Nəsimi rayonunda Milli Qurtuluş
Günü qeyd edildi
Nəsimi
rayonunda Milli Qurtuluş Günü münasibətilə tədbir
keçirilmişdir. Əvvəlcə tədbir
iştirakçıları rayon icra hakimiyyətinin inzibati
binasında ümummilli liderimiz Heydər Əliyevin büstü
önünə gül dəstələri düzdülər.
Tədbiri
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib
Məhəməliyev açaraq məruzə ilə
çıxış etdi. Natiq bildirdi ki, xalqımız hər
il 15 iyun gününü təntənə ilə Milli
Qurtuluş Günü kimi qeyd edir. 1993-cü ilin iyun ayında
xalqımızın təkidli tələbi ilə hakimiyyətə
qayıdan ulu öndərimiz Heydər Əliyev ölkəmizi
parçalanaraq məhv olmaq, canından əziz bildiyi Azərbaycanı
dünya xəritəsindən silinərək yox olmaq təhlükəsindən
xilas edərək öz müqəddəs tarixi
missiyasını yerinə yetirərək müstəqil Azərbaycan
dövlətinin qurucusu və memarına çevrildi. Dahi
şəxsiyyət və böyük vətənpərvər
Heydər Əliyev öz titanik fəaliyyətində daim
ümumxalq mənafeyindən çıxış etmiş,
hakimiyyətdə olduğu hər iki dövrdə bu amal
uğrunda əlindən gələni əsirgəməmişdir.
Xalqımızın tarixinə Milli Qurtuluş Günü kimi
daxil olmuş 15 iyun Azərbaycan xalqının
ölüm-dirim mübarizəsindən qalib çıxmaq,
fiziki məhvdən qurtulmaq və ölkəmizin böyük
inkişafa qədəm qoymaq günüdür. Bu qurtuluşu
isə bütün təhlükələrə və çətinliklərə
baxmayaraq doğma xalqına bəxş edən insan
böyük xilaskarımız, dahi azərbaycanlı Heydər
Əliyevdir.
Ümummilli
liderimizin müdrik siyasəti nəticəsində ölkəmizdə
hüquqi, demokratik dövlət quruculuğu sahəsində
böyük işlər görülmüş,
genişmiqyaslı iqtisadi islahatlar həyata keçirilmiş,
elm, səhiyyə, mədəniyyət, idmanda uğurlara nail
olunmuşdur. Bugünkü qüdrətli, böyük
inkişaf yolu ilə müvəffəqiyyətlə irəliləyən
Azərbaycana görə hamımız ümummilli liderimiz,
müstəqil dövlətimizin memarı Heydər Əliyevə
minnətdarıq. Məhz Heydər Əliyevin sayəsində
Azərbaycanın müstəqilliyi əbədi və dönməz
olmuşdur. Azərbaycanın hərtərəfli
inkişafına yönəlmiş həmin müdrik siyasət
bu gün möhtərəm Prezidentimiz cənab İlham
Əliyev tərəfindən uğurla davam etdirilir və bizi
yeni qələbələrə aparır.
Sonra
ölkəmizin tanınmış müğənnilərinin
iştirakı ilə böyük konsert proqramı
nümayiş etdirildi.
Tədbirdə
Milli Məclisin deputatları Məlahət
İbrahimqızı, Aytən Mustafayeva və Ziyad Səmədzadə
iştirak edirdilər.
Ayaz
HƏMİDOĞLU
Xalq qəzeti.- 2013.- 14 iyun.- S. 3.