İmişlidə sahibkarlıq fəaliyyəti üçün meydan genişlənir

 

İmişlidə ictimai həyatın bütün sahələrində əldə olunan uğurlarda özəl biznesin, kiçik və orta sahibkarlığın rolu və payı artır. İş adamları rayonda azad sahibkarlığın inkişafı üçün yaradılan münbit şəraitdən faydalanaraq yeni layihələr həyata keçirirlər. Bu isə öz növbəsində, əhalinin böyük əksəriyyətinin rayonun sosial-iqtisadi həyatına fəal surətdə cəlb olunmasına imkan yaradır.

 

2012-ci il oktyabrın 30-da Prezident İlham Əliyev İmişlidə olmuş,  ictimaiyyət nümayəndələri ilə görüşü zamanı burada həyata keçirilən abadlıq-quruculuq işlərindən razı qaldığını, istifadəyə verilən yeni istehsal müəssisələrinin yeni iş yerlərinin açılmasına təkan verdiyini  diqqətə çatdırmışdır. İmişlililər dövlət başçısının rayonun sosial-iqtisadi, mədəni inkişafına göstərdiyi diqqət və qayğıdan dərin məmnunluq hissi keçirirlər, bundan ruhlanaraq daha böyük həvəslə, qurub-yaratmaq əzmi ilə çalışırlar.

Bu məqamda rayonda kiçik və orta biznesin inkişafında xüsusi çəkisi olan bir neçə sahibkarın  fikir  və mülahizəsini dinləmək  yerinə düşər.

 

Tofiq İsayev, “Messenat Holdinq - Şirkətlər Qrupunun təsisçisi:

 

- Son illər ölkəmizdə bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması istiqamətində ardıcıl və uğurlu işlər görülür. Bu günlərdə Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konransda dərin məzmunlu nitq söylədi, dövlətimizin azad sahibkarlığın inkişafını daim dəstəklədiyini bir daha bəyan etdi.

 Azərbaycanda idarəetmə sisteminə dinamizm və müasirlik gətirən dövlət başçımızın regionların sürətli inkişafına göstərdiyi diqqət və qayğı bölgələrdə yeni iş yerlərinin açılmasına, əhalinin güzəranının daha da yaxşılaşdırılmasına şərait yaradır. Dövlət əhəmiyyətli bu mühüm prosesə bir  sahibkar olaraq biz də öz töhfəmizi verməyə çalışırıq.

Bizim şirkətin fəaliyyətinin bir hissəsi doğma İmişli rayonu ilə sıx bağlıdır. Azərbaycanın hər yerində olduğu kimi, İmişlidə də tikinti-abadlıq, quruculuq işləri geniş vüsət almışdır. Sevindirici haldır ki, İmişlidə Heydər Əliyev Mərkəzinin inşası məhz “Messenat Holdinq - Şirkətlər Qrupuna həvalə olunmuşdur. Biz bu yüksək etimada böyük məsuliyyət hissi ilə yanaşmışıq. Bu məsələ ilə əlaqədar olaraq şirkətin ümumi yığıncağı keçirilmiş, mərkəzin müasir, ən yüksək memarlıq tələbləri səviyyyəsində inşa olunması barədə qərar qəbul olunmuşdur.

 Həmin qərara əsasən mərkəzin inşasının layihəsi, memarlıq işləri, orada quraşdırılacaq avadanlıqlar və digər görüləcək işlər İmişli Rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə razılaşdırlmış və mərkəzin tikintisi üçün tələb olunan smeta hazırlanmışdır.

Mərkəzin tikintisinin uğurla həyata keçirilməsi üçün  “Messenat Holdinq - Şirkətlər Qrupu”na daxil olan bütün cəmiyyətlər özlərinə məxsus texnika, işçi qüvvəsi və zəruri avadanlıqlarla bu işə cəlb olunmuşdur. Tikintidə üçnövbəli iş sistemi tətbiq edilməklə işlərin həyata keçirilməsi üçün güclü nəzarət sistemi yaradılmışdır.

Heydər Əliyev Mərkəzinin lazımi avadanlıqlarla təchiz olunması üçün Messenat Holdinq - Şirkətlər Qrupunun rəhbər və mütəxəssisləri həmin avadanlıqların alınıb gətirilməsindən ötrü bir neçə xarici dövlətə- Türkiyə, İran və Çinə ezam olunmuşlar. Həmin dövlətlərlə bağlanılmış müqavilələr əsasında Mərkəz üçün lazım olan avadanlıqlar alınaraq vaxtında quraşdırılmışdır. Mərkəzin tikintisinə  yüksək məsuliyyətlə yanaşılmasının, icra intizamına düzgün əməl edilməsinin nəticəsidir ki, inşasına 2012-ci ilin may ayında başlanmış Mərkəzin tikintisi qısa vaxtda - cəmi 3 ay 20 gün ərzində başa çatdırılmışdır.

Yeri gəlmişkən, “Messenat Holdinq - Şirkətlər Qrupu”nun İmişlidə həyata keçirdiyi layihələr bununla bitmir. Belə ki, biz gələcəkdə də İmişli rayonunda aparılan tikinti-quruculuq işlərində rayona yaxından kömək etmək əzmindəyik. Konkret olaraq deyə bilərəm ki, rayonda yaxın vaxtlarda bir otel binasının, “Gənclər Mərkəzi”nin, eləcə də bir sıra sosial, iaşə və başqa obyektlərin inşa edilməsi planlaşdırılıb.

 

Şükür Aslanov, “ORİON”-E MMC-nin rəhbəri:

 

-  Dövlətimizin, şəxsən cənab Prezidentin rəhbərliyi ilə bu gün Azərbaycanın paytaxt və bölgələrində azad sahibkarlıq fəaliyyətinin inkişafı üçün hər cür şəraitin yaradılması, həm hüquqi bazanın davamlı təkmilləşdirilməsi, həm də praktik olaraq bütün səviyyələrdə biznesin dəstəklənməsi ölkəmizin daha sürətli tərəqqisi, əhalinin güzəranının yaxşılaşdırılması üçün etibarlı zəmin yaradır. Çox yaxşı haldır ki, İmişlidə də bu sahədə nəzərəçarpan uğurlar əldə olunmaqdadır.  Sahibkarlar xarakter etibarı ilə yaradıcı, təşəbbüskar insanlar olurlar. Onlarda qurub-yaratmaq, cəmiyyətdə nüfuz, hörmət  qazanmaq, xeyirxah işlər görmək hissləri bir qayda olaraq güclü olur. İş adamlarının arzu və planları cəmiyyətdə, idarəetmə qurumlarında dəstək tapanda, ən böyük layihələri belə  reallaşdırmaq çətin olmur. Bundan hamı qazanır, cəmiyyət də, dövlət də, ayrı-ayrı şəxslər, sahibkarlar da...

Bu gün İmişlidə kiçik və orta biznesin inkişafı üçün heç bir maneə yoxdur. Belə ki, qanuni əsası olan, əhalinin, cəmiyyətin xeyri üçün nəzərdə tutulan hər hansı bir layihə, təşəbbüs İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev tərəfindən müsbət qarşılanır, iş adamına mümkün olan hər cür dəstək, yardım göstərilir. Belə münasibət sahibkarları, əlbəttə, daha həvəslə işləməyə həvəsləndirir.

Bu məqamda rəhbərlik etdiyim müəssisə barədə məlumat vermək istəyirəm. “ORİON”-E MMC 2003-cü ilin sonlarından fəaliyyətə başlayıb. Fəaliyyətimizin əsasını qum-çınqıl istehsalı, yolların və binaların tikintisi təşkil edir. İmişlidə hər kəs bilir ki, biz hansı bir işi öhdəmizə götürürüksə, o işi hər zaman yüksək keyfiyyətlə icra edirik. Əgər yol çəkiriksə, yaxşı yol çəkirik. Bina inşa ediriksə, etibarlı bina ucaldırıq. Devizimiz belədir ki, gördüyümüz hər bir iş ən yüksək standartlara cavab verməlidir. Yaxşı işin, necə deyərlər, heç əlavə reklama da ehtiyacı olmur. Buna görədir ki, müəssisəmiz mənfəətlə işləyir, ilbəil uğurlarımız çoxalır.   2012-ci il kollektivimiz üçün xüsusilə uğurlu olmuşdur. Ötən il müəssisəmizin illik maliyyə dövriyyəsi xeyli artaraq 15,1 milyon manata çatmışdır. Biz bu il bu göstəricini daha da artırmaq əzmindəyik.  Müəssisəmizdə hazırda 98 işçi çalışır. İşin həcmi böyük  olanda əlavə işçilər də qəbul edirik. Əmək potensialından, iş qabiliyyətindən maksimum istifadə etməklə bərabər, işçilərin əməyini ədalətlə qiymətləndirməyi də unutmuruq.

 

Kamil KƏRİMOV, “Fidan KA” MMC-nin rəhbəri:

 

Bizim müəssisə 12 ildir ki, fəaliyyət göstərir. Əsas işimiz toy, xeyir məclislərini təşkil etməkdir. Çalışırıq ki, müştərilərimiz bizdən razı qalsın. Gələcəkdə işin həcmini daha da artırmaq, yeni işçilər qəbul etmək arzusundayıq. Planlarımız barədə fikirlərimizi rayonun müvafiq qurumları ilə paylaşmışıq. Dəstəkləyiblər. Rayonda indi yeni bir görmək istəyənəyaşıl işıq”dır.

Sahibkarların qarşısında duran mühüm vəzifələrdən biri rəhbərlik etdikləri kollektivlərdə işgüzar, səmimi ab-havanın yaradılmasıdır. Bu, ilk növbədə müəssisənin rəhbərindən asılıdır. Kollektivimizin 20 üzvü var. Burada elə mənəvi mühit yaratmağa çalışırıq ki, hər kəs kollektivin uğurunu öz uğuru hesab etsin, müəssisənin adına,  imicinə zərər gətirən hərəkətlərə yol verməsin.

gizlədim, əvvəllər sahibkar həmkarlarımdan bəzən giley-güzar da eşidirdim. Bəziləri hansısa sənədləri vaxtında ala bilmədiyindən, başqaları yoxlamaların çoxluğundan narazı qalırdılar. İndi İmişlidə belə səpkili söhbətləri heç kəsdən eşitməyəcəksiniz. Səbəbi odur ki, İmişli Rayon İcra Hakimiyyətinin yeni rəhbərliyi sahibkarların ən adi problemlərinin həllinə çox diqqətlə yanaşır.

Bu yaxınlarda İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev rayonda fəaliyyət göstərən sahibkarlıq qurumlarının başçıları ilə görüşərkən, maraqlı bir fikir söylədi. Dedi ki, şəxsən o,  sahibkarın hər hansı bir probleminin ədalətli həllini təmin etməklə düşünür ki, həm  dövlət başçısının tövsiyəsinə əməl edir, həm həmin kollektivdə çalışan sadə insanların onların ailələrinin qayğısına qalmış olur.

 

Paşa Əliyev, “DəmirBank”ASC-nin İmişli filialının müdiri:

 

-  DəmirBank”ASC 24 illik tarixə zəngin təcrübəyə malik Azərbaycanın ilk banklarından biridir. 1989-cu ilin 6 oktyabrındanAzərdəmiryolbankadı ilə fəaliyyətə başlamış, hazırda Azərbaycanın aparıcı banklarından birinə çevrilə bilmişdir.

Səhmdarları arasında Avropa Yenidənqurma İnkişaf Bankı Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) olanDəmiBankbeynəlxalq “Fitch Ratings” “Planet Ratings”agentliklərininStabilproqnozu ilə  “B” reytinqlərinə malikdir. Xatırladım ki, bu reytinqlər ölkə bank sektorunda yüksək göstəricilərdir.

DəmirBank”-ın İmişli filialı 1995-ci ildən fəaliyyət göstərir. Filial müştərilərə hesablaşma-kassa xidmətləri, əmanətlərin qəbulu, biznes, istehlak ipoteka kreditlərinin verilməsi, akkreditiv zəmanətlərin açılması, lizinq xidmətləri, krilinq əməliyyatları, plastik kartların emissiyası, təcili pul köçürmələri, inkassiya, bank seyflərinin icarəsi, İnternetBank, SMS-Bank, Telefon-Bank sair xidmətlər təklif edir.

DəmirBankəhalinin sosial sahənin ehtiyaclarının ödənilməsinə yönəlmiş xidmətlərə xüsusi önəm verir. DəmirBankSahibkarlığa Kömək Milli Fondu Azərbaycan İpoteka Fondu ilə fəal əməkdaşlığı davam etdirir. Sahibkarlar üçün biznes kredit proqramları: mikro kiçik biznes kreditləri, kənd təsərrüfatı sahəsində sadələşdirilmiş qaydalarla kreditlər sair proqramlar sahibkarlığın inkişafı, əhalinin məşğulluq rifah halının yaxşılaşmasına xidmət edir.

Bir incə mətləbə toxunmaq istəyirəm. Biz bank işçiləri bu qənaətdəyik ki, rayonda istehsal xidmət müəssisələrinin, bütövlükdə hüquqi şəxslərin sayı qədər çox artsa, bizim potensial müştərilərimiz çoxalar. İmişlidə son illər paytaxtda fəaliyyət göstərən əksər aparıcı bankların filialları açılmışdır.

 

Əziz Quliyev, “İmişli Market” ASC-nin rəhbəri:

 

-Şərqdə bir vaxtlar deyirdilər ki, hər bir şəhərin, məmləkətin əhalisinin güzəranını bilmək istəsən, o zaman o yerin bazarı ilə tanış olmalısan, hər şey bəlli olsun. İmişli şəhəri hazırda öz gur bazarı ilə, buradakı bol, çeşidli kənd təsərrüfatı məhsulları ilə fərqlənir. İmişli bazarı sovet dönəmində fəaliyyət göstərən kolxoz bazarlarından fərqli olaraq geniş profilli sahibkarlıq obyektidir.

İmişli Market” ASC- hazırda 10 nəfər inzibatçı işləyir. Bazarın əhatə etdiyi ərazidə isə 300-ə yaxın insan çalışır. Bazara üz tutan alıcılar üçün geniş seçim imkanları yaradılır. Biz kəndlərdə fermer təsərrüfatları ilə əlaqə saxlayırıq, vaxtaşırı məhsul yarmarkaları təşkil edirik. Həm məhsul bolluğu yaranır, həm qiymətlərin bahalaşmasının qarşısı alınır.

Bu gün Azərbaycanın şəhər bölgələri arasında tikinti-quruculuq, abadlıq sahəsində sanki bir yarış gedir. Xüsusilə qonşu rayonlar bir-birindən geri qalmamaq üçün çox çalışırlar. Bunun nəyi pisdir ki?! Qoy həmişə belə olsun. Mənə elə gəlir ki, bu sahədə İmişli daha irəlidədir. Son bir ildə bizdəki qədər abadlıq işləri görülən başqa bir rayon mərkəzi təsəvvür etməkdə çətinlik çəkirəm. İmişli hazırda respublikamızda ən çox park istirahət ocaqları, meydan xiyabanları olan rayon mərkəzlərindəndir. Biz sahibkarlar sakini olduğumuz doğma şəhərin abadlaşması, daha da gözəlləşməsi üçün əlimizdən gələni etməliyik. Düşünürəm ki, bu, hər birimizin sadəcə borcudur.

 

 

Səməd HÜSEYNOĞLU

 

Xalq qəzeti.- 2013.- 6 mart.- S. 8.