Səbaillilərin “Qurtuluş” təntənəsi

 

Ulu öndər Heydər Əliyevin 15 iyun 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdışı Azərbaycan xalqı üçün həqiqi qurtuluş olmuşdur. Bu tarixi qayıdışın şərəfinə 1997-ci ildən etibarən Milli Qurtuluş günü hər il Səbail rayonunda da geniş qeyd olunur. Rayon icra hakimiyyətinin   tədbirlər planına uyğun olaraq Səbail rayon ictimaiyyəti nümayəndələrinin, çoxsaylı qonaqların iştirakı ilə S.Vurğun adına Dövlət Rus Dram Teatrında əlamətdar günlə əlaqədar təntənəli mərasim keçirildi.

Tədbiri açıq elan edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə geniş çıxış etdi. Natiq qeyd etdi ki, Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi bilavasitə dünya səviyyəli siyasətçi və dövlət başçısı, zəmanəmizin bənzərsiz şəxsiyyəti Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər zamanın onun zəkasına, iradəsinə, təcrübəsinə və vətən sevgisinə etibar etdiyi missiyanı layiqincə yerinə yetirməyə müvəffəq olmuşdur. Azərbaycan təhlükələrdən xilas edilmiş, bütövlüyü saxlanmış, müstəqilliyi qorunmuşdur.

Ümummilli liderin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanmışdır. Heydər Əliyevin qayıdışını qırılmaz zərurət kimi irəli sürən obyektiv tarix, həm də dahi şəxsiyyətin müəyyənləşdirdiyi siyasətin uzun müddət yaşamasını yeni tarixin yeni zərurətinə çevirməsi hökmünü vermişdir. Bu səruri siyasəti yaşadan, yüksəldən, zənginləşdirən və dünyaya təqdim edən isə ulu öndərin ən layiqli davamçısı İlham Əliyevdir.

Ümummilli liderin qurub-yaratdığı Azərbaycan indi Prezident İlham Əliyevin rəhbərliyi altında bütün dünyaya möhtəşəm yüksəliş dinamikasını nümayiş etdirir. Xilaskarlıq missiyasının yaratdığı quruculuq ab-havası, yeni, müasir Azərbaycanın real siyasiiqtisadi gerçəkliklərində təzahür edir.

Rəmsi hissədən sonra tədbir iştirakçıları S.Vurğun adına Dövlət Rus Dram Teatrı truppasının ifasında ulu öndərin çox sevdiyi və dəfələrlə baxdığı M.F.AxundovunMüsyo Jordan və Dərviş Məstəlişah” komediyasına tamaşa etdilər.

 

R.TAHİR

 

Xalq qəzeti.- 2013.- 14 iyun.- S. 7.