Türkiyədə Azərbaycan coşğusuya türkün yeni fəthi

 

İzmirin yunan mütəfəkkirləri HomerinHeredotun Vətəni olduğunu, qədim mənbələrdə adının Smirna kimi çəkildiyini, 1422-ci ildə sultan IV Muradın hakimiyyəti dönəmində əbədi olaraq türk torpağı kimi Osmanlı dövlətinin tərkibinə qatıldığını yada salıram. Gözlərim önündə tarixin Osmanlı fəthləri də canlanır. Dünyanın dörd bir yanını əhatə edən bu imperiyaetmişdi? İslamı, türkçülüyü yaymışdı, dünyaya türkün qüdrətini, əzmini isbatlamışdı.

Yaşadığımız XXI əsrin realıqları bu qüdrətin yenidən bəyan edilməsini həyati vacib vəzifəyə çevirib düşünürəm ki, həmin vəzifənin icrasını daha mükəmməl tərzdə reallaşdıran zəka sahibləri var. İzmir səfərimin yaratdığı təəssürat zənginliyini bölüşməyimdə başlıca məramım da o zəka sahiblərinin hansı böyük missiya yerinə yetirdiklərini vurğulamaq, gördükləri işlərin tarixlərə yadigar qalacaq mahiyyətinə az da olsa aydınlıq gətirməkdir.

Osmanlı dönəmini təsadüfən xatırlamadım. qədər ali dəyərlər sistemi formalaşdırmasına baxmayaraq, bütün imperiyalar kimi Osmanlı da süquta uğradı, tarix səhnəsindən silindi. Sonrakı proseslər hamımıza yaxşı məlumdur. Qərb türk varlığını yox etmək avantürasına girişdi nəhəng imperiyanın varisləri Anadoluya doğru sıxışdırıldılar. Yalnız ulu öndər Mustafa Kamal Atatürkün yeritdiyi siyasət əsrlərdən bəri formalaşmış bir dövlətin tamamilə məhvinə sipər çəkdi. Atatürk yeni demokratik Türkiyə dövlətini qurdu. Həmin dövlət çətinliklərə məhrumiyyətlərə sinə gərərək hazırkı inkişaf səviyyəsinə çatdı. Türk dünyasının lideri statusunu qazandı.

Müasir Türkiyə türk dünyasının ən güclü, böyük dövlətidir. Bir türk dövləti olaraq Azərbaycanın da qardaş ölkədən umacaqları çox, gözləntiləri böyükdür. Qlobal dünyanın ağır şərtləri altında siyasi proseslərin mərkəzində dayanan məmləkətdən müəyyən mənada möcüzə gözləyirik. Zənnimcə, bu dövlət adına bir möcüzə artıq var. Yeri gəlmişkən, qədim İzmirə ilk səfərim o mözücənin növbəti təntənəsinə şahidlik məqsədi daşıyırdı. Söhbət Beynəlxalq Türkcə Tədris Dərnəyinin (TÜRKÇEDER) hər il düzənlədiyi Azərbaycan nümayəndə heyətinin yüksək səviyyədə təmsil olunduğu beynəlxalq dil mədəniyyət festivalındanTürkcə Olimpiyatlar kimi tanıdığımız misilsiz təntənə yaşantısından gedir.

Olimpiyatların Türkiyədəki Azərbaycan Dialoq Qardaşlıq Dərnəyinin, Azərbaycanda fəaliyyət göstərənÇağÖyrətim Şirkətinin birgə təşkilatçılığı ilə gerçəkləşən ənənəvi Azərbaycan proqramına hər il ölkəmizdən xeyli sayda qonaq qatılır. Onların içərisində media mənsubları, mədəniyyət, müxtəlif sənət sahələrini təmsil edən şəxslər yer alır. 11-ci türkcə olimpiyatlar çoşğusu da təşrif buyuranların çoxluğu, həmçinin milli mədəniyyətimizi təmsil edənlərin rəngarəng heyrətamiz çıxış proqramları baxımdan istisna deyildi. Mayın 25-də İzmirin Atatürk Açıq Hava Anfiteatrında əsl Azərbaycan bayramı yaşanırdı. HəmÇağÖyrətim, həm Azərbaycan Dialoq Qardaşlıq Dərnəyi bayramın ən yüksək səviyyədə həyata keçməsi üçün əllərindən gələni etmişdilər.

Diqqətinizi bu təşkilatların istər Azərbaycan proqramı, istərsə İzmir Sərgi Mərkəzində Azərbaycan tanıtım lövhəsinin nümayişi üçün sərf etdikləri əməyin əksini tapdığı statistik rəqəmlərə cəmləşdirmək istərdim. 50 min Azərbaycan bayrağının, 50 min üzərində Azərbaycan yazılmış hava şarının, eyni sayda ölkəmizi tanıtma broşürasının, 50 min qoz mürəbbəsinin, 20 min Azərbaycan paxlavasının, 20 min şəkərburanın hazırlanması sair tədbirlər işə təkcə sistemli deyil, eyni zamanda, böyük həssaslıqla yanaşıldığını söyləməyə əsas verir.

Tanıtım lövhəsində ölkəmizin mədəni irsinə məxsus nümunələrdən İçərişəhərin, Qız qalasının, Nizami Gəncəvi məqbərəsinin, Mömümə Xatun türbəsinin, Qoşa qala qapısının digər sənət incilərimizin təbliği məqsədilə qurulmuş maketləri ayrıca vurğulamaq istərdim. Təsəvvür edin, bütün bunlar dünyanın 140 ölkəsindən gəlmiş nümayəndələrin özlərinin tarixi keçmişlərinə aid müxtəlif səhnələri tərənnüm etdirdikləri salonda nümayiş olunurdu. Azərbaycanın tanıtım lövhəsinə marağın daha çox olduğunu görmək isə qürur verirdi. Zənnimcə, Türkiyə türkcə olimpiyatlar kimi möhtəşəm tədbirə ev sahibliyini gerçəkləşdirməklə, mövcud prosesin məziyyətlərinə qatlaşmaqla türk dili mədəniyyətinin yayılması naminə qədər böyük görürsə, Azərbaycan həmin tədbirdə yüksək səviyyədə təmsil olunmaqla həm qardaş ölkənin təşəbbüsünə əməli dəstəyini göstərir, həm ortaq türk mədəniyyətinin daşıyıcısı olaraq özünün ali dəyərlər sisteminə mənsubluğunu ortaya qoyur.

Türkcə olimpiyatlara dünyanın müxtəlif ölkələrindən təşrif buyuran iştirakçılar öz mədəniyyətlərini, adət-ənənələrini nümayiş etdirirdilər. Əvvəldə haqqında söz açdığım gerçək möcüzə isə onların irqindən, dilindən, dini mənsubiyyətindən asılı olmayaraq türk dilində danışmaları, musiqi ifa etmələri, şeir söyləmələri idi. Adama elə gəlir, dünyada türk dilini bilməyən yoxdur. Bəli, görülən işin miqyasına nəzərən bəlli müddətdən sonra bu deyimin tam reallığa çevriləcəyini söyləmək mümkündür. Çünki olimpiyatların timsalında dünyanın özünü tamamən türkcə anlatması üçün olduqca etibarlı zəmin artıq formalaşıb. Mövcud formalaşma prosesində məcburiyyət, asılılıq yox, sevgi səmimilik, bəşəri mərhəmət hissi var. Elə buna görə tarixin Osmanlı fəthlərindən fərqli olaraq, Türkiyənin reallaşdırdığı müasir bilik, düşüncə mədəniyyət fəthi daha dayanıqlı əsaslara malikdir.

Türkiyənin yeni fəthi millətləri köləlikdən qurtarır, onlara öz varlığını, mahiyyətini, keçmişini gələcəyini dərk etməni, mənəvi sağlamlığı, səlist məntiqi, geniş dünyagörüşünü aşılayır. Mövcud dəyərləndirmədə ən başlıca məqam dilin, yəni konkret olaraq türk dilinin Vətənə, torpağa, el-obaya bağlılığı izah edən missiya yerinə yetirməsidir. Doğma yurdu türklər kimi sevmək əzminin müasirliklə çulğalaşdığı, güclü təhsilə, elmə söykənən, bənzəri təkrarı olmayan bu missiyanın Azərbaycandakı təbliğatçısı isə artıq 20 illik fəaliyyət dövrünə malikÇağÖyrətim Şirkətidir.

Nəzərə alaq ki, planetimizin ən müxtəlif bölgələrində fərqli adlarla fəaliyyət göstərənÇağ”lar var. Onların türkçülük naminə yorulmaq bilmədən fəaliyyət göstərən digər qurumların birgə səyləri nəticəsində meydana çıxan türkcə olimpiyatlar başda Türkiyə olmaqla, bütövlükdə, türk dünyasının bəşəriyyətə barış, qardaşlıq dostluq mesajını ən layiqli şəkildə bəyan etdikləri meydandır. Türk dövləti olaraq Azərbaycanın da bu meydanda olması böyük sevinc fəxr doğurur.

 

Əvəz RÜSTƏMOV

 

Xalq qəzeti.- 2013.- 6 iyun.- S. 7.