Arizona Senatı: Qarabağ Azərbaycan ərazisidir

 

ABŞ-ın Arizona ştatının  ali qanunverici orqanı olan Arizona Ştat Senatı mayın 30-da keçirilən plenar iclasında Azərbaycan-ABŞ strateji tərəfdaşlığının dəstəklənməsinə dair qətnamə qəbul etmişdir.

Azərbaycanın Los-Ancelesdəki Baş KonsulluğundanTrend”ə daxil olan məlumata görə, senatorlar tərəfindən yekdilliklə qəbul edilən qətnamədə Qarabağın Azərbaycan ərazisi olduğu Azərbaycanın ərazi bütövlüyünün suverenliyinin ABŞ BMT tərəfindən tanındığı bildirilir.

Həmçinin, 95 il öncə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi demokratik respublika yaratdığı həmin respublikanın ABŞ da daxil olmaqla bir sıra demokratik dövlətlərdən öncə qadınlara seçki hüququ verdiyi vurğulanır.

1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycanın son 22 il ərzində öz suverenliyini müstəqilliyini gücləndirdiyi bölgənin ən sürətlə inkişaf edən dövlətlərindən birinə çevrildiyi bildirilir. Qeyd olunur ki, 2011-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına seçilməsi ölkənin Yaxın Şərqdə sülhün təhlükəsizliyin qorunmasında artan rolunun genişlənən imkanlarının bariz göstəricisidir.

Qətnamədə ABŞ ilə Azərbaycanın vahid dəyərlərə, ümumi maraqlara baxışlara əsaslanan güclü strateji tərəfdaşlıq münasibətləri qurduqları qeyd olunur. Bildirilir ki, Azərbaycan ABŞ-ın Xəzər dənizi kimi çox önəmli bir bölgədə güclü müttəfiqidir. Bundan əlavə, 11 sentyabr terror hücumlarından sonra Azərbaycanın ABŞ-a hərtərəfli dəstək verdiyi, Əfqanıstana sülhməramlı qüvvələr göndərdiyi, hər iki ölkənin kütləvi qırğın silahlarının yayılmasına terrorçuluğa qarşı mübarizə sahəsində uğurla əməkdaşlıq etdiyi bildirilir. Azərbaycanın ABŞ-ın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə yüksək qiymətləndirilir, qədim etnik dini tolerantlıq ənənələrinə malik olan dünyəvi ölkə olması xüsusi vurğulanır. Qətnamədə, həmçinin, ABŞ-ın Azərbaycan kimi müttəfiq dövlətlərlə münasibətləri bundan sonra da gücləndirməsinin zəruriliyi vurğulanır.

Qeyd edək ki, bu, Arizona qanunvericilik orqanı tərəfindən Azərbaycan barədə qəbul edilən ilk qətnamədir.

 

Xalq qəzeti.- 2013.- 2 iyun.- S. 3.