövlətçilyimizi
qoruyub möhkəmləndirmək,
Azərbaycanı qüdrətli
bir dövlətə çevirmək hər bir azərbaycanlının
müqəddəs borcudur.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2013.- 6 iyun.- S. 5.