SHAİB sosial layihələrin həyata keçirilməsində fəal iştirak edir

 

 Sosial Hüquqların Araşdırılması” (SHAİB) İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Regionlarda əhalinin həssas təbəqələrinin sosial hüquqları ilə bağlı məlumatlılığın artırılması və monitorinqi  layihəsini həyata keçirmişdir.

Əsas məramı regionlarda yaşayan əhalinin həssas təbəqələrinin sosial hüquqlar barədə maarifləndirilməsi, onların hüquqi biliklərinin artırılması, sosial hüquqların reallaşdırılması ilə bağlı mövcud problemlərin öyrənilərək ümumiləşdirilməsi və onlarla bağlı təkliflərin hazırlanaraq dövlət orqanlarına təqdim edilməsindən ibarət olan layihə 4 ay müddətində Qazaxın Yuxarı Salahlı və Daş Salahlı, Tovuzun Əhmədabad və Şamlıq, Gədəbəyin Slavyanka  Nəriman kəndlərində həyata keçirilmişdir.

Beynəlxalq Mətbuat Mərkəzində layihə ilə bağlı keçirilən yekun tədbirdə hökumət, QHT, KİV nümayəndələri və əhalinin həssas təbəqələri, o cümlədən əlil təşkilatlarının üzvləri iştirak etmişlər. Tədbiri giriş sözü ilə “Sosial hüquqların araşdırılması” İctimai Birliyinin sədri, BDU-nun professoru Mayis Əliyev açaraq layihə və tədbir haqqında məlumat vermişdir. Bildirilmişdir ki, layihə çərcivəsində sosial qanunvericiliyi özündə əhatə edən normativ-hüquqi aktlar CD formasında hazırlanaraq regionlarda əhalinin həssas qruplarına və QHT-lərə paylanmışdır. Sosial hüquqların monitorinqi məqsədi ilə regionlarda əhalinin həssas təbəqələri arasında keçirilən sosioloji sorğuictimai müzakirələrin nəticələri təhlil edilmiş, ümumiləşdirilmiş və “Regionlarda yaşayan insanların sosial hüquqlarının həyata keçirilməsi zamanı meydana çıxan problemlərin aradan qaldırılması və qanunvericiliyin təkmilləşdrilməsinə dair tövsiyələr” hazırlanaraq müvafiq dövlət orqanlarına təqdim edilmişdir.

Tədbirdə təşkilatın sədr müavini, vəkil Adəm Məmmədov, BDU-nun kafedra müdiri, professor Alış Qasımov, Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli, AMEA-nın şöbə müdiri, professor Habil Qurbanov, QHT rəhbərləri və digərləri çıxış edərək əhalinin sosial hüquqlarının müasir vəziyyəti və prespektivləri, bu hüquqların inzibati və məhkəmə qaydasında müdafiəsi, vətəndaşların əmək hüquqları və əlilliyi olan şəxslərin sosial hüquqlarının həyata keçirilməsi sahəsində mövcud problemlər, onun həlli yolları və s. məsələlərə münasibət bildirmiş, təklif və rəylərini söyləmişlər.

Qeyd etmək yerinə düşər ki, ötən il fəaliyyətə başlayan SHAİB-in əsas amalı və hədəfi dövlətin sosial layihələrinin həyata keçirilməsində fəal iştirak etmək, vətəndaşların sosial hüquqlarının müdafiəsi işinə dəstək olmaqbununla da Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasına əməli köməklik göstərməkdir. İctimai birlik Azərbaycan Respublikası milli Qeyri-Hökümət Təşkilatları Forumunun və Əlil Təşkilatları İttifaqının üzvüdür.

 

Z.BƏŞİRQIZI

 

Xalq qəzeti.- 2013.- 30 iyun.- S. 7.