Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına dövlət qayğısı artmaqdadır

 

Məcburi  köçkünlərin  sosial problemlərinin həlli  ulu  öndər Heydər Əliyevin  daim diqqət göstərdiyi  sahələrdən olmuşdur. Dahi rəhbər  bunu özünün  bir nömrəli problemi adlandırır    həmişə  torpaqlarından didərgin düşən bu insanların  həyat  şəraitinin yaxşılaşdırılmasına xüsusi qayğı ilə yanaşırdı. Heydər Əliyev  dəfələrlə  məcburi köçkünlərin  məskunlaşdığı  çadır  şəhərçiklərində olmuş, onların  ğayğı və problemləri ilə tanış olmuşdur. Təsadüfi deyil ki, ulu  öndərin  1999-cu il 6 dekabr  tarixli  fərmanı ilə Məcburi Köçkünlərin Sosial İnkişafı Fondu yaradılıb.

 Fondun əsas məqsədi məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlar üçün yerlərinin açılması, sosial infrastrukturun bərpası ilə bağlı davamlı tədbirlərin həyata keçirilməsindən ibarətdir.  Təşkilatın vəzifəsi ayrılmış vəsait hesabına nəzərdə tutulan layihələrin həyata keçirilməsini və eyni zamanda, bu vəsaitlərin səmərəli və məqsədyönlü istifadəsini təmin etməkdir.  Bu fond Nazirlər Kabineti yanında fəaliyyət göstərən qurumduronun ali idarəetmə orqanı Müşahidə Şurasıdır.  Fondun  sonrakı illərdə həyata keçirdiyi tədbirlər nəticəsində  məcburi köçkünlərin  sosial-məişət şəraiti əsaslı şəkildə  yaxşılaşmış, onlarin əksəriyyəti  yeni mənzillərə köçürülmüş, coxları işlə təmin olunmuşlar.

Ulu öndərin  məcburi köçkünlərə göstərdiyi diqqət və qayğı sonrakı illərdə cənab Prezident İlham  Əliyev  tərəfindən  böyük uğurla davam etdirilmişdir. 2003-cü ildən başlayaraq məcburi köçkünlərin həyat şəraiti daha da yaxşılaşdırılmağa başlamışdır. Sön illər  məcburi köçkünlərin həyat  şəraitinin yaxşılaşdırılması və məşğulluqlarının  artırılması  üçün  Dövlət Proqramı və ona  iki əlavə   qəbul olunmuşdur.

Cənab Prezident Nazirlər Kabinetinin 2012-ci ilin yekunları və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədəki   çıxışında demişdir: “Keçən il məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üçün ən böyük məbləğ Dövlət Neft Fondu tərəfindən nəzərdə tutulmuşdur, 300 milyon manat vəsait ayrılmışdır. Bu da tarixdə ən böyük ayrılan vəsaitdir. Bu vəsaitin hesabına 20 mindən çox məcburi köçkün yeni mənzillərlə, evlərlə təmin edilmişdir. Bütün bu evlər çox yüksək səviyyədə tikilmişdir, ən yüksək standartlara cavab verir. Mən açılışların böyük əksəriyyətində şəxsən iştirak etmişəm və görmüşəm ki, doğrudan da, köçkünlər üçün yaradılan şərait ən yüksək səviyyədədir. Bu, belə də olmalıdır. Köçkünlər buna layiqdirlər”.

Müşavirədə  geniş məruzə ilə çıxış edən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov  ötən il bu sahədə qazanılan uğurlarbu il qarşıda duran vəzifələrdən ətraflı bəhs etmişdir.

Mövcud problemlərin həllində Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun (MKSİF) əhəmiyyətli xidmətləri olmuşdurbu gün  fond çox mühüm   tədbirlər həyata keçirir, yeni layihələr reallaşdırır.

Bu illər ərzində Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu yüzlərlə məcburi köçkün ailəsinin məskunlaşdığı yataqxanaların təmirini həyata keçirmiş, məcburi köçkünlərin məskunlaşdığı yerlərə yollar, su, işıq xətləri çəkmiş, məktəblər tikmiş, məktəbləri təmir etmişs. işlər görmüşdür. Məlum olduğu kimi, MKSİF-in ilkin mərhələdə əsas maliyyələşmə mənbəyi Dünya Bankının Azərbaycan hökumətinə 10 milyon ABŞ dolları həcmində ayırdığı güzəştli kredit vəsaiti olub. Ötən müddət ərzində fondun maliyyə vəsaitləri hesabına icma mikrolayihələri həyata keçirilmiş, mikrokreditlərin verilməsi təmin olunmuşdur.

Sonradan fondun fəaliyyəti daha geniş xarakter alıb və maliyyələşmə mənbələri artıb. MKSİF-in hazırda maliyyələşmə mənbələrinin sırasına Dövlət Neft Fondu və Dövlət Neft Şirkəti, büdcə vəsaitləri, Dünya Bankı, İslam İnkişaf Bankı, Yaponiya Sosial İnkişaf Fondu və digər donorların maliyyə resursları daxildir. Onu da qeyd edim ki, MKSİF-in təşkilati strukturu və heyəti donorların tələblərinə uyğun formalaşdırılır.

MKSİF-in əsas fəaliyyəti Dövlət Neft Fondunun maliyyələşdirdiyi dövlət proqramları ilə bağlı olduğundan, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına uyğun olaraq 2001-ci ildən etibarən ölkədəki çadır düşərgələrində və digər uzunmüddətli yaşayış üçün yararlı sayılmayan yerlərdə məskunlaşmış məcburi köçkünlər üçün yeni məhəllə  və qəsəbələrin tikintisinə böyük diqqət ayrılmışdır.

Bu istiqamətdə mühüm işlər görülüb, yeni qəsəbələrin tikintisinə başlanılıb. Ümumiyyətlə, bu günə kimi qaçqınlar və məcburi köçkünlər üçün Ağdam, Ağcabədi, Biləsuvar, Füzuli, Sabirabad, Abşeron, Goranboy, İmişli, Qəbələ, Yevlax rayonları və Bakı şəhəri ərazisində 77 qəsəbə (zəruri sosial-texniki infrastrukturla) salınmışdır ki, bunların da 63-ü  MKSİF tərəfindən tikilmişdir. Həmin qəsəbələrdə də 21.548  köçkün ailəsi məskunlaşmışdır.

Diqqət yetirilən önəmli məqamlardan biriondan ibarətdir ki, məcburi köçkünlər üçün yeni qəsəbələr onların məskunlaşdığı ərazidə salınır və bu, müəyyən parametrlər baxımından olduqca böyük əhəmiyyətə malikdir. Belə ki, məcburi köçkünlərin əksəriyyəti məskunlaşdıqları rayonlarda öz işlərini qurublar. Onları öz işlərindən kənarlaşdırmamaq üçün elə məskunlaşdıqları rayonlarda yeni qəsəbələr tikilir. Bu da, öz növbəsində, məcburi köçkünlərin yeni yaşayış məskəninə köçürüldükdən sonra işsizlik problemi ilə qarşılaşmamalarına gətirib çıxarır. Beləliklə, çadır şəhərciklərinin ardınca artıq fin qəsəbələrinin ləğvi sahəsində də görülmüş işlər  təqdirəlayiqdir.

Bununla yanaşı, Prezident İlham Əliyev son illər dəfələrlə məcburi köçkünlərlə şəxsən görüşüb. Hazırda qaçqın və məcburi köçkünlərə Azərbaycan hökumətinin ayırdığı vəsait nisbət etibarilə dünyada ən yuxarı göstəricilər sırasında yer alır. Hesablamalar göstərir ki, Azərbaycan dövləti hazırda bir məcburi köçkünə 1040 manat  pul xərcləyir.

Prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiqlədiyi “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” xüsusi qeyd olunmalıdır. 2007 və 2011-ci illərdə həmin proqrama əlavələr edilibbuna müvafiq olaraq qaçqınların və məcburi köçkünlərin sosial durumunun, yaşayış şəraitinin daha da yaxşılaşdırılması məqsədilə xeyli sayda tədbirlər həyata keçirilib. Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan genişmiqyaslı işlərin davam etdirilməsini nəzərdə tutan sərəncama əsasən, “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na yeni əlavələr edilib. Həmin əlavələrin icrası 2011-2015-ci illərdə məcburi köçkünlərin mənzil-məişət şəraitini, sosial vəziyyətlərini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.

Ötən il Goranboy rayonu ərazisində 525 məcburi köçkün ailəsi üçün tikilmiş beşmərtəbəli 9 yaşayış binası, Şəki şəhəri ərazisində 423 məcburi köçkün ailəsi üçün salınmış qəsəbə, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsinin ərazisində 1440 məcburi köçkün ailəsi üçün yeni məhəllə istifadəyə verilmişdir. Bundan başqa, Ağcabədi şəhərində bütün zəruri sosial-texniki infrastruktur obyektlərinə malik 556 ailəlik beşmərtəbəli 10 yaşayış binası, Bərdə rayonu ərazisindəki fin tipli qəsəbədə müvəqqəti məskunlaşmış 195, İmişli rayonunun ərazisindəki fin tipli qəsəbələrdə müvəqqəti məskunlaşmış 550 məcburi köçkün ailəsindən birinci mərhələdə 325 ailə üçün yeni qəsəbələr salınaraq məcburi köçkünlərin istifadəsinə verilmişdir. Mingəçevir şəhəri ərazisindəki fin tipli qəsəbədə və məktəb binalarında müvəqqəti məskunlaşmış 502, Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində isə 768 məcburi köçkün ailəsi üçün yeni  yaşayış  məhəlləsi salınmışdır.

Maliyyə Nazirliyi tərəfindən ayrılmış vəsait hesabına 871 məcburi köçkün ailəsi dövlət ehtiyacları ilə əlaqədar dövlət mülkiyyətinə alınmış və yaşayış üçün hər cür zəruri şərtlərə cavab verən mənzillərə köçürülmüşdür. Bununla yanaşı, dövlət büdcəsində nəzərdə tutulan investisiya xərcləri vəsaiti hesabına Axıska türklərinə məxsus tikintisi yarımçıq qalmış 28 evin inşası başa çatdırılmış, Füzuli rayonu ərazisində isə Laçın rayonundan olan 7 məcburi köçkün ailəsi üçün fərdi ev tikilmişdir. Beləliklə, təkcə 2012-ci il ərzində 22765 nəfərdən ibarət 4553 məcburi köçkün ailəsi yeni mənzillərə və evlərə köçürülmüşdür.

Həmçinin, Dövlət Proqramının və ona əlavələrin icrası ilə əlaqədar Gəncə şəhəri ərazisində 1500, Qazax rayonunda 300, Bərdə rayonunda 866 məcburi köçkün ailəsi üçün yeni yaşayış məhəllələrinin, İsmayıllı rayonunda 45, Hacıqabul rayonunda 101, Saatlı rayonunda 230, Füzuli rayonunda 612, Sabirabad rayonunda 440, Ağdam rayonunda 932, Beyləqan rayonunda 320, Göygöl rayonunda 600 ailəlik qəsəbələrin, Bakı şəhərinin yataqxanalarında və digər obyektlərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin köçürülməsi məqsədilə Abşeron rayonunda Qobu şəhərinin salınması, Qəbələ rayonunda 155, Balakən rayonunda 43, Abşeron rayonunun Ramana qəsəbəsində 80 mənzilli yaşayış binalarının tikilməsi ilə bağlı layihələndirmə, layihə-smeta sənədlərinin hazırlanması və s. üzrə müvafiq tədbirlər həyata keçirilmişdir.

Cənab Prezident  müşavirədə qarşıya  daha mühüm vəzifələr qoymuşdur: “Bu il də Dövlət Neft Fondunda eyni səviyyədə vəsait nəzərdə tutulub. Bu il də ən azı 20 min köçkün yeni evlərlə, mənzillərlə təmin ediləcəkdir. İstisna olunmur ki, il ərzində bu sahəyə biz əlavə vəsait də ayıra bilək. Çünki bizim maliyyə vəziyyətimiz yaxşıdır. Hər il ayrılan 300 milyon manat vəsait də çox böyük rəqəmdir və biz doğrudan da, il ərzində demək olar ki, bir şəhər yaradırıq.”

Əlbəttə, görüləsi  işlər çoxdur. Dövlət başçısının qarşıya qoyduğu bütün  vəzifələrin   davamlı olaraq  həyata keçirilməsində  MKSİF  bütün qüvvələri səfərbər etmək əzmindədir. MKSİF-in  kollektivi çalışır ki,  məcburi köçkünlərin həyat şəraiti daha da yaxşılaşsın, onlar da rahat mənzillərdə yaşasınlar.

 

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun İctimaiyyətlə

 

 əlaqələr sektoru

 

Xalq qəzeti.- 2013.- 29 iyun.- S. 5.