Culfanın Əbrəqunus
kəndində yeni məscid
Mayın 31-də Culfa rayonunun Əbrəqunus kəndində yeni məscid binası istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə açılış mərasimində iştirak etmişlər. Əvvəlcə “Qurani-Kərim”dən ayələr oxunmuşdur.
Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə demişdir ki, bu gün ölkəmizdə mənəvi dəyərlərimizə hörmət, milli və dini irsimizin qorunub-yaşadılması istiqamətində ardıcıl tədbirlər görülür. Həyata keçirilən bu işlər ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsidir. Bu gün dövlət başçısı tərəfindən Azərbaycanda əsl tolerantlıq mühiti yaradılmışdır. Xalqımızın milli-mənəvi dəyərlərinə, dini irsimizə hərtərəfli ehtiram göstərilir, ibadət yerlərinin inşası, təmiri və yenidən qurulması sahəsində mühüm işlər həyata keçirilir. Hazırda ölkəmizdə 1800 məscid vardır ki, bunların 200-ə yaxını son 10 ildə istifadəyə verilmişdir.
Qafqaz Müsəlmanları
İdarəsinin sədri
Allahşükür Paşazadə
muxtar respublikada dini-mənəvi dəyərlərin
yaşadılmasına göstərdiyi
diqqətə görə
Ali Məclisin sədrinə
minnətdarlığını bildirmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin
sədri Vasif Talıbov yeni məscidin istifadəyə
verilməsini muxtar respublikamızın ictimai
və mənəvi həyatında mühüm
hadisə kimi dəyərləndirmiş, ümummilli
liderimiz Heydər Əliyevin “Məscidlər
islam aləmində islamı təmsil edən müqəddəs
yerlərdir” fikrini xatırladaraq demişdir:
“Naxçıvan müqəddəs
torpaqdır. Burada çoxsaylı dini-tarixi
abidələr, ziyarətgahlar
vardır. Son illər muxtar respublikamızdakı dini abidələrin bərpasına,
yenidən qurulmasına
hərtərəfli diqqət
yetirilir. Bu işdə muxtar respublika sakinləri də yaxından iştirak edirlər.
Artıq
muxtar respublikada 207 məscid vardır. Bu məscidlərin 170-ə yaxını son 17 ildə
tikilərək və
ya bərpa olunaraq dindarların istifadəsinə verilmişdir”.
Ali Məclisin sədri demişdir: “Bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən milli-mənəvi
dəyərlərimizə hərtərəfli
qayğı göstərilir,
dini dəyərlərimizin
qorunub yaşadılması
diqqət mərkəzində
saxlanılır”.
Ali Məclisin sədri
yeni məscidin istifadəyə verilməsi
münasibətilə kənd
sakinlərini və dindarları təbrik etmişdir.
Məlumat verilmişdir ki,
sahəsi 306 kvadratmetr
olan 1 minarəli məscid salon,
axund otağı
və kitabxanadan ibarətdir. Milli memarlıq üslubunda qurulan salonda eyni vaxtda 300-ə yaxın insan ibadət edə bilər. Binada müasir işıqlandırma
sistemi quraşdırılmış,
qadınlar üçün
ayrıca ibadət yeri ayrılmış, mehrab qurulmuşdur. İki girişi olan məscid binasının günbəzi
naxış və ornamentlərlə bəzədilmişdir.
Kənd ağsaqqalları və dindarlar muxtar respublikamızda dini-mənəvi
dəyərlərin qorunub-yaşadılması
istiqamətində həyata
keçirilən tədbirləri
yüksək qiymətləndirmiş,
yeni məscid binasının istifadəyə
verilməsinin kənd
sakinləri tərəfindən
böyük rəğbətlə
qarşılandığını qeyd etmişlər.
Xalq qəzeti.- 2013.-
2 iyun.- S. 2.