Bosniya və Herseqovinanın xarici işlər naziri: “Xocalı və Srebrenitsada törədilmiş soyqırımı aktları üzərimizə böyük məsuliyyət qoyur

 

 “BMT institutlarının necə ləng işlədiyini və bu cür cinayətlərə məruz qalmış bizim kimi ölkələrin hansı ədalətsizliklərlə üzləşdiyini yaxşı bilirəm”

 

 “Xocalıda, bir neçə il sonra isə Srebrenitsada törədilmiş soyqırımı aktları gələcəkdə bu cür hadisələrin baş verməməsi üçün üzərimizə böyük məsuliyyət qoyur”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Bakıda səfərdə olan Bosniya və Herseqovinanın xarici işlər naziri Zlatko Laqumçiya vermişdir.

O, BosniyaHerseqovina parlamentinin fevralın sonlarında Xocalı soyqırımının  tanınmasına dair qətnamə qəbul etdiyini xatırlatmış və bunu, çox mühüm addım adlandırmışdır: “Xocalı və Srebrenitsada baş verən hadisələr öz təcrübəmizi bütün dünya ilə bölüşməyə məcbur edir ki, bu cür hadisələr bir daha təkrarlanmasın”.  XİN başçısı bildirmişdir ki, BosniyaHerseqovina ilə Azərbaycanı bu məsələdə çox şey birləşdirir: “Mən BMT institutlarının necə ləng işlədiyini və bu cür cinayətlərə məruz qalmış bizim kimi ölkələrin hansı ədalətsizliklərlə üzləşdiyini yaxşı bilirəm. Buna görə keçmişdən dərs almaq lazımdır”.

 

Xalq qəzeti.- 2013.- 11 iyun.- S. 3.