Sumqayıt:
inkişafın təməlində dövlət
qayğısı dayanır
Ölkəmizin davamlı
inkişafı, həyatımızın bütün sahələrində
uğurla aparılan irimiqyaslı iqtisadi islahatlar, qazanılan
uğurlar Sumqayıt şəhərinin də hərtərəfl
inkişafına geniş imkanlar yaratmışdır. Burada
yeni, müasir istehsalatların yaradılması, şəhərin
yüksək səviyyədə abadlaşdırılması,
əhalinin rifahını daha da
yaxşılaşdırmağa yönəldilmiş layihələr
ölkə Prezidentinin Sumqayıta olan xüsusi diqqətinin
bariz nümunəsidir.
Son
iki ildə gənclik şəhərinə 4 dəfə səfər
edən möhtərəm Prezidentimiz Sumqayıtın dinamik
inkişafına müstəsna köməyini əsirgəmir.
Dövlət başçımız şəhərdə
baş verən əsaslı dəyişikliklərlə, yeni
layihələrlə daim yaxından maraqlanır, tövsiyələr
verir, şəhərin inkişafının daha da sürətləndirilməsinə
dair sərəncamlar imzalayır. Ötənilki səfərləri
zamanı Azərbaycan rəhbəri Sumqayıt Texnologiyalar
Parkında olmuş, burada yeni istifadəyə verilmiş boru
istehsalı zavodunun ikinci mərhələsinin, 500 kilovoltluq
kabel zavodunun ikinci mərhələsinin, ağır
maşınqayırma və dəqiq emal mərkəzləri
zavodlarının fəaliyyəti ilə
maraqlanmışdır. Ölkə başçımız
eyni zamanda “Azgüntex” MMC-nin günəş modulları və
LED lampalar istehsalı sahələrinin açılış
mərasimini reallaşdırmış, Qarabağ müharibəsi
əlilləri və şəhid ailələri
üçün inşa olunmuş binanın
açılışında iştirak etmiş, bu kateqoriyadan
olan insanlara yeni mənzillərin və avtomobillərin
açarlarını təqdim etmiş, Nəsimi adına dənizkənarı
mədəniyyət və istirahət parkında görülən
əsaslı yenidənqurma işləri ilə tanış
olmuşdur.
İllik
hesabat yığıncağını açan icra hakimiyyətinin
başçısı Eldar Əzizov bildirdi ki, mütərəqqi
layihələrin icrası nəticəsində şəhərimiz
Bakı standartlarına yaxınlaşmaqla ən müasir
Avropa şəhərlərinin səviyyəsinə
çatacaq. Bu gün Sumqayıt özünün yeni, tarixi
bir inkişaf mərhələsinə qədəm qoyub və
bu inkişaf şəhər həyatının bütün
sahələrini əhatə edir. Sumqayıtı müasir sənaye
mərkəzinə çevirmək üçün konkret
proqramlar, icra mexanizmləri həyata keçirilir.
Sonra
icra başçısının müavini Sahib Quliyevin məruzəsi
dinlənildi. O dedi ki, hesabat ilində şəhər üzrə
ümumi daxili məhsul istehsalı 661,7 milyon manat olmuş, əvvəlki
ilin müvafiq dövrü ilə müqayisədə artım
30 faiz təşkil etmişdir. Şəhərin sənaye
müəssisələrində məhsul istehsalı ötən
ilin eyni dövrü ilə müqayisədə 28,4 faiz artaraq
402,5 milyon manat təşkil etmişdir. Sosial-iqtisadi sahələrdə
çalışan işçilərin əmək haqqı
15 faiz artmış, ümumilkdə orta aylıq əmək
haqqı 400 manat səviyyəsini ötmüşdür.
Məlum
olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin müvafiq
fərmanı ilə Sumqayıt Kimya Sənaye Parkı
yaradılmaqdadır. Burada neft-kimya və digər prioritet sənaye
sahələri üzrə rəqabət qabiliyyətli məhsulların
istehsalı və emalı müəssisələrinin
yaradılması nəzərdə tutulur. Bu, çoxsaylı
iş yerlərinin açılmasına imkan verəcək və
ixtisaslı mütəxəssislərə təlabat artacaq.
İl ərzində parkda bir sıra iri istehsal sahələrinin,
“Azot gübrəsi - karbamid” zavodunun inşası ilə əlaqədar
zəruri işlərin görülməsi davam
etdirilmişdir. Sumqayıt Texnologiyalar Parkında 20-dən
çox iri, müasir istehsal sahəsi fəaliyyət göstərir.
Hazırda burada 500 kilovoltluq kabel zavodunun
üçüncü mərhələsinin, polikarbonat
lövhələr, kanalizasiya boruları, polikarbonat dolğulu
sendviç panelləri, transformatorlar istehsalı, metaləritmə
və şüşə emalı zavodlarının
inşası davam edir. Azərbaycan Respublikası Prezidentinin 5
noyabr tarixli 2012-ci il tarixli fərmanı ilə Sumqayıtda
informasiya və kommunikasiya texnologiyaları, telekommunikasiya və
kosmos, enerji səmərəliliyi sahələrində tədqiqatlar
aparılması, yeni və yüksək texnologiyaların
hazırlanması üçün zəruri şəraiti olan
Yüksək Texnologiyalar Parkı yaradılmağa
başlamışdır. “Azərboru” ASC ötən
ilin sonunda “Baku Steel Compani”nin idarəetməsinə
verilmişdir. Yaxın
vaxtlarda burada yeni metal emalı texnologiyaları tətbiq ediləcək və işləyənlərin sayı
əvvəlki dövrlərlə
müqayisədə xeyli
artacaq. “Intertextil”
ASC-də pambıq iplik istehsalı və trikotaj məhsullar istehsalı davam etdirilmişdir. Hazırda müəssisə fasiləsiz
olaraq fəaliyyət göstərir, istehsalın
həcmi və burada daimi işləyənlərin
sayı tədricən
artır.
Regional inkişaf Dövlət
Proqramında Sumqayıt
şəhəri üzrə
müəyyən olunmuş
tədbirlər uğurla
icra olunmuşdur. Onun mövcud
sənaye potensialından
səmərəli istifadə
edilməsi və gücləndirilməsi üçün
əhəmiyyətli işlər
görülür. Ötən
il “Azərsun
Holdinq” şirkətlər
qrupu tərəfindən
Sumqayıt Sənaye zonasında kağız-karton
istehsalı kombinatı
və yağ istehsalı fabrikində tikinti-quraşdırma işləri
başa çatmışdır.
Hazırda hər iki müəssisədə sınaq
məhsullar istehsal edilməsinə başlanmışdır.
“MKT İK” MMC-nin
Sumqayıt Tekstil filialında illik istehsal gücü 6,5 milyon metr
parça olan yeni müasir müəssisənin inşası
başa çatdırılmışdır.
Hazırda həmin müəssisədə
məhsul istehsalına
başlanmışdır.
“Delta Qrup”
MMC tərəfindən tutumu
4000 ton olan soyuducu anbar kompleksinin, sutkalıq istehsal gücü 120 ton olan çörək zavodunun inşası yekunlaşmaq
üzrədir.
İl ərzində
şəhər üzrə
bütün maliyyə
mənbələrindən ayrı-ayrı
sahələrin inkişafına
66 milyon manatdan çox əsaslı vəsait qoyulmuşdur. Kapital qoyuluşu
əsasən inşaat
işləri davam etdirilməkdə olan yeni sənaye obyektlərinin tikinti-quraşdırılmasına
yönəldilmişdir. Şəhərdə hamısı
daimi olmaqla 2915 yeni iş yerləri
yaradılmışdır.
Əhaliyə 12,2 milyon manatlıq nəqliyyat, 7 milyon manatlıq rabitə xidmətləri göstərilmişdir. Sakinlərin yaşayış
səviyyəsini əks
etdirən əsas göstəricilərdən biri
olan pərakəndə
əmtəə dövriyyəsi
üzrə artım
tempi 17 faiz olmuşdur.
Şəhərin mərkəzi küçə
və prospektləri yenidən qurularaq abadlaşdırılmış, səki daşları qoyulmuş, üzlük daşlar döşənmiş,
yaşıllıqlar salınmış,
ticarət obyektləri
yeni layihələr üzrə işlənilir. “Heydər
parkı”nın və Mərkəzin, bilavasitə ölkə Prezidentinin nəzarətində
olan Nəsimi adına mədəniyyət
və istirahət parkının abadlaşdırılaraq
yenidən qurulması,
yeni yaşıllıqların
salınması davam etdirilir.
Şəhərin küçə, meydan
və məhəllə-mikrorayon
daxili yollarının
90 min kvadratmetrdən çoxunun
asfalt örtüyü
əsaslı təmir
edilmiş, 13,7 min poqonometr
səki daşları
qoyulmuş, piyada yolları, meydança və xiyabanlara 69,4 min kvadratmetr üzlük daş, 1,2 min kvadratmetrdən
çox mərmər
döşənmişdir. Mədəniyyət və istirahət parklarının ərazisində
kompleks yenidənqurma,
abadlaşdırma və
yaşıllaşdırma işləri
aparılıb və həmin işlər hazırda davam etdirilir.
Şəhər icra hakimiyyətinin inzibati binasının fasadı müasir dizayn əsasında yenidən qurulmuş və bina zövqoxşayan
şəkildə bütövlükdə
əsaslı təmir
olunmuşdur. Binanın qarşısındakı meydan yenidən qurulmuş, əzəmətli
“Bayraq meydanı” yaradılmışdır. Hazırda bu meydanda demək
olar ki, şəhərin hər tərəfindən görünən
üçrəngli bayrağımız
qürurla dalğalanır.
“Bələdiyyə parkı”
yenidən qurulmuş və sakinlərin istifadəsinə verilmişdir.
H.Əliyev və Koroğlu prospektlərinin, N.Nərimanov
və Sülh küçələri abadlaşdırılaraq
mövcud tikililər tərtib edilmiş layihələr üzrə
yenidən qurulub, sıxlıq yaradan obyektlər digər əraziyə köçürülüb. “Kimyaçı” mədəniyyət
sarayı və onun qarşısındakı
meydanda da əsaslı təmir və yenidənqurma işləri davam etdirilir. Sumqayıt Cümə məscidində
dindarlarla görüşü
zamanı məscidin əsaslı təmir olunması və minarənin tikilməsi cənab Prezidentdən xahiş olunmuşdu.
Ölkə başçısının tapşırığı əsasında
qısa müddətdə
yeni layihə hazırlanmış və
işlərə başlanmışdır.
Artıq
məsciddə işlər
yekunlaşır.
Ötən ildə məhəllə və mikrorayonların daxili ərazilərinin abadlaşdırılaraq yenidən
qurulması, “Nümunəvi
məhəllə”lərin yaradılması
istiqamətində irimiqyaslı
işlər həyata
keçirilmişdir. 17-ci mikrorayonda və"Şirvan"
yaşayış massivində
də belə məhəllələr yaradılmışdır.
Növbəti nümunəvi məhəllə
12-ci mikrorayon ərazisində
yaradılır.
Təlim-tərbiyə müəssisələrinin
maddi-texniki bazasının
yaxşılaşdırılması məqsədilə Təbiət
Elmləri Təmayüllü
Gimnaziyada, 28 nömrəli
məktəbdə əsaslı
təmir işləri
aparılmış, 40 nömrəli
məktəb üçün
yeni bina tikilmişdir.
“Ən yaxşı
ümumtəhsil məktəbi”
və “Ən yaxşı müəllim”
müsabiqəsində şəhərin
üç məktəbi
və üç müəllimi qalib olmuşdur.
Şəhərdəki 1 saylı xəstəxana Prezident tapşırığı
ilə tamamilə yenidən qurulur. Digər tibb
ocaqlarının bölmələrində
cari təmir işləri aparılmışdır.
“İdman ili”ndə sumqayıtlılar tərəfindən
qazanılan 212 mükafatdan
34 qızıl, 28 gümüş,
32 bürünc medal dünya
və Avropa kuboku yarışlarında
əldə olunmuşdur.
XXX London Yay Olimpiya
və XIV Paralimpiya oyunlarında şəhərin
7 idmançısı iştirak
etmişdir. İkiqat
Paralimpiya çempionu
İlham Zəkiyev oyunlarda müvəffəqiyyətlə
çıxış edərək
bürünc medal qazanmışdır...
Digər çıxışlarda ayr-ayrı
sahələrin uğurları
konkret faktlarla nəzərə çatdırıldı,
qarşıda duran vəzifələrdən danışıldı. Yerdən çıxış
edən sakinlər abadlıq işlərindən
razılıqlarını bildirdilər,
həmçinin onları
narahat edən məsələləri şəhər
rəhbərliyinə çatdırdılar.
İnam ifadə edildi ki, 2013-cü ildə nailiyyətlər möhkəmləndiriləcək,
sumqayıtlıların həyatı
daha da gözəlləşəcək.
Prezident Administrasiyasının məsul əməkdaşı
yığınaqda iştirak
etmişdir.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2013.- 3 mart.- S. 6.