AŞPA-nın
Monitorinq Komitəsinin həmməruzəçiləri Azərbaycana
səfərlərinin yekunları ilə bağlı mətbuat
konfransı keçirmişlər
İyunun 13-də Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt de Mora və Jozef Debono Qrex ölkəmizə səfərlərinin yekunları ilə bağlı mətbuat konfransı keçirmişlər.
Həmməruzəçilər üçgünlük səfər müddətində Azərbaycan rəsmiləri, Milli Məclisin deputatları, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının təmsilçiləri ilə səmərəli görüşlər keçirdiklərini bildirmişlər.
Qeyd edilmişdir ki, səfərin məqsədi Azərbaycanın AŞPA qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı ikinci hesabatı hazırlamaqdır.
Xatırladaq ki, birinci hesabat AŞPA-nın
qış sessiyasında qəbul olunmuşdur.
Xalq qəzeti.- 2013.- 14 iyun.- S. 6.