IDEA Kampaniyası
Dünya Ətraf Mühitin
Mühafizəsi Gününü qeyd etmişdir
IDEA (International Dialogue for Environmental Action) Kampaniyası 5 iyun – Dünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar “Azərbaycan ekosistemləri və landşaft müxtəlifliyi” mövzusunda interaktiv seminar təşkil etmişdir.
IDEA Kampaniyasından AzərTAc-a bildirmişlər ki, ətraf mühitə və onun qorunmasına xüsusi marağı olan tələbələrin və bu sahədə çalışan müəllimlərin iştirak etdikləri seminar Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən IDEA Resurs Mərkəzində keçirilmişdir.
Tədbirdə ekspert qismində AMEA-nın Zoologiya İnstitutunun informasiya və innovasiya şöbəsinin müdiri, professor Elman Yusifov iştirak etmişdir.
Seminar zamanı Azərbaycanın
landşaftı, fauna və
florası, landşaft
müxtəlifliyinin yaranma
səbəbləri, həmçinin
düzən və dağ landşaftlarının
bitki və canlı müxtəlifliyi
haqqında geniş məlumat verən ekspert qeyd etmişdir
ki, ölkəmiz füsunkar təbiətə,
zəngin bitki və heyvanat aləminə, çox faydalı təbii sərvətlərə malikdir.
Bunların qorunmasında və
gələcək nəsillərə
çatdırılmasında gənclərin böyük
rolu olmalıdır.
Seminar ekspert tərəfindən
söylənilən dəyərli
fikirləri və iştirakçıların maraqlı
müzakirələrini əhatə
etməklə interaktiv
şəkildə təşkil
olunmuşdur.
İyirmidən çox gəncin
iştirak etdiyi, interaktiv şəkildə
keçirilmiş seminar landşaft
müxtəlifliyi, ətraf
mühitin qorunmasının
vacibliyi və s. ilə bağlı aparılan maraqlı müzakirələrlə yadda
qalmışdır.
IDEA Kampaniyası 2011-ci il iyulun 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılmışdır.
Kampaniya ətraf mühitin
qorunması üzrə regional və beynəlxalq
əməkdaşlıq şəbəkəsi quraraq
biomüxtəlifliyin qorunması ilə bağlı
insanları maarifləndirmək istiqamətində müxtəlif
ekoloji layihələr həyata keçirməkdədir.
Xalq qəzeti.- 2013.- 6 iyun.- S. 5.