Su inkişafbolluq amilidir

 

Azərbaycanın  meliorasiya  su  təsərrüfatı  işçiləri  builki peşə bayramlarını da görülmüş  işlərdən  doğan  qürur hissiyeni vəzifələri uğurla həyata keçirmək  əzmi ilə qeyd  etdilər. Bu  bayramı sahənin  çoxsaylı  işçilərinə  ümummilli  lider  Heydər Əliyev  bəxş  etmişdir. Ümumiyyətlə,  respublikanın  əkinə yararlı torpaqlarının  meliorativ baxımdan yaxşılaşdırılması,  müasir  irriqasiya şəbəkəsinin yaradılması Azərbaycana rəhbərliyinin hər iki dövründə  ulu öndərin  daim  diqqət yetirdiyi,  nəzarətdə saxladığı  üstün  istiqamətlərdən  olmuşdur.

Azərbaycan  qədim  əkinçilik mədəniyyəti  yaratmış  ölkə olsa da,  xalqımız  tarixən  primitiv  suvarma sistemlərindən  istifadə etsə də torpaqlarımızda  iri  meliorasiya  tədbirləri  ötən əsrin ikinci yarısından sonra həyata keçirilmişdir. Sovet dövləti  öz  maraqları  baxımından  gursulu Kür  Araz  çayları   arasında  texniki  bitkilər  əkinləri  aparmaq  üçün  bu   ərazidə müəyyən  meliorasiya  işləri aparmağa məcbur olmuşdur. Ümummilli lider  Heydər  Əliyev  1969-cu ildə  respublikaya rəhbər seçiləndən sonra isə  bu  işlərdə  xalqımızın  köklü  maraqları   üstün tutulmuş,  qısa  müddətdə  iri  su hövzələri,  geniş suvarma  şəbəkəsi  yaradılmışdır.

1970-ci  ildə  ulu öndərin təşəbbüsü   ilə  işə başlamış “Azərsutikinti”  Baş  İdarəsi  həmin  dövrdə  Sərsəng,  Madagiz, Araz, Lənkərançay, Zaqolovoçay,  Arpaçay, Sirab su   anbarlarını  və SES-lərini,  MilMuğan  Baş Mil-Muğan hidroqovşaqlarını,  Tərtərçay, Baş-Mil, Yuxarı Mil, Yeni Xanqızı və s. magistral  kanallarını,  Qaraçuq,  Arpaçay  nasos stansiyalarını,  Naxçıvan, Abşeron suvarma sistemlərini və digər  yüzlərlə  su obyektini  yaratmağa  imkan vermişdir. Bu 13 illik  müddətdə  respublikanın  meliorasiya  su  təsərrüfatına  sovet dövrünün əvvəlki  50 ilindəkindən 2 dəfə  çox  vəsait  qoyulmuş, suvarılan torpaqların  həcmi 1,5  dəfədən  çox  artmışdır.

Suvarılan  şorlaşmaya  məruz  qalmış torpaqların  meliorativ  vəziyyətini yaxşılaşdırmaq  məqsədilə ölkəmizdə  593  min  hektardan  çox  suvarılan  ərazilərdə  kollektor-drenaj şəbəkələri  inşa  edilmişdir.  10  min  kilometr örtülü, 9,7  min  kilomet drenlər,  11,6  kilometr  açıq kollektor,  onlar  üzərində  9525 körpü    keçid, 27500  hidrotexniki  qurğu, 62  suötürücü  nasos  stansiyası və 34  suölçən məntəqə  istismar  olunur.  Azərbaycanda   dünyanın 11  təbii-iqlim  zonasının 8-i  mövcuddur  və ölkəmiz  təbii   şəraitinin  mürəkkəbliyi   ilə  səciyyələnir.  Kənd   təsərrüfatında  istifadə olunan torpaqlar, əsasən, düzənlik, qismən  dağətəyi  zonalarda  yerləşir.

Respublikada 8350 çayın  olmasına baxmayaraq, onların  əksəriyyəti  yayda  quruyur,  ölkənin su  ehtiyatları  olduqca  məhduddur.  Yerüstü su ehtiyatları sulu dövrələrdə 32,2 milyard kubmetr,  quraqlıq  illərdə isə 22,6  milyard  kubmetr  təşkil edir. Su  mənbələrindən  ildə  10-14  milyard  kubmetr  su götürülür  və 9-11  milyard  kubmetr kənd  təsərrüfatında suvarmada, 0,6-2 milyard  kubmetr sənayedə, 0,4-0,5  milyard  kubmetri  mənzil-kommunal  təsərrüfatında, qalan   hissəsi  isə digər  təsərrüfat  sahələrində  istifadə  olunur.  Minerallaşmış  qrunt  sularının  4-5  milyard  kubmetri  kollektor-drenaj  şəbəkələri ilə  dənizə axıdılır.

Ölkənin ərzaq  təhlükəsizliyini  tam  təmin  etmək üçün  suvarılan  torpaqların  sahəsini  3,2  milyon  hektara  çatdırmaq  mümkündür. Torpaq  su  ehtiyatlarından  səmərəli  istifadə  müasir  şəraitdə   meliorasiya  və irriqasiyanın  qarşısında duran  əsas  məsələlərdən  biridir  sahənin  gələcək inkişaf istiqamətləri  1996-cı  ildə  qəbul  edilmiş  Meliorasiya    irriqasiya  haqqında”  Qanun    1997-ci ildə  qəbul  edilmiş  Azərbaycan Respublikasının  Su  Məcəlləsi” ilə  müəyyənləşdirilmişdir. Qəbul  edilmiş qanun    qərarlar  sahənin  dayanıqlı  inkişafını  təmin  etmək üçün  görüləcək  işləri  konkretləşdirmişdir.

 Birinci  növbədə tikintisi  yarımçıq  qalmış obyektlərin  tamamlanması,  6 su anbarının, 235 kilometr  kanalların  tikilməsi, 6 rayon  qrunt sularının səviyyəsinin endirilməsi, daşqın  sel  təhlükəsi  yaradan  çaylarda  38,4  kilometr bəndlərin  tikilməsi və s.  həyata keçirilmişdir.  Sahəyə investisiya  qoyuluşunun  səmərəliliyini  təmin etmək  məqsədilə  tikintisi yarımçıq  qalmış 150  obyektdən  ən mühüm 11  obyekt  seçildi. Son  dərəcə  vacib olan 3 obyektinBaş Mil-Muğan kollektorun  tikintisi, Samur-Abşeron  suvarma  sistemlərinin yenidən  qurulması  və Vayxır  su  anbarının  tikintisinin  birinci  növbədə maliyyələşdirilməsi  qərara  alındı.

Qısa  müddət ərzində  nəzərdə tutulan  işlərin  əksəriyyəti  uğurla  başa  çatdırıldı    tikilən  obyektlər  istismara verildi. Ölkədə  meliorasiya    su təsərrüfatının  inkişafına  Prezident İlham Əliyevin rəhbərliyi  altında  xüsusi  diqqət yetirilir.  Son 7-8 il ərzində meliorasiya  işlərinə  ayrılan vəsaitin həcmi 4,3 dəfə,  bütün  maliyyə  mənbələri  hesabına sahəyə  əsaslı  kapital qoyuluşu 23  dəfədən  çox artırılmışdır.

Ümumi  su  tutumu 268  milyon  kubmetr olan Taxtakörpü  Su Anbarı  SES  ilə birlikdə,  TaxtakörpüCeyranbatan    Vəlvələçay – Taxtakörpü  kanallarının tikintisi  uğurla aparılır. Şəmkir Maşın Kanalının  1-ci  növbəsinin  bir  hissəsinin,  Yuxarı  Mil  kanalının, Tərtər rayonunda  Daşarx  Poladarx  kanallarının  tikintisi  başa çatdırılmışdır.  Cəlilabad  rayonunda su tutumu  3,7  milyon  kubmetr olan Göytəpə  su  anbarı  istifadəyə verilmiş,  Şəmkirçay, Tovuzçay  su  anbarlarının tikintisi,  Şamaxı  rayonunda  Zaqolovoçay su  anbarında yenidənqurma  və təmir-bərpa işləri  davam etdirilir.

KürAraz çayları  üzərindəki 597 kilometr  uzunluğunda  mühafizə  bəndləri  əsaslı  şəkildə bərpa  edilərək möhkəmləndirilmişdir.  Araz  çayının  suyunun  birbaşa  Xəzər  dənizinə  axıdılması üçün baş  sugötürən qurğu  inşa edilmiş  və digər  sugötürən  qurğuların   tikintisi  davam  etdirilir. 1171  kilometr suvarma  kanallarının,  779  kilometr kollektor-dneraj  şəbəkələrinin  tikintisi  və bərpası  həyata  keçirilmiş, 128 min   hektar torpaqların meliorativ  vəziyyəti  yaxşılaşdırılmış, 83  min  hektar  torpaq  sahəsinin  su  təminatı  yaxşılaşdırılmış, 649  subartezian quyusu  qazılıb  istismara verilmiş, 66,7  kilometr uzunluğunda  dağ çayları    daşqın  yaradan  çaylar   üzərində  mühafizə  bəndləri  tikilmişdir.

Füzuli,  Ağcabədi rayonları    Harami  düzündə  məcburi  köçkün  ailələri  üçün  ayrılmış  torpaq sahələrini su ilə  təmin  etmək  məqsədilə Yuxarı  Mil kanalı  Qarqarçay  çayı  üzərinə  nasos  stansiyası  tikilmiş, boru kəməri  çəkilmiş və  hidrotexniki  qurğular  inşa  edilmişdir.

 

Hazırda Azərbaycan meliorasiya  su  təsərrüfatı   kompleksində  ümumi  su tutumu  21,5  milyard  kubmetr olan 140  su anbarı, 19 hidroqovşaq, 51,8 min  kilometr  suvarma  kanalı, 31,7  min  kilometr kollektor-drenaj  şəbəkəsi,  921  nasos  stansiyası, 7279  subartezian  quyusu,  131  min  hidrotexniki qurğu, 2073  kilometrdən  artıq sel  və daşqından  mühafizə  bəndləri, 2930  kilometr uzunluğunda  boru  kəmərləri    digər  sistem    qurğular  istismar  olunur.

Çalışdığım  Azərbaycan Hidrotexnika  Meliorasiya Elm  İstehsalat Birliyinin  baş  direktoru, kənd  təsərrüfatı  elmləri doktoru Ağamir Həşimovun rəhbərliyi ilə hazırlanmış təkliflərdə su problemlərinin  həllinə nail olmaq,  meliorasiyasu  təsərrüfatının  davamlı  inkişafını  təmin etmək  üçün  gələcək  işlər və  tədbirlər  aşağıdakı  istiqamətlərdə  qruplaşdırılmışdır:

— Respublikanın  suvarılan torpaq  fondunun  gələcəkdə  1 milyon 628  min hektara  çatdırılması  fonunda 227  min  hektar yeni suvarılan torpaqların  istifadəyə verilməsi, 751  min  hektar sahədə  suvarma  sistemləri  əsaslı  şəkildə  bərpa  edilməsi, 544  min  hektar sahədə  drenaj  sistemlərinin  tikilməsi və   bərpa  edilməsi istiqamətində   su  təsərrüfatı  tədbirlərinin  həyata  keçirilməsi; uzun illər aparılmış  geniş  quruculuq  işləri  nəticəsində  yaradılmış suvarma sistemlərini  müasir  təsərrüfatçılıq  şəraitinə  uyğunlaşdırmaq  üçün  magistral,   təsərrüfatlararası kanalların  onlar üzərindəki  hidrotexniki  qurğuların  əsaslı təmiri;

mövcud kollektor-drenaj  şəbəkələrinin  istismarının yaxşılaşdırılması və yenidən  qurulması;

şoran    şorakət  torpaqların  meliorativ  vəziyyətinin  yaxşılaşdırılması,  münbitliyin  bərpası    qorunması;

suvarma  suyunun  idarə  olunması, su ehtiyatlarından  səmərəli  istifadə  edilməsi,  suya  qənaətedici suvarma  texnika    texnologiyaların işlənməsi  və tətbiqi;

su çatışmazlığının  aradan  qaldırılması  üzrə  tədbirlərin həyata  keçirilməsi;

sel  və daşqın sularının zərərli  təsirinin qarşısının alınması;

nasos stansiyalarının  subartezian quyuların  işinin yaxşılaşdırılması və yenidən qurulması;

 

– sahənin  maddi-texniki bazasının gücləndirilməsi,  peşəkar mütəxəssislərin  hazırlanması;

meliorasiya    su təsərrüfatının  elmi təminatının gücləndirilməsi;

– sahənin sosial  inkişafı, fəhlə,  mühəndis-texniki  işçilərin,  elmi  əməkdaşların və  qulluqçuların əmək şəraitinin yaxşılaşdılması.

Bütün bu tədbirlərin maliyyələşdirilməsi dövlət  vəsaiti, Neft Fondu, beynəlxalq  qurumların  kreditləri və su satışından  əldə edilən gəlirlər hesabına nəzərdə tutulur.

Ulu öndər  Heydər Əliyevin layiqli  davamçısı  Prezident İlham Əliyevin rəhbərliyi ilə  ölkəmizdə tərəqqi və modernləşmə  xətti uğurla davam etdirilir. Melioratorlar və sahənin alimləri bu tarixi prosesin önündə getmək üçün bilik, bacarıq və səylərini bundan sonra da əsirgəməyəcəklər.

 

İzzət ABDULLAYEV,

 

Hidrotexnika və Meliorasiya Elm-İstehsalat Birliyinin aparıcı elmi işçisi, kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktoru, əməkdar mühəndis

 

Xalq qəzeti.- 2013.- 9 iyun.- S. 6.