Xocalı
soyqırımının 21-ci ildönümü
Qazax rayonunda da anılmışdır
Qazax Rayon İcra hakimiyyətində
Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar
tədbir keçirildi.
Tədbiri
giriş sözü ilə açan rayon icra hakimiyyətinin
başçısı Ayaz Əsgərov erməni cəlladları
tərəfindən
başımıza gələn facilələrlə
bağlı geniş məlumat verdi. Qeyd olundu ki, erməni qəsbkarlarının xalqımıza qarşı
düşmənçiliyinin 200 illik tarixi vardır və
onlar tarixin müxtəlif məqamlarında
Bakıda,Şamaxıda, Qubada, Qarabağ torpağında və
digər yerlərdə soyqırımı həyata
keçirmişlər. Xocalı soyqırımı da həmin
hadisələrin ən dəhşətlisi olmaqla təkcə
Azərbaycanın deyil, bütün dünyanın tarixinə
insanlıq əleyhinə törədilmiş ağır cinayət
kimi daxil olmuşdur.
Xocalının
soyqırımına məruz qalması tarixi həqiqətdir
və danılmazdır.
Xocalı
faciəsinin dünyada tanınması üçün ilk təşəbbüs
ulu öndər Heydər Əliyev tərəfindən göstərilmişdir. Sonrakı illərdə isə
Prezident İlham Əliyevin, ölkəmizin xaricdəki
diplomatik korpuslarının, Azərbaycan diasporasının və
digər təşkilatların
fəaliyyəti nəticəsində
bir çox dövlətlərin parlamentləri həmin
qətliamı soyqırımı kimi tanıyaraq pisləmişdir.
Çıxış
edənlər Xocalı soyqırımı ilə bağlı
fikir və mülahizərələrini söylədilər və
ölkə Prezidenti İlham Əliyev tərəfindən bu
soyqırımın bütün dünya dövlətləri
tərəfindən tanınması üçün
görülmüş işlərdən danışdılar.
Tədbirin
sonunda Xocalı şəhidlərinin
xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Hamlet QASIMOV
Xalq qəzeti.- 2013.- 2 mart.- S. 6.