Azərbaycanın xarici işlər naziri ABŞ-ın nüfuzlu “beyin mərkəzləri”nin rəhbərləri ilə görüşmüşdür

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-a səfəri çərçivəsində bu ölkənin nüfuzlu “beyin mərkəzləri”nin rəhbərləri ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Elmar Məmmədyarov Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesi barədə məlumat vermiş, ölkəmizin regiondakı mövqeyindən, Avropanın enerji təminatındakı rolundan, regional inkişaf layihələrindən və təhlükəsizlik məsələlərinə həssas yanaşmasından danışmışdır.

Ölkəmizdə müxtəlif sahələrdə həyata keçirilən islahatlardan bəhs edən nazir Azərbaycan – ABŞ münasibətlərinin və respublikamız ilə NATO arasındakı əməkdaşlığın daha da inkişaf etdirilməsi yollarından söz açmışdır.

Sonda Elmar Məmmədyarov tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırmışdır.

 

Xalq qəzeti.- 2013.- 6 iyun.- S. 5.