Erməni vandalizmi və XOCALI SOYQIRIMININ sağalmaz
yaraları
Ermənilər istifadəyə
vermək istədikləri Xocalı aeroportunun sahəsini yeni
eradan əvvəlki minilliklərə aid olan kurqanları və
tarixi abidələrlə zəngin Xocali qəbristanlıqlarını
məhv etmək hesabina genişləndiriblər. Xocalı
soyqırımında dişləri Azərbaycan
türkünün qanına batmış ermənilər
silahsız dinc əhalini qırdıqdan sonra indi də onun
tarixi abidələrini soyqırımına məruz qoyurlar.
Xocalı
aeroportunun ermənilər tərəfindən yenidən
qurulması, sahəsinin genişləndirilməsi xəbəri
xocalılara Xocalı soyqırımı qədər dəhşətli
və amansız bir bəd xəbər şoku yaşatdı.
Xocalı aeroportunda erməni qəsbkarları gözlərimiz
görə-görə, qulaqlarımız eşidə-eşidə
Xocalı soyqırımı qədər ağır olan və
bütün bəşəriyyətə qarşı
çevrilən, misli bərabəri olmayan daha bir vandalizm
aktını yerinə yetiriblər.
Xocalı
aeroportu kiçik təyyarələrin uçuşu
üçün nəzərdə tutulmuş məhdud bir sahədə
yerləşirdi və oranı yaxınlıqdakı tarixi əhəmiyyət
kəsb edən maddi-mədəniyyət inciləri olan qədim
kurqanları, qəbiristanlığı, eləcə də
bütöv bir kəndi - yaşayış məntəqəsini
uçurub dağıtmadan genişləndirmək
mümkün deyildi. Çünki o sahənin
yaxınlığında tarixi baxımdan yeni eradan əvvəlki
minilliyə aid edilən, hələ SSRİ dövründə
bəşər tarixinin qədim mədəniyyət incisi
kimi, qoruq sahəsi kimi dövlət tərəfindən rəsmi
qaydada mühafizə olunan bir sahə idi. Bu sahədə təyyarələrin
enmə zolağına paralel istiqamətdə yerləşən
və tarixi abidə kimi qorunan 21 qədim kurqan var idi. Kurqanlar
zolağından da bayır tərəfdə qədim qəbiristanlıq
zolağı və möhtəşəm bir abidə –
Qülləli kümbəz yerləşirdi. SSRİ
dövründə – XX əsrin 60-cı illərində
Moskvadan gəlmiş alimlərdən ibarət arxeoloji
qazıntılar aparan ekspedisiyanın tərkibindəki insanlar
bu sahədə, aeroportun yuxarı tərəfində yerləşən
möcüzəli “Dik daş” və onun ətrafındakı
qədim qəbiristanlıqda qazıntı işləri
apardılar. “Dik daş” yerüstü hissəsinin
hündürlüyü 5-6, eni 2-3 metrə yaxın, qalın
sal daş idi. Arxeoloqlar deyirdilər ki, “Dik daş” abidəsinin
yeraltı hissəsi daha böyükdür. Arxeoloqlar sovet
dövründə qazıntı işlərini yalnız hələlik
onun həndəvərində aparmışdılar. Onlar “Dik
daş”dan və aeroportdan cənub-qərb tərəfdə
yerləşən kurqanlardan da birinin ətrafında sınaq
qazıntıları apararaq, əsas tədqiqatları sonraya
saxladıqlarını bildirmişdilər. Oradan külli
miqdarda Xocalı-Gədəbəy mədəniyyəti
nümunələrini, türkçülük nişanələrini
təsdiqləyən təkzibedilməz sübutlar əldə
etdilər və digər kurqanlarda qazıntı işlərinin
aparılmasına və onlara toxunulmasına qadağa qoydular.
Yəqin ki, onlar burada erməni izi tapmaq istəyirmişlər,
tutarlı türk mədəniyyəti nümunələrini
görəndən və erməniyə aid heç nə
tapmadıqdan sonra qalan işləri təxirə
salmağı lazım bildilər. Sonralar bildik ki, nəinki
Xocalıya, Azərbaycana, eləcə də bütövlükdə
bəşər sivilizasiyasına aid qədim insan məskəni
olan bu sahə böyük bir tarixin - qədim türk tarixinin
sirlərini özündə gizlədir. Keçən əsrin
60-cı illərindən də əvvəl bir neçə dəfə
müxtəlif millətlərin nümayəndələrindən
ibarət ekspedisiya qrupları Xocalıda arxeoloji qazıntı
işləri aparıb çoxlu miqdarda qədim zinət və
məişət əşyaları, daş, tunc, mis dövrlərinə
aid əşyalar, ovçuluq ləvazimatları, üzərində
Assuriya çarının şəkli həkk olunmuş və
onun dövrünə aid edilən sikkələr, muncuqlar
tapılmışdı.
Burada
aparılan arxeoloji qazıntılar nəticəsində əldə
edilən bu tarixi incilər bir sıra dünya muzeylərinin bəzəyinə
çevrilmişdi.
Mən
1972-1973-cü illərdə Sankt-Peterburqda Meçnikov
adına Sanitariya-Gigiyena İnstitutunun müalicə-profilaktika
fakültəsində və Hərbi Tibb Akademiyasında kursda
təhsil alarkən ilk növbədə Sankt-Peterburqdakı məşhur
“Ermitaj” muzeyini görmək istədim. Oradakı otaqlardan
birində Azərbaycan SSR-in Xocalı guşəsinə aid
lövhə olduğunı görəndə dərin iftixar
hissi keçirdim. Lövhə olan guşədə Xocalıda
qazıntılar zamanı əldə edilmiş qədim mədəniyyət
inciləri yerləşdirilmişdi. Yanımdakı rus həmkarlarıma
da fəxrlə göstərdim ki, Xocalı mənim, Azərbaycanımın
kəndidir. Lakin 10 il sonra mən yenidən “Ermitaj”da olanda
artıq o guşəni tapa bilmədim. Onun yerində Ermənistan
SSR sözləri yazılmış lövhə
asılmışdı. Orada muzey işçisi olan
qadından soruşdum ki, bunu niyə dəyişdirmisiniz. 10 il
əvvəl burada “Azərbaycan SSR, Xocalı kəndi” sözləri
yazılmış guşə var idi. Qadın dedi ki, “Biz balaca
adamlarıq. Onu ”Ermitaj"ın direktoru dəyişdirib".
Bəli, bu da acı bir həqiqətdir! Ermənilər tək
“Ermitaj”da yox, dünyanın bütün muzeylərində
müxtəlif fırıldaqlarla belə dəyişikliklər
aparıb, Azərbaycana məxsus olanları öz adlarına
keçiriblər. Bu yolla aparılan müharibə yalnız
erməninin daşnak ideologiyasına xas olan xüsusiyyətdir.
İndi
isə ermənilər əllərinə düşən
fürsətdən istifadə edib işğal altında olan
torpaqlarımızdakı tarixi abidələrimizin məhvi ilə
məşğuldurlar. Bu, qədim tarixi abidələr haqqında beynəlxalq konvensiyalara zidd olan bir vandalizm
aktıdır. Bu, əsl cinayətdir. Ona görə də sulara
qərq olan gəmi kimi
tarixi məhv edilən xocalılar da “SOS” harayı qaldırır, beynəlxalq təşkilatlardan
kömək gözləyirlər.
Xocalının və bütövlükdə Qarabağın, Azərbaycanın həm qədim, həm də indiki tarixini ermənilər də çox gözəl bilirlər. Ermənilər Xocalıda mövcud olan tarixi abidələrin türk xalqlarına mənsub olduğundan xəbərdar idilər, lakin bunu məharətlə ört-basdır etməyi və öz adlarına çıxmağı bacarırlar. Mən hələ Tibb İnstitutunu bitirəndən sonra — 1966-68-ci illərdə Xankəndidə həkim işləyəndə orada vilayət xəstəxanası var idi və bu xəstəxana uzun illər burada işləmiş erməni həkimi Qukasyanın adını daşıyırdı. O vaxtlar Qukasyanın özü hələ sağ idi və 80-ə yaxın yaşı var idi. O, vilayət xəstəxanasının həyətində tikdirilmiş kiçik birotaqlı mənzildə tək yaşayırdı. Ermənilər onun adını xəstəxanaya versələr də, özü ilə maraqlanan, ona qulluq edən belə yox idi. Ona yalnız Leyla xanım adlı bir azərbaycanlı tibb bacısı rəhmdillik edib iynələrini vaxtlı-vaxtında vurur, dərmanlarını verir, tibb xidməti göstərirdi. Leyla xanım Əliyeva erməni və rus dillərini də öz doğma Azərbaycan dili kimi təmiz bilir, səlis danışırdı. O, çox obyektiv və sözü üzə deyən, erməni xislətini dərindən bilən, cəsarətli, cüssəli, öz işini, sənətini mükəmməl dərəcədə sevən, səliqə-sahmanlı, səriştəli bir tibb bacısı idi. Ermənilərə onların öz dillərində tənə edərək deyirdi ki, Azərbaycan çörəyini yeyib, azərbaycanlılara xor baxırsınız. Üzlərinə deyirdi ki, siz nankor və çörəyi dizinin üstündə olan gəlmələrsiniz. Sizi yedirib qudurtduq, indi bizə qarşı çıxırsınız. O zaman ermənilər Silva Kaputikyanın bütün Türk dünyasına qarşı çevrilmiş və 1915-ci ildə olmayan, süni surətdə üfürülüb şişirdilmiş və sabun köpüyü kimi partlamağa məhkum olan “soyqırımın” qisasını almağa səsləyən “Karvan hələ yoldadır” əsərini oxuyurdular. Leyla xanım da bundan halı idi və belə nankorluqdan hiddətlənərək xəstəxanada erməni daşnaklarının ağzını təkbaşına yummağı bacarırdı. Leyla xanımın qızı (dəqiq adını bilmirdim Leyla xanım ona Ada deyirdi) Bakıda Xarici Dillər İnstitutunda dərs deyirdi. Mən indi dərk edirəm ki, Leyla xanım həm də həqiqətən Vətənini, millətini, dilini, dinini sevən qəhrəman bir qadın olubdur.
Yenə
bu yerdə Vətən xaini Əkrəm yadıma
düşdü. Əkrəm Naibovun “Daş yuxular” adlı cızmaqarasını oxuyanda, deyirəm kaş o qadının Vətən qeyrətinin, Vətən
təəssübkeşliyinin mində, milyonda
biri də Əkrəmdə və onun kimi satqınlarda, xainlərdə
olaydı. Leyla xanım bir
tərəfdən millətçi erməniləri
dəlil-sübutlarla öz yerində oturda bilir, onlara
kəskinliklə kim olduqlarını və
haradan gəldiklərini başa
salır, digər tərəfdən də bir
ayağı burda, bir
ayağı görda olan,
baxımsızlıqdan əldən düşmüş
ixtiyar qoca erməni həkimi
Qukasyana ürək dərmanı verir, təzyiqsalıcı iynələr vurur, ona dayaq
olurdu. Ermənilərin özləri tərəfindən
unudulmuş bu köməksiz
qocanı mümkün olan
qədər ölümün pəncəsindən
qurtarmağa çalışırdı.
Budur bəşərilik, Əkrəm
Naibov ! Budur
beynəlmiləlçilik ! Budur insanlıq, nankor Əkrəm!
Leyla
xanımı xatırlamağım səbəbsiz deyil. O,
hərdən məni də özü ilə
erməni həkimi Qukasyanın yanına aparırdı. Erməni
həkim azərbaycanc a təmiz
danışırdı. Məndən haralı olduğumu
soruşdu. Xocalıdan olduğumu
biləndə, gözlərinin dərinliyində bir işartı duydum. O, mənə
Xocalıdan danışdı. Bu, həqiqətdir.
Bu “Daş
yuxular”ın uydurması deyil. Dedi ki, “Xocalının tarixi çox qədimdir. İndiki Xocalının yerində yeni eradan əvvəl çox böyük bir türk şəhəri
olub. Sonra
eramızın əvvəllərində zəlzələ nəticəsində
o şəhər batıb. Ancaq sağ qalan türklər yenə də orada binə salıb yaşayıblar. Türklər
erməni kimi deyillər, onlar
doğulduqları torpağa çox bağlı olurlar
və nə fəlakət baş versə
də, öz torpaqlarını, dədə-baba
yurdlarını hər şeydən üstün
tuturlar. Sən (mənə müraciətlə)
gərək həkim yox, arxeoloq
olaydın. Orada ciddi
qazıntı işləri aparıb o
şəhəri aşkar etmək
lazımdır. Bu, sizin
tarixinizdir. Bunu etmək
lazımdır”.
Sonra
Qukasyan sözünə ara verib dedi ki, “Bəlkə də bu
dediklərimə heç yerdə rast gəlməyəcəksən.
Ancaq İrəvanda Matendarandakı əlyazmaları
arxivində bunlar var.
Mən özüm oxumuşam,
ona görə də bunu
sənə inamla deyirəm. Bizi (erməniləri nəzərdə tuturdu) buraya Qarabağa, Azərbaycana ruslar
köçürüblər. Azərbaycan da
sağ olsun, bizə dayaq oldu”.
Mən
indi də Leyla xanıma minnətdaram ki, o, mənə imkan
yaratdı və Xocalının, Qarabağın,
Şuşanın, Xankəndinin, Ağdamın əbədi və
əzəli türk torpağı olduğunu
dünyagörmüş bir erməni ziyalısının da
dilindən eşitdim.
İndi
Xocalı aeroportunun yaxınlığındakı tarixi abidələrin
dağıdılması hesabına genişləndirilməsi
ürəyimi parçaladı. Xocalıdakı Dərələyəz
kəndinin viran qoyulub düzlənməsi, iri təyyarələr
üçün enmə zolağı edilməsi sinəmi
göynətdi.
Aeroportun
dayanacaq sahəsinin böyüdülməsinin ulu
babalarımızın “Dik daş” ətrafındakı qəbirlərinin
ermənilər tərəfindən buldozerlərlə
qaşınıb, kürünüb dağıdılması
hesabına olmasını biləndə bütün
varlığım titrədi, lərzəyə gəldi,
onların ruhlarının qışqırtısı,
hönkürtüsü hər bir azərbaycanlı kimi, mənim
də qulaqlarımda cingildədi, səsləri qayalarda,
dağların zirvələrində əks-səda verən
şəhid ruhları bizi köməyə
çağırdı. Lakin bunun qarşısını ala
bilmədik, onlara əlimiz, ünümüz yetmədi.
Keçən yay xocalıların bir hissəsinin məskunlaşdığı Göranboyun Ağcakənd qəsəbəsinə getmişdim. Ağcakəndin yaxınlığında erməni qəbiristanlığı var idi. Kənd sakinlərindən biri dedi ki, bura keçmiş SSRİ dövründə dəyişdirilərək S.Şaumyanın adını daşıdığına görə Şaumyankənd adlanırdı. Paskeviçin, Qriboyedovun vaxtında İrandan Azərbaycana köçürülmüş ermənilərin bir qismi də burada yerləşdirilmişdi. Bu qəbirlərə bu vaxtacan heç kim əl vurmayıb. Ancaq bizim Ermənistanda, Qarabağda olan qədim qəbiristanlıqlarımızın hamısı dağıdılıb. Bir dəfə keçi buynuzunu erməni qəbrinin daşına sürtmüşdü. Dərhal “Qırmızı Xaç” Cəmiyyəti nümayəndələri burada peyda oldular və dedilər ki, güya biz qəbirə toxunmuşuq və niyə bunu etmişik? Bütöv kurqanları, qədim abidələri, türk qəbiristanlıqlarını məhv edib dağıdan ermənilərə isə bunu deyən yoxdur. Onlar istənilən vaxt nə istəsələr onu da edirlər.
(ardı var)
Mübariz ALLAHVERDİYEV,
Xocalı sakini, ATU-nun insan
anatomiyası
kafedrasının professoru,
əməkdar
müəllim
Xalq qəzeti.- 2013.- 3 mart.- S. 5.