Bakıda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının seminarı işə başlamışdır

 

İyunun 10-da Bakı şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) və Vergilər Nazirliyinin birgə təşkilatçılığı ilə “Çoxmilli müəssisələrin auditimövzusunda seminar öz işinə başlamışdır. Beş  gün davam edəcək seminarda İƏİT katibliyinin, eləcə də Niderlandİsveç Krallıqlarının vergi orqanlarının ekspertləri, Azərbaycan, Türkiyə, Belarus, Niderland, İsveç, Ukrayna və Gürcüstanın vergi orqanlarının əməkdaşlarının nümayəndələri iştirak edirlər.

Seminarın açılış mərasimində tədbir iştirakçılarını salamlayan Azərbaycan Respublikasının vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahib Ələkbərov bu tədbirin ölkəmizdə keçirilməsindən məmnunluğunu ifadə edərək, Vergilər Nazirliyinin bir çox beynəlxalq institutlarla fəal əməkdaşlıq etdiyini diqqətə çatdırmışdır. O qeyd etmişdir ki, qloballaşan dünyada transmilli şirkətlərin fəaliyyətinin sürətlə genişlənməsi onların vergi öhdəliklərinin düzgün müəyyən olunması məqsədilə auditin aparılması, vergilərin minimallaşdırılması və vergidən yayınma ilə mübarizə sahəsində səylərin gücləndirilməsi kimi məsələlərdə vergi orqanlarının birgə fəaliyyətini, təcrübə və məlumat mübadiləsinin genişləndirilməsini zəruri edir.

Tədbirdə İƏİT-in Qlobal Əlaqələr Departamentinin nümayəndəsi Ubaldo Qonzalez İƏİT Vergi Siyasəti və İnzibatçılığı Mərkəzinin fəaliyyəti barədə məlumat vermişdir. Sonra İsveç Vergi Agentliyinin auditoru cənab Jan MonteliusNiderland VergiGömrük Administrasiyasının auditoru cənab Peter Oostdijk çıxış etmişlər. Açılış mərasimində “Çoxmilli müəssisələrin xüsusiyyətləri”, “Çoxmilli müəssisələrin vergiyə cəlb edilməsi” mövzusunda təqdimatlar edilmiş, Vergilər Nazirlyinin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin Strateji araşdırmalar idarəsinin rəisi İmran Qarayev tədbir iştirakçılarını ölkəmizin vergi sistemibu sahədə aparılan islahatlarla tanış etmişdir.

İyunun 14-dək davam edəcək seminarda transmilli şirkətlərin vergiyə cəlb edilməsi, onlarda auditin aparılması, vergi planlaşdırması və vergi orqanları ilə əlaqələrin qurulması istiqamətində mövcud olan milli və beynəlxalq təcrübələr ətrafında müzakirələrin aparılması nəzərdə tutulur.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2013.- 11 iyun.- S. 3.