Rabah GHEZALİ:
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu
ideyasının Azərbaycanda yaranması və
reallaşması bu ölkənin tolerantlığına əyani
sübutdur
Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu ideyasının Azərbaycanda yaranması və
reallaşması bu ölkənin tolerantlığına əyani
sübutdur.
Bu sözləri Bakıda keçirilən
İkinci Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun iştirakçısı, Beynəlxalq Valyuta
Fondunun sabiq iqtisadçısı Rabah Ghezali AzərTAc-a
müsahibəsində söyləmişdir.
Qonaq bildirmişdir ki, bu cür yüksək səviyyəli
forumlar dünyanın ayrı-ayrı ölkələrinə
bir-biri ilə müxtəlif sahələrdə
qarşılıqlı əməkdaşlıq əlaqələri
qurmaq imkanı yaradır, mədəniyyətlərarası
dialoqun təbliğində mühüm rol oynayır.
Forumda iştirakından və Azərbaycana səfərindən
məmnunluğunu bildirən qonaq Bakıda ilk dəfə
olduğunu söyləmiş və paytaxtımızın
gözəlliyinə heyran qaldığını
vurğulamışdır.
Xalq qəzeti.- 2013.- 2 iyun.- S. 2.