Görkəmli alim, akademik Əhməd Mahmudovun anadan
olmasının 90-cı ildönümünə həsr edilmiş elmi konfrans keçirilmişdir
Mayın 31-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) görkəmli iqtisadçı alim, akademik Əhməd Mahmudovun anadan olmasının 90-cı ildönümünə həsr edilmiş elmi konfrans keçirilmişdir.
AMEA-nın rəyasət heyətinin qərarı
ilə reallaşan
tədbirdə iştirak edən dövlət
və hökumət nümayəndələri, Milli Məclisin deputatları,
tanınmış elm xadimləri əvvəlcə
foyedə böyük alimin
həyat və elmi fəaliyyətini əks
etdirən Azərbaycan və xarici
dillərdə nəşr edilmiş kitablarla tanış olmuşlar.
Sərgidə fotoşəkillər,
videomateriallar və virtual
görüntülər də təqdim edilmişdir.
Konfransı giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirmişdir ki, Əhməd Mahmudov Azərbaycan iqtisad elminin formalaşmasında, inkişafında, iqtisadçı kadrların hazırlanmasında əvəzsiz xidmətləri olmuş və 25 il Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutuna uğurla rəhbərlik etmişdir. Görkəmli alim 200-ə yaxın elmi əsər - monoqrafiya, tədris vəsaiti, məqalələr nəşr etdirmişdir. Əhməd Mahmudovun iqtisadiyyat və onunla bağlı sahələrdəki araşdırmaları nəinki respublikamızda, eləcə də dünyanın ən nüfuzlu elm mərkəzlərinin yerləşdiyi xarici ölkələrdə yüksək qiymətləndirilir.
Akademik Əhməd Mahmudovun Azərbaycanın uzunmüddətli perspektivi üçün elmi-texniki tərəqqinin kompleks proqramının tədqiqinin təşkilində və əlaqələndirilməsində Azərbaycan Elmlər Akademiyasının və keçmiş respublika Dövlət Plan Komitəsinin elmi-texniki tərəqqi və sosial-iqtisadi proqnozlaşdırma problemi üzrə komissiyasının sədr müavini və eləcə də, 300-dən çox nazirlik, idarə, elmi-tədqiqat institutlarının, ali məktəblərin və müəssisələrin elmi-tədqiqat işlərini əlaqələndirən baş təşkilatın - Azərbaycan SSR İqtisadiyyat İnstitutunun rəhbəri kimi böyük xidmətləri olmuşdur.
Konfransda akademik Əhməd Mahmudovun elmi-pedaqoji fəaliyyəti haqqında məruzə ilə çıxış edən Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə qeyd etmişdir ki, alimin elmi axtarışlarında aqrar sənaye inteqrasiyası, əmək ehtiyatlarının səmərəli istifadə edilməsi, əmək məhsuldarlığının yüksəldilməsi, təsərrüfat hesablı problemlərin tədqiqi məsələləri də əhəmiyyətli yer tutur.
Vurğulanmışdır ki, elmin inkişafı sahəsində mühüm xidmətlər göstərmiş alimin müəllifi olduğu kitablar, monoqrafiyalar, dərsliklər uzun illərdir ki, tələbə, alim və oxucular tərəfindən dəyərli elmi vəsait kimi istifadə edilir. Onun bir sıra əsərləri xarici ölkələrin nüfuzlu elmi jurnallarında nəşr edilmişdir. Akademikin İqtisadiyyat İnstitutuna rəhbərliyi dövründə 300-dən artıq doktorluq və namizədlik dissertasiyası müdafiə olunmuşdur.
Bildirmişdir ki, ötən əsrin 70-80-ci illərində respublikanın ictimai-siyasi və sosial-iqtisadi həyantının bütün sahələrində baş verən yüksəliş dövründə kənd təsərrüfatı ilə bağlı elmi axtarışlar inkişafla yanaşı addımlamalı, daha yeni və müasir elmi-praktik tədqiqat nəticələrini ortaya qoymalı idi. Ulu öndər Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildiyi, respublikanın ictimai-siyasi və iqtisadi həyantında köklü dəyişikliklər aparıldığı, iqtisadiyyatın, o cümlədən kənd təsərrüfatının yenidən qurulmasına başlanıldığı həmin dövrdə Əhməd Mahmudovun rəhbərlik etdiyi İqtisadiyyat İnstitutu xalq təsərrüfatının dinamik inkişaf etməsi istiqamətində qarşısına qoyulmuş vəzifələrin öhdənsinndən uğurla gəlmişdir. İnstitutun elmi tövsiyələri resnpublikanın müvafiq dövlət qurumnları tərəfindən iqtisadiyyatın müxtəlif sahələri üzrə qərarların qəbul edilmənsində mühüm rol oynamışdır.
Tədbirdə AMEA-nın İqtisad İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor İsa Alıyev “Əhməd Mahmudov görkəmli rəhbər kimi” mövzusunda məruzə ilə çıxış etmişdir.
Məruzəçi bildirmişdir ki, akademik Əhməd Mahmudov İqtisanndiynyat İnstitutuna rəhbərlik etdiyi illərdə bu elm ocağı nəinki respublikada, eləcə də keçmiş sovetlər məkanında böyük nüfuzu olan aparıcı elmi-tədqiqat mərnkəzinə çevrilmişdir. Alimin elmlə təşkilatçılıq işini bacarıqla əlaqələndirməsi sayəsində instıntutun apardığı tədqiqatlarda respublikada elm və istehsalatın əməli şəkildə, real iqtisadiyyatla bağlılığı daha geniş vüsət almış, elmi nətıcələrin tətbiqi əhənmiyyətli dərəcədə yüksəlmişdir. Görkəmli alim əsl vətənndaş kimi yaxşı bilirdi ki, resnpublikada iqtisadiyyat elmini sırf nəzəri-metodoloji problemnlərə istiqanmətnləndirmək nəinki çox çətin, ümumiyyətlə, qeyri-mümnkündür. Reallıq isə respublikanın iqtısadi həyatının canlanmasını, xalq təsərrüfatının inkişafına kömək edəcək aktual probnlemlərin sistemli tətbiqini tələb edirdi. Bu məsələdə də Əhməd Mahmudov əsl fədakarlıq nümunəsi göstərirdi.
Akademik institutun real elmi istiqanmətlərini müəyyən edir, Azərnbaycanın xalq təsərrüfatının inkişafı ilə bağlı problemlərə üstünlük verir, yeni şöbələr açır, iqtisad elminin xalqın mənnafeyinə uyğunlaşdırılması istiqamətində qətiyyətli addımlar atırdı.
Natiq Əhməd Mahmudovun əlçatmaz insani keyfiyyətlərindən, humanizmindən, əməkdaşlara göstərdiyi atalıq qayğısından, böyüklüyündən geniş söz açmışdır.
Məruzələr ətrafında akademik Asəf Nadirov, rusiyalı professor Anatoli Arxipov, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, belaruslu akademik Pyotr Nikitenko, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, akademik Qərib Məmmədov və AMEA-nın müxbir üzvü Kamal Abdullayev çıxış edərək Əhməd Mahmudovun elmi fəaliyyətindən, yüksək insani keyfiyyətlərindən söz açmış, onunla bağlı xatirələrini bölüşmüşlər.
Bildirilmişdir ki, mənalı ömür yolu, elmə bağlılığı
vətənpərvər ictimai-siyasi
fəaliyyəti ilə
seçilən akademik
Ə.Mahmudov prinsipiallığı,
yüksək idarəçilik
keyfiyyətləri, tədqiqatçılıq
əzmi, siyasi mövqeyi ilə fərqlənmişdir. O, ziyalı
üçün səciyyəvi
olan xüsusiyyətləri
xarakterində cəmləşdirmişdir.
Bütün iştirakçılara təşəkkürünü bildirən milli təhlükəsizlik naziri
Eldar Mahmudov atasının xatirəsinə,
onun elmi irsinə verilən yüksək qiymətə,
bütövlükdə Azərbaycan
elminin inkişafına,
alim və ziyalılara göstərilən diqqət
və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.
Sonda görkəmli
kinorejissor Vaqif Mustafayevin Əhməd Mahmudovun həyatı və elmi fəaliyyətinə
həsr olunmuş “O, Vətənini sevirdi” filmi nümayiş olunmuşdur.
Konfrans çərçivəsində
AMEA-nın müxbir üzvü Teymur Kərimlinin “Akademik Əhməd Mahmudov”, Məmməd Əlizadənin
“Şahtaxtıdan başlanan
ömür” və Məmməd Əfşanın
“Zirvə” kitablarının
təqdimatı keçirilmişdir.
Xalq qəzeti.- 2013.- 1 iyun.- S. 7.