Xocalı şəhər
1 saylı uşaq musiqi
məktəbinə Bülbülün həyat
və yaradıcılığına aid kitablar hədiyyə edilmişdir
Azərbaycan musiqisinin korifey sənətkarı
Bülbülün həyat yoldaşı Adilə Məmmədova
Xocalı şəhər 1 saylı uşaq musiqi məktəbində
olmuşdur. O, görkəmli vokal ustası, tanınmış
musiqi xadimi Bülbülün həyat və
yaradıcılığı, eləcə də onun ev muzeyi
ilə bağlı kitabları musiqi məktəbinə hədiyyə
etmişdir.
Tədbirdə
çıxış edənlər sənətkarın
ömür-gün yoldaşının bu nəcib təşəbbüsünü
alqışlayaraq məktəbin müəllim və şagird
heyəti adından ona təşəkkürünü
bildirmişlər. Mərasimdə,
həmçinin Bülbülün həyat və
yaradıcılığına nəzər
salınmış, onun Azərbaycan musiqi sənətinə
verdiyi misilsiz töhfələrdən söhbət
açılmışdır. Qeyd olunmuşdur ki, kiçik yaşlarından məharətli
zəngulələrinə görə xalq tərəfindən
“Bülbül” adı verilmiş korifey sənətkar bənzərsiz
səsi, özünəməxsus ifa tərzi ilə Azərbaycan
musiqi xəzinəsinə mizilsiz töhfələr
vermişdir. Onun teatr səhnəsindəki ilk addımı Məşədi
Cəmil Əmirovun 1916-cı ildə Gəncədə
tamaşaya qoyulmuş “Seyfəl-mülk” operası ilə
bağlıdır. Bülbül 1920-ci ildən Birləşmiş
Dövlət Teatrı opera truppasının (1924-cü ildən
Azərbaycan Opera və Balet Teatrı) solisti olmuş, ilk illərdə
Üzeyir Hacıbəyovun “Leyli və Məcnun”, “Əsli və
Kərəm”, Zülfüqar Hacıbəyovun “Aşıq Qərib”
operalarında İbn Səlam, Kərəm, Qərib
rollarım oynamışdır. Geniş diapazonlu, gözəl,
məlahətli, axıcı səsi olan müğənni
böyük aktyorluq istedadına malik olmuşdur. O,
yaratdığı obrazların xarakterini,daxili aləmini
tamaşaçılara realist boyalarla çatdıra
bilmişdir. Koroğlu, Əsgər (“Koroğlu”, “Arşın
mal alan”, Ü.Hacıbəyov), Qərib (“Şahsənəm”,
R.Qliyer), Əlyar (“Nərgiz”, M.Maqomayev), Nizami (“Nizami”, Ə.Bədəlbəyli),
Fərhad (“Xosrov və Şirin” Niyazi), Aslan (“Vətən”,
Q.Qarayev və C.Hacıyev) və.s. Koroğlu partiyası
Bülbülün opera yaradıcılığının
zirvəsidir.
Bülbül
Azərbaycan xalq mahnılarmı, təsnifləri böyük
sənətkarlıqla ifa etmişdir. Azərbaycan bəstəkarlarının
kamera-vokal əsərlərinin populyarlaşmasında onun rolu əvəzsizdir. Bülbül
Asəf Zeynallının “Ölkəm”, Üzeyir bəy
Hacıbəyovun “Sənsiz”, “Sevgili canan” romanslarının
ilk ifaçısı olmuş və zəngin boyalarla təkrarolunmaz
musiqi obrazları yaratmışdır. Onun repertuarında Qərbi
Avropa və rus klassiklərinin əsərləri də əhəmiyyətli
yer tutmuşdur. O da bildirilmişdir ki, Bülbülün
yaradıcılığı Azərbaycan vokal sənətinin
inkişafında mühüm rol oynamışdır. Geniş
səs imkanlarına malik olan müğənninin
ifaçılığında milli vokal üslubu ilə
italyan vokal ənənələri üzvi şəkildə
birləşmişdir. O, Azərbaycan vokal musiqi ənənələrinin
tədqiqi, rus və Avropa opera mədəniyyəti ilə bu ənənələrin
sintezi və sair məsələlərə aid bir çox əsərin
müəllifidir.
Xatırladaq
ki, Xocalı şəhər 1 saylı uşaq musiqi məktəbi
1990-cı ildə fəaliyyətə
başlamışdır. 1992-ci ildə məlum soyqırımı
hadisəsindən sonra məktəb
Xocalı sakinlərinin ən çox məskunlaşdıqları
Naftalan şəhərində fəaliyyətini
uyğunlaşdırılmış binada davam etdirmişdir.
Hazırda burada səs, tar, pianino, kamança, nağara, qarmon
ixtisasları üzrə musiqi dərsləri tədris olunur. Fəaliyyət
göstərdiyi illərdə bu təhsil ocağını
166 nəfər bitirmişdir ki, onların da 23 nəfəri
ali və orta ixtisas musiqi məktəblərinə daxil
olmuşdur. Məktəbin şagirdləri Naftalan şəhərindəki
sanatoriyalarda istirahət edən sakinlər və ətrafdakı
hərbi hissələrdəki əsgərlər
qarşısında bayram günlərində konsert
proqramı ilə çıxış etmişlər. Buna
görə də məktəb sanatoriyanın rəhbərliyi
və hərbi hissələrin komandanlığı tərəfindən
dəfələrlə “Fəxri
fərman”la təltif olunmuşdur. Bundan əlavə, Xocalı
şəhər 1 saylı musiqi məktəbi Azərbaycan
Respublikası Qaçqın və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin təşkilatçılığı
ilə 2001-ci ildə keçirilən “Qarabağ pərvanələri”
festivalındakı nümunəvi
çıxışlarına görə “Fəxri fərman”
və xüsusi diploma layiq
görülmüşdür.
2007
və 2009-cu illərdə ölkəmizin musiqi məktəblərinin
uşaq xor kollektivlərinin V və VI respublika müsabiqəsindəki
nümunəvi və fəal çıxışına
görə məktəbin kollektivi
fəxri fərmanlarla təltif olunmuşdur. 2012-ci ildə
isə adıçəkilən musiqi məktəbi Goranboy
şəhərində salınmış yeni
köçkün şəhərciyində inşa olunmuş
müasir tipli binaya köçürülmüşdür.
Musiqi məktəbinin açılışında məktəbin
xor kollektivi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
qarşılanmasında yüksək səviyyədə
çıxış etmiş və tərifə layiq
görülmüşdür. Hazırda məktəbdə 130
şagird musiqi təhsili alır. Burada çalışan 37
müəllim onlara musiqinin sirlərini öyrədir.
Xalq qəzeti.- 2013.-5
mart.- S. 4.