Dövlət Gömrük Komitəsinin rəhbərliyi və Əfqanıstan İslam Respublikası hökumətinin nümayəndə heyəti arasında görüş keçirilmişdir

 

İyunun 12-də Ümümdünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin rəhbərliyi və Əfqanıstan İslam Respublikası hökumətinin nümayəndə heyəti arasında görüş keçirilmişdir.

Görüşdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Əfqanıstan hökumət nümayəndələrini Bakıda görməkdən məmnun olduğunu bildirmiş, Azərbaycanın bu dost ölkə ilə bütün sahələrdə, o cümlədən, iqtisadi münasibətlərin və gömrük əməkdaşlığının inkişaf etdirilməsində maraqlı olduğunu vurğulamışdır.

Azərbaycan gömrüyünün tarixindən söhbət açan A.Əliyev Dövlət Gömrük Komitəsinin 1992-ci il yanvarın 30-da yaradıldığını söyləsə də, eyni zamanda, Azərbaycan gömrüyünün zəngin bir tarix yaşadığını diqqətə çatdırmışdır. Komitə sədri qeyd etmişdir ki, hələ qədim İpək Yolu dövründə Azərbaycanda gömrük sisteminin mövcudluğu elmi sübutlarla təsdiqini tapmışdır.

A.Əliyev bildirmişdir ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra dövlət quruculuğu sahəsində təxirəsalınmaz vəzifələrdən birimilli gömrük xidmətinin yaradılması və formalaşdırılması idi. Həmin illərdə Dövlət Gömrük Komitəsi yaradılsa da, lakin mürəkkəb ictimai-siyasi vəziyyət gömrük orqanlarının formalaşmasına imkan vermədi. Yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, gömrük sistemində də islahatlar aparılmış, Dövlət Gömrük Komitəsinin fəaliyyətində ciddi dönüş yaranmışdır.

DGK sədri vurğulamışdır ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan gömrüyünün öz ənənələrini qoruyub saxlaması və daha da təkmilləşdirilməsi işini daim diqqət mərkəzində saxlayır. Hazırda Azərbaycan Gömrük Xidməti dünya gömrük ailəsində özünəməxsus layiqli bir yer tutmuş və aidiyyəti beynəlxalq qurumlarla əməkdaşlıq əlaqələrini daim inkişaf etdirir.

Azərbaycanda gömrük xidmətinin inkişafının prioritetlərinə toxunan A.Əliyev qeyd etmişdir ki, bu prioritetlərdən biriinformasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqidir və 1999-cu ildə ölkənin gömrük sistemində İKT strategiyası artıq beynəlxalq standartlar səviyyəsində qurulmağa başlamışdır. Belə ki, Dövlət Gömrük Komitəsinin potensialının gücləndirilməsi və məlumatların ötürülməsi şəbəkəsinin yaradılmasına dair uğurla həyata keçirilmiş layihə BMT-nin İnkişaf Proqramı ilə Azərbaycan hökuməti arasında “Elektron hökumət”in tətbiq edilməsi baxımından ilk birgə layihə olmuşdur. Bunun nəticəsi olaraq isə gömrük rəsmiləşdirilməsi sahəsində vahid avtomatlaşdırılmış informasiya sistemi yaradılmış və işə salınmışdır. Növbəti mərhələdə tərəflər gömrük xidmətinin müasirləşdirilməsi üzərində işləmiş və iki mərhələli bu proqrama Avropa İttifaqı dəstək vermişdir. Nəticədə, Azərbaycan Respublikasının Avropa İttifaqının qanunvericiliyi və beynəlxalq konvensiyaların tələblərinə uyğun yeni Gömrük Məcəlləsi yaradılmış və qüvvəyə minmişdir. Növbəti mərhələdə isə gömrük məntəqələrində videomüşahidə kameraları, müvafiq avadanlıq və cihazların tətbiq edilməsi həyata keçirilmişdir.

A.Əliyev onu da diqqətə çatdırmışdır ki, bu il iyunun  5-də BMT-nin İnkişaf Proqramı və Azərbaycan hökuməti arasında gömrük  xidmətinin təkmilləşdirilməsi layihəsinin növbəti mərhələsinin icrasına dair müvafiq sənəd imzalanıb və layihənin məqsədi Azərbaycan Respublikasının gömrük ərazisində daşınan yüklərin hərəkətinə nəzarət etməkdən ibarətdir.

İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi yolu ilə gömrük islahatlarının aparılması təcrübəsini əfqanıstanlı həmkarları ilə bölüşməkdən məmnunluğunu ifadə edən DGK sədri A.Əliyev   Azərbaycan gömrükçülərindən ibarət nümayəndə heyətinin bu ilin fevralında Əfqanıstana səfərini də xatırlatmış və iki ölkə arasında bütün sahələrdə, o cümlədən, gömrük sferasında əməkdaşlığın daha da genişlənəcəyinə ümidvar olduğunu bildirmişdir.

Əfqanıstan İslam Respublikası hökumətinin nümayəndə heyətinin rəhbəri, rabitə və informasiya texnologiyaları naziri Əmirzai Sangin ətraflı məlumata görə minnətdarlıq edərək iki ölkə arasında əlaqələrin mövcud vəziyyətindən, əməkdaşlığın perspektivlərindən söhbət açmış və ikitərəfli münasibətlərin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulamışdır. Qonaq Əfqanıstanda dövlət quruculuğu prosesinin uğurla davam etdirildiyini və ölkəsinin bu yolda üzləşdiyi problemləri öz dostlarının köməyilə həll etməyə çalışdığını söyləmişdir.

Ə.Sangin Əfqanıstanda İKT sektorunun inkişaf təməlinin on il əvvəl qoyulduğunu diqqətə çatdıraraq bu sahədə bir sıra uğurlar əldə edildiyini, lakin hələ də problemlərin mövcud olduğunubu problemlərin həllində beynəlxalq əməkdaşlığa, o cümlədən, Azərbaycanın təcrübəsinin öyrənilməsinə önəm verdiklərini bildirmişdir. Bu işdə dostqardaş köməyinə görə təşəkkürünü bildirən nazir Əfqanıstanın Azərbaycanla bütün sahələrdə əməkdaşlığı bundan sonra da davam etdirəcəyini vurğulamışdır.

Sonra DGK Statistikaİnformasiya Texnologiyaları Baş İdarəsinin rəisi İqbal Babayev Azərbaycan Gömrük Xidmətində tətbiq olunanbir pəncərə” prinsipi ilə bağlı təqdimatla çıxış etmiş, mövzu ətrafında müzakirələr aparılmışdır.

 

Xalq qəzeti.- 2013.- 13 iyun.- S. 8.