Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin
yaranmasından 9 il ötür
Azərbaycan Respublikası Rabitə
və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN)
yaranmasının 9-cu ili tamam oldu. Nazirlik Prezident İlham Əliyevin
20 fevral 2004-cü il tarixli sərəncamı ilə
keçmiş Rabitə Nazirliyinin bazası əsasında təsis
edilib. RİTN-in yaradılması informasiya
texnologiyalarının yüksək templi inkişafı və
insanların vacib ehtiyaclarının birinə çevrilməsindən
irəli gəlirdi. Dövlət başçısı
İlham Əliyev bu istiqaməti prioritet elan etməklə
informasiya-kommunikasiya texnologiyalarının inkişafına
böyük diqqət yetirir.
Azərbaycan hökumətinin, xüsusilə RİTN-in fəaliyyəti nəticəsində
son illər ərzində respublikanın
İKT sektoru yüksək templə inkişaf edir. Bunun bariz nümunəsi kimi bu müddət ərzində informasiya
texnologiyaları sektorunda həyata
keçirilən nəzərəçarpacaq işlər,
İKT sektorunda qəbul edilən dövlət
proqramları, kosmik sənayenin
yaradılması və ilk telekommunikasiya
peykinin buraxılması, ötən
dövrdə reallaşan irimiqyaslı
layihələr çərçivəsində məhsul
və xidmət istehsalının həcminin əhəmiyyətli
dərəcədə artmasını qeyd
etmək olar. Nazirliyin
yaradılması Azərbaycanda informasiya
texnologiyalarının sürətli inkişafı və tətbiqinə
təkan verib. Sektorun daha
sürətli inkişafı və vətəndaşların
gündəlik həyatının müxtəlif sahələrində
qabaqcıl texnologiyaların tətbiq edilməsi məqsədilə
2013-cü il dövlət
başçısı tərəfindən Azərbaycan
Respublikasında “İnformasiya-kommunikasiya
texnologiyaları ili” elan
edilib.
Xatırladaq
ki, Azərbayjanda rabitə sahəsində ilk nazirlik 1918-ci ildə
Azərbaycan Demokratik Respublikasının təşəkkülündən
sonra yaradılıb. O zaman bu struktur Poçt və Teleqraf
Nazirliyi adlanıb.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2013.- 2 mart.- S. 7.